Keçmiş nazir Rəsul Quliyevdən yazdı: “Kişiliyin çataydı...”
Bu gün mətbuat səhifələrində Rəsul Quliyevin ad çəkmədən mənim ünvanıma səsləndirdiyi təhqiramiz fikirləri oxudum. 2005-ci ilin oktyabr ayında baş vermiş məlum dövlət çevrilişinə cəhd hadisələrindən 16 ilə yaxın bir vaxt keçəndən sonra onu sükutu pozmağa nəyin vadar etdiyini bilmirəm. Açıqlamasında həmin hadisələrdə mənim həbsdən azad olunmaq üçün kimlərəsə böhtan atdığımı idda edərək ünvanıma yaramaz deyir. Dərhal cavab verirəm! Azərbaycan iqtidarı və Azərbaycanın müxalifət düşərgəsi sənin nə qədər böyük yaramaz olduğunu çox yaxşı bilir. Sənin nə qədər böyük bir yaramaz olduğunu bu yazımda faktlarla, arqumentlərlə bütün cəmiyyətin qarşısında sübut edəcəm. Nəhayət ki, özünə güzgüdə baxmaq zamanın yetişdi!
ƏTRAFLI
Snickers
Birincisi. Deyirsən ki, Eldar Salayev sənin dostundur. Sənin kimi yaramazların nəinki dostu, heç yaxın qohumları da olmur. Belə olmasaydı Azərbaycandan qaçıb getdiyin müddət ərzində onlarla dostlarının, qohumlarının sənə görə həbs olunmasına imkan verməzdin. Sən yaramaza görə bu illər ərzində qohumların və dost dediklərin üst-üstə 300 ildən çox həbs cəzası alıblar. Bunun baş verməməsi üçün iki yolun var idi. Ya buradan rədd olub gedəndən sonra susub hakimiyyətin ünvanına ağzına gələn şər böhtanı danışmamalıydın ya da kişiliyin çatmalıydı ki, tülkü qorxaqlığını yerə qoyub, həbsdən qorxmadan bu illər ərzində vətənə qayıtmaq cəhdlərinin birini reallaşdırasan. Daha hər dəfə sərhəddə qədər gəlib sonra da qətiyyətsizlik nümayiş etdirərək, cızığı keçmədən qaçıb qayıtmazdın! Kişiliyin çataydı, həbsi göz önünə alıb gələydin. Ölkənin birinci şəxsi olmağa iddialı siyasətçi həbsdən qorxmamalıdır. Vətnini, millətini sevən bir siyasət adamı üçün həbsxana divarları arasında olan 3-5 kvadrat metr yer də vətənin bir parçası sayılır. Bu yoldan hansı dahi siyasətçilər keçməyib ki? Sənin nəyin onlardan artıq idi? Sənin onlardan fərqin odur ki, sən qorxaqsan! Qorxaq birisini isə xalq heç vaxt siyasətçi kimi qəbul etməz və etmədi də! Azərbaycan xalqı da bu illər ərzində sənə təlxək kimi baxıb, bütün çıxışlarının altından ünvanına söyüş, təhqir yazmaqla münasibət bildiriblər. Çünki qaranlıq keçmişinlə bu xalqın yaddaşında onun haqqını yeyən oğru biri kimi qalmısan!
İkincisi. Sən nə üçün Azərbaycanda Heydər Əliyevin verdiyi, lakin layiq olmadığın ölkənin ikinci adamı postundan asanlıqla istefa verib getdin? Bunu indi mən cəmiyyət üçün açıqlayım. Əvvəla Heydər Əliyev o qədər böyük bir insan idi ki, o hər kəsin xidmətini qiymətləndirir və hətta səhvlərini bağışlayırdı. Bəs səni o boyda kürsüyə oturtsa da səhvlərini nə üçün bağışlamadı? Əsas səbəb bu idi ki, sən o böyüklükdə vəzifədə öz qabığına sığışa bilmirdin. Heydər Əliyev dövlət qururdu. O qurduğu dövlətin içərisində bir neft oğrusunun əllərini kəsməli idi. Bunu da etdi. Sənin əllərin neftdən kəsildikcə aqressivləşməyə başladın. İş o yerə çatmışdı ki, axır vaxtlar onun bunun yanında rəhbərin ünvanına təhqiramiz sözlər danışırdın. Əlini olmayan vicdanının üzərinə qoyub yadına sal. Bir dəfə də mən yanına gəlib dedim ki, belə etmə, yanına gələn adamlar səni qızışdırıb danşdırır və səsini yazıb aparıb verirlər rəhbərə. Təbii ki, Heydər Əliyev kimi bir dahi siyasətçinin bütün bunlardan xəbəri var idi. Sənə nə qədər xəbərdarlıqlar etsə də, bundan nəticə çıxarmağı bacarmadın. Kinin, küdrətin böyük idi. Heydər Əliyev sənin on illər boyu etdiyin neft oğurluğuna son vermişdi. İslah olunmayacağına əmin olduqdan sonra o sənə sadəcə şərait yaratdı ki, rədd olub Azərbaycandan gedəsən. Getdin və bundan sonra hakimiyyətin əleyhinə kitablar yazıb, çıxışlar etməyə başladın. İndiki Prezident, o vaxtlar Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyevin ünvanına şərlə dolu fikirlər yayımlamağa başladın.
Üçüncü. Son illər mövqeyin 180 dərəcə dəyişib. Bir vaxtlar ünvanına təhqirlər yağdırdığın İlham Əliyevi indi qəhrəman kimi qələmə verirsən, dəfələrlə təhqir etdiyin birinci vitse – prezident Mehriban Əliyevanın fitri isdedadından danışırsan. Bəli, İlham Əliyev bu gün qəhrəmandır. Ən azından ona görə ki, Azərbaycan xalqının az qala işğalı ilə barışdığı torpaqlarını saylı günlər ərzində geri qaytararaq öz adını tarixə qızıl həriflərlə yazdı! Bəs İlham Əliyev hakimiyyətə gələn ərəfədə özünü yırtırdın ki, buna yol vermək olmaz, o hakimiyyətə gəlsə Azərbaycan 50 il geriyə düşəcək! İndi gördün nə qədər cılız bir təfəkkürə, nə qədər savadsız baxışlara malik kor bir siyasətçisən! Əslində sənə siyasətçi demək də böyük yanlışlıqdır, çünki sən siyasətdə deletantsan. Mehriban xanımın 2015-ci ildə Bakıda keçirilmiş Birinci Avropa Oyunlarına rəhbərliyini tərifləyəndə dilin boğazına yerləşmirdi. Bəli, bu tədbir dünyanı heyran edəcək bir təşkilatçılıqla keçirildi. Ancaq ona rəhbərliyi sənin zaman-zaman təhqir etdiyin, dünya siyasətində öz yerini almış Mehriban xanım həyata keçirmişdi.
Dördüncü. Son 30 ildə mövqeyini 4 dəfə 180 dərəcə dəyişən birinin adını qoy vətəndaşlarımız özləri versinlər. Əvvəlcə, cəbhəçi sonra Heydər Əliyevçi, sonra Heydər Əliyevə qatı müxalifətçi, sonda isə bu gün Heydər Əliyevin kursunu davam etdirən onun övladı İlham Əliyevçi. Növbəti kim olacaq? Bax, İlham Əliyev sənin ipinin beləcə qırıq olduğunu yaxşı bildiyindən yaltaqlanmaqdan dilin qabar olsa da səni qəbul etmir və vətənə dönüşünü çox haqlı olaraq istəmir. O, çox yaxşı bilir ki, tək nala-mıxa vuran deyilsən, sənə lazım gəlsə nala da, mıxa da, ata da, onun sahibinə də əl uzadacaqsan!
Beşinci. 2005-ci ilin hadisələrində mənim kimlərəsə böhtan atdığımı yazırsan. Sən həmin hadisələrdə tək məni yox, partiyan üçün pul diləndiyin həmin o nazirləri və digərlərini də zərbə altında qoydun. O ərəfədə sən mənim Sankt-Peterburqdan Bakıya qayıdıb parlament seçkilərində sənə köməklik göstərməyimi istədin. Daha doğrusu seçkidə vəkilin olmağımı istəyirdin. Mən Bakıya döndüm. Lakin sənin məlum “dönüşünə” bir neçə gün qalmış telefon danışıqlarımız zamanı aldandığımı başa düşdüm. Çünki, sən seçkiyə gəlmirdin! İndi bir də əlini olmayan vicdanının üzərinə qoy – son danışıqda (2005-ci il oktyabr ayının 16-da) sən deyildinmi ki, deyən mən gəlirəm özü də gəlmək üçün həm hava, həm quru və həm də dəniz yolum var, bir adamın kişiliyi çatırsa mənim qarşıma çıxsın, məni bir milyon insan qarşılayacaq! Bəs dərk etmirdin ki, bu danışığa dövlətin müvafiq orqanı qulaq asır? Bəs dərk etmirdin ki, bu cür yaramaz danışıqla məni və sənin partiyana maliyyə dəstəyi göstərənləri zərbə altına qoyurdun? Bilirsən, səndən fərqli olaraq mən həyatım boyu yalan danışmamışam. Səninlə olan bütün danışıqlarımı məxfi orqanlar yazmışdılar. Hətta səninlə Rusiyanın Sankt-Peterburq şəhərindən etdiyim telefon danışıqlarının lent yazısı Bakıya çatdırılmışdı. Bəs nə düşünürdün, bu səs yazılarını mənim qarşıma qoyanda deməliydim ki, bu mənim səsim deyil? Səndən fərqli olaraq mənim yalana münasibətim belədir: - insan yalan danışmaz, təlim görməmiş it yalandan hürər! Bu həbslər sənin ağılsız hərəkətlərin nəticəsində baş verdi və sənin vicdanına yazıldı. Dost cilidinə girib hər birimizi aldada bildin və bizim hamımızı öz şəxsi maraqlarının əyağı altına qoydun. Eldar Salayevi bu işə cəlb edən sən deyildinmi? Sən demirdinmi ki, nazirlərin verdikləri yardımları Eldar Salayevə ver, o da çatdıracaq partiyaya? İndi utanmadan mənə böhtançı deyirsən? Böhtan sənin xislətindədir. Hamıya böhtan atdın bu illər ərzində, Heydər Əliyevə, İlham Əliyevə, Mehriban xanıma, siyasi partiya liderlərinə və başqa kimlərə, kimlərə və sonda da indi mənə böhtan atırsan. Utanmadan deyirsən ki, mənim adımı sənin və Eldar Salayevin adı ilə bir cərgədə çəkməsinlər. Mən 5 il ölkənin Maliyyə naziri kürsüsündə oturdum, bir ilə yaxın da bu vəzifənin icraçısı oldum. Azərbaycanda hər kəs və sən özün də mənim necə işlədiyimi çox yaxşı bilirsən. Bir adam deyə bilməz ki, Fikrət Yusifova bir manat rüşvət vermişəm. Ancaq bu cəmiyyət səni neft oğrusu, yırtıcı korrupsioner kimi tanıyır. Düz deyirsən, bizim adlarımız bir cərgədə ola bilməz, oğru ilə doğrunun yerləri əks qütblərdə olur. Eldar Salayev kimi gözəl bir insan da sənin kimi avantürüstün şirin dilinə aldananlardan biri olub. Onu üzünə ələk tutub özünü ona yaxınlaşdırmağa çalışma, o pak bir insandır!
Fikrət Yusifov
professor, sabiq maliyyə naziri
Moderator.az
Paylaş:
Müəllif : Fuad
Tarix:22-08-2021, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-08-2021, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01