Bel yırtıqlarının simptomları və müasir müalicəsi
Bel ağrılarının əsas səbəblərindən biri bel yırtığı xəstəliyidir. Təəssüf ki, son dövrlər bel yırtığından əziyyət çəkənlərin sayı artıb.
Bel yırtığı xəstəliyinin bir neçə mərhələsi müşahidə edilir. İlk olaraq fəqərələrarası diskdə qabarma, sonra protruziya, daha sonra disk yırtığı əmələ gəlir. Dördüncü mərhələdə isə sekvestrə olunmuş yırtıq prosesi başlayır.
Həkim-fizioterapevt Gülnar Əhmədli bel yırtığı xəstəliyi barədə məlumat verib.
G.Əhmədlinin dediyinə görə, fəqərələrarası diskin ortasında nüvə, ətrafında isə fibroz halqa yerləşir: "Protruziya deyilən mərhələdə fəqərələrarası diskin mərkəzində yerləşmiş nüvə öz tamlığını itirərək xarici qişaya basqı edir, nəticədə ətrafdan keçən sinirləri sıxır. Sonrakı mərhələdə isə fəqərələrarası diskin xarici qişasını dələrək xaricə çıxır və yandan ayaqlara doğru gedən oturaq sinirini sıxır. Bu zaman xəstələrdə bel ağrısı ilə yanaşı, çanaq və ayaq ağrıları da baş qaldırır. Fəqərələrarası diskin hansı nahiyədə yerləşməsindən asılı olaraq ağrılar da fərqli yerlərdə hiss edilə bilər. Fərqli nahiyələrdə - budun ön, yan və arxa səthlərində yırtığın yerləşmə yerinə müvafiq olaraq ağrılar baş verə bilər”.
Xəstəliyin simptomları barədə məlumat verən həkim-fizioterapevt deyib: "Tək və ya hər iki aşağı ətrafa yayılan ağrılar, bud və baldır əzələlərində olan ağrı, ayaqlarda uyuşma, keylik, yandırma, göynəmə, soyuma hissiyyatı, hərəkət məhdudluğu, baldır əzələlərində qıcolma, antalgik pozisiya (ağrı ilə əlaqədar beldə əyrilik), yeriyən və oturan zaman ağrıların olması bel yırtığının əlamətləridir. Bel yırtığının pəncədə iflic, tez yorulma, sidik saxlaya bilməmək, yeriyə bilməmək kimi ağırlaşmaları da meydana çıxa bilər”.
G.Əhmədli, həmçinin bel yırtığının müalicəsində istifadə edilən fizioterapiya metodlarından danışıb: "Qabarma, protruziya və yırtıq mərhələsində fizioterapiya müalicəsi təyin edilir. Fizioterapiya müalicəsində yüksək intensivli lazer, ultrasəs terapiyası və müxtəlif cərəyan növlərindən istifadə edilir. Yeni metod olan tekar terapiyası da disk yırtıqlarının müalicəsində əvəzedilməz fizioterapiya üsulu sayılır. Tekar terapiya reabilitasiya və fizioterapiya sahəsində innovasion metoddur, orqanizmin hüceyrə regenerasiyasını həyata keçirmək üçün istifadə edilir. Həmin terapiya üsulu yüksək tezlikli elektrik cərəyanının orqanizmə müalicəvi təsirinə əsaslanır. Orqanizmə elektromaqnit dalğalar şəklində daxil olaraq terapevtik təsir göstərir. Bu metod dərin termoterapiya üsuludur”./AZƏRTAC
Paylaş:
Müəllif : Fuad
Tarix:17-08-2021, 08:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-08-2021, 08:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11