"Şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır" - Azər Hümmətov
“Bu suala dəqiq bir cavab verə bilmərik, çünki bu mövzuda hələki kifayət qədər araşdırmalar görülməyib. Ancaq onu bilirik ki, bütün infeksiyalar metabolik nəzarəti pozur. Bu səbəbdən, qan şəkəri monitorinqi zəif olan diabet xəstələri, COVID-19 infeksiyasına yoluxma riskini artıra bilər”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Azər Hümmətov “Şəkərli diabet COVID-19 riskini artırırmı?” sualını cavablandırarkən deyib. O bildirib ki, araşdırmalar göstərir ki, şəkərli diabet xəstələrində riski təyin edən əsas amillər yaşdır, qan şəkərinin və digər yanaşı xəstəliklərin olub-olmamasıdır. Bu səbəbdən, xəstəliyin nəzarətsiz şəkərli diabet xəstələrində daha ciddi şəkildə irəliləyəcəyini söyləmək olar:
"Vaxtında normal kompensasiya olunmuş diabet xəstələrində COVID-19 xəstəliyi də normal keçirilir, lakin kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələri daha ağır və fəsadlarla nəticələnir. Qanda şəkərin kəskin yüksəlməsi diyabetik ketoasidoz, diyabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır. Bu səbəbdəndir ki, COVID-19-un ölüm satatistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir”.
Həkim COVID-19 prosesi zamanı, şəkərli diabet xəstələrimizə təcili bir problem olmadığı təqdirdə, gündəlik şəkər müayinələrini təxirə salmalarını tövsiyə edildiyini qeyd edib:
“Evdə qan şəkərini daha tez-tez izləmələri, kifayət qədər maye qəbul etmələri və ümumi sağlam qidalanma tövsiyələrinə riayət etmələri çox vacibdir. Pandemiya dövründə xəstələrimizin çoxu öz pəhrizlərinə uyğun qidalanmadıqları üçün çəki artımı ilə birlikdə yüksək şəkər, yüksək xolesterol və yüksək təzyiq görünür. Xəstələrimizə evin içərisində və ya varsa evin bağçasında gündə ən azı 5000 addım atmağı tövsiyə edirik. Gəzinti həm qan şəkərinin tənzimlənməsini, həm də çəki nəzarətini və psixoloji sağlamlığı təmin edəcək. Pandemiya zamanı dərmanlarını kəsməmələrini və mütəmadi olaraq istifadə etmələrini tövsiyə edirik.
Şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır. Özümüzün, əzizlərimizin, doğmalarımızın həyatını riskə atmaq istəmiriksə, qızıl qaydalara əməl etməli və vaksinasiyada iştirak etməliyik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-08-2021, 13:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-08-2021, 13:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01