Piyadanın öldüyü qəzada qazinin sürücülük vəsiqəsi olmayıb?
Xəbər verdiyimiz kimi, iyulun 30-da Cəfərli Süleyman Yusif oğlu idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanan 1998-ci il təvəllüdlü Əlirza Babazadəni vurub. A.Babazadə aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, orda vəfat edib.
A.Babazadənin əmisi oğlu Adil Quluzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Vətən müharibəsi qazisi olan Süleyman Cəfərlinin sürücülük vəsiqəsi olmayıb. O, həmçinin qeyd edib ki, avtomobil də qazinin özünün deyil: “Mülkiyyət hüququ yoxdur və etibarnamə də verilməyib ona. Həmçinin hadisəni törətdikdən sonra oradan qaçıb. S.Cəfərliyə hadisə yerindən qaçmaq maddəsi ilə də iş açılıb. Əmimoğlu evin tək oğlu idi və 3 bacısı da var. Atasının tək ümidi idi. Əmim də dedi ki, əgər S.Cəfərli oğluma kömək etsəydi, hadisə yerindən qaçmasaydı, mən onun həbs edilməsini istəməzdim. Universitetdə eyni qrupda oxumuşuq. Subay idi, amma sentyabrda nişanı olacaqdı”
A.Babazadə hadisənin təfərrüatları barədə də danışıb: “Əlirza səhər işə gedirmiş və taksi sifariş edib. Həmin vaxt o, S.Cəfərlinin gəldiyi yolun əks istiqamətində olub. Həmin yolda sürət həddi 60 km/saatdır, amma hadisəni törədən adam 120 km/saat sürətlə hərəkət edirmiş. Yolun vəziyyəti pisdir və yüksək sürətdə S.Cəfərli idarəetməni itirib və əks yola keçərək Əlirzanı vurub. Bundan sonra əmimoğlu yolda dayanan “KİA Optima” markalı avtomobilin üzərinə düşüb. Beyin ölümü həmin vaxt reallaşıb. Təcili yardımın da səhvi olub. Çünki yaxında xəstəxanalar ola-ola, götürüb onu Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıblar. 4 saat onu hadisə yerində saxlayıblar, sonra xəstəxanaya çatdırıblar. Yanında heç kəsi olmadığı üçün də kömək də etməyiblər".
Adil Quluzadənin iddiaları ilə bağlı Təcili Tibbi Yardım Xidməti ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, həkimlər hadisə yerinə zamanında çatıb: “İyulun 29-da Təcili Yardıma Yasamalda yerləşən “Vital” klinikasının yanında avtoqəza səbəbi ilə yaralının olması barədə çağırış edilib. Həmin çağırış 08:52-də TTY əməkdaşı Sevinc Hüseynovaya yönləndirilib. 09:06-da isə təcili yardım artıq deyilən üvnanda olub. Həkim orada xəstə Əlirza Babazadəyə ilk yardım göstərdikdən sonra onu kəllə-beyin travması, baş beyin əzilməsi və beyin koması diaqnozları ilə profil üzrə 3 saylı Şəhər Klinik Xəstəxasına aparılıb”.
Qazinin maşını sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etməsi iddiası ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlasaq da, cavab ala bilmədik.
Qeyd edək ki, sürücü S.Cəfərli Vətən müharibəsi qazisidir, sol ayağından xəsarət alıb və 3-cü qrup əlildir. Avtomobili idarə edərkən ayağından ağrılar başladığı üçün idarəetməni itirib. C.Cəfərli Füzulinin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-08-2021, 10:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-08-2021, 10:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11