XÜSUSİ TƏYİNATLI QƏTİYYƏTİ İLƏ DÖYÜŞDÜ... - Gizir Vüqar Ələkbərovun ŞƏHİDLİK yolu
44 gün davam edən Vətən müharibəsində böyük şücaət göstərərək, dəmir yumruqla düşmənin başını əzərək torpaqlarımızı azad edən igid oğullarımızın şərəfli döyüş yolunu öyrənmək və geniş təbliğ etmək hər birimizin vətənpərvərlik borcudur.
Vətən uğrunda son damla qanınadək döyüşərək şəhidlik məqamına yüksəlmiş cəsur hərbi qulluqçularımızdan biri də gizir Ələkbərov Vüqar Telman oğludur.
Gizir Vüqar Ələkbərov 1994-cü il noyabrın 16-da Ucar rayonunun Qazyan kəndində anadan olub. Telman Ələkbərovun və Şaynat Ələkbərovanın böyüdüb tərbiyə etdiyi iki oğul övladından (Vüqar və Xəyal) biri, həmçinin, ailənin ilki idi...
Orta təhsilini doğulub boya-başa çatdığı Qazyan kənd 2 saylı tam orta məktəbində alan Vüqar, 2010-cu ildə həmin təhsil ocağının 9-cu sinfini bitirərək, Göyçay şəhərindəki Dövlət İdarəetmə və Texnologiya Kollecinə qəbul olunub. 2014-cü ildə kolleci “Nəqliyyat vasitələrinin təmiri və servis xidməti” ixtisası üzrə bitirib. Müddətli həqiqi hərbi xidmətini 2014-cü ilin iyul ayından 2016-cı ilin yanvar ayınadək Daxili Qoşunların Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində keçib. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissəsinin xüsusi vasitələrin tətbiqi dəstəsində müddətdən artıq həqiqi hərbi xidmətə keçirilərək, Vətənə olan şərəfli borcunu yerinə yetirməyə davam edib.
Xidmət etdiyi dövrdə nümunəvi xidməti və yüksək hərbi intizamı ilə böyük rəislərin etimadını doğruldub, hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb. Məhz buna görə də 2017-ci ilin fevral ayından etibarən qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müxtəlif vəzifələrdə xidmətini davam etdirən silahdaşımız 2018-ci ilin may ayından atəş təminatı qrupunda iriçaplı pulemyot yarımqrupunun komandiri vəzifəsinə irəli çəkilib. Tələbkarlığı və qayğıkeşliyi sayəsində tabeliyindəki şəxsi heyətin rəğbətini qazanan Vüqarın bir komandir kimi fəaliyyəti də hər zaman müsbət qiymətləndirilib.
“N” saylı hərbi hissənin “Pələng” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsində qrup komandiri olmuş, 3-cü dərəcəli “Rəşadət” ordeni, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş baş leytenant Xəqani Məmmədov (hazırda qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində xidmətini davam etdirir) Azərbaycanın şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsində komandiri olduğu qrupun 2 nəfər hərbi qulluqçusunun - gizir Vüqar Ələkbərov və çavuş Cəlil Xeyrullayevin şəhidlik zirvəsinə yüksəldiyini qeyd edərək, onların döyüşlər zamanı göstərdikləri şücaətlə qürur duyduğunu bildirdi.
Baş leytenant X.Məmmədov Vüqarın komandir kimi fəaliyyətinə toxunaraq, onun ən bacarıqlı yarımqrup komandirlərindən biri olduğunu da diqqətə çatdırdı: “Qarşıya qoyulan tapşırıqları vicdanla yerinə yetirən və nümunəvi xidmətilə fərqlənən hərbi qulluqçu olub. Olduqca vətənpərvər və bacarıqlı yarımqrup komandiri kimi tabeliyindəki şəxsi heyətə qarşı tələbkarlığı ilə yanaşı, onlardan qayğısını da əsirgəməyib. Hər zaman mehriban və gülərüz olub. Sonuncu dəfə onunla qarşılaşdığımız Füzulidə gedən döyüşdə də yanımdan üzündə xoş bir təbəssümlə ötüb keçmişdi...”.
Vətən müharibəsinin ilk günündən hərbi əməliyyatlarda fəal iştirak edən gizir V.Ələkbərov Murovdağ silsiləsi, Cəbrayıl, Füzuli rayonlarının və Xocavənd rayonunun Hadrut qəsəbəsi ətrafındakı bir sıra yaşayış məntəqələrinin və strateji əhəmiyyətli yüksəkliklərin azad olunmasında, eləcə də düşmənin xeyli sayda canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində böyük şücaət göstərib.
12 oktyabr 2020-ci il... Füzuli-Cəbrayıl rayonları istiqamətində gedən döyüş Vüqarın son döyüşü oldu. Onunla birgə bu döyüşdə iştirak etmiş “Pələng” xüsusi təyinatlı dəstəsində yarımqrup komandiri, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş gizir Pərvin Rəhimli vətənpərvər silahdaşının qəhrəmanlığını heç zaman unutmayacağını deyir: “Vüqarla birgə Vətən müharibəsinin ilk günündən başlayaraq eyni qrupun tərkibində döyüş əməliyyatlarında iştirak etmişəm. Deyərdim ki, əsl hərbi qulluqçuya xas olan bütün müsbət keyfiyyətlər sanki onda cəmləşmişdi. Olduqca vətənpərvər, qorxunun nə olduğunu bilməyən, dostluğa və yoldaşlığa önəm verən bir insan idi. Şəxsi heyət arasında Vüqarın hörmət və nüfuzunu yüksəldən başlıca amil də məhz onun bu xarakterik xüsusiyyətləri idi.
Murovdağ silsiləsindən başlayaraq düşmənə qarşı vuruşduğumuz hər bir döyüşdə Vüqarın necə mərd insan olduğunun şahidi oldum. Döyüş meydanında ermənilərin başına od-alov yağdırmaqla bərabər, gözünü qırpmadan yaralanmış və şəhid olmuş silahdaşlarımızın mərmi “yağışı” altından çıxarılmasında, yaralılara ilkin tibbi yardım göstərilməsində, eləcə də ən çətin digər tapşırıqların yerinə yetirilməsində hər zaman fərqlənmişdi Vüqar.
Sonuncu tapşırığımız düşmənin Füzuli-Cəbrayıl rayonları istiqamətində strateji cəhətdən əlverişli ərazidə mövqelənmiş top batareyasını məhv etmək idi. Aldığımız kəşfiyyat məlumatına əsasən burada ermənilərin 8 ədəd 150 millimetrlik topu və xeyli sayda canlı qüvvəsi cəmləşmişdi. Bizim qrup atəş dəstəyi ilə müxtəlif istiqamətlərdən düşmənin xeyli sayda canlı qüvvəsini məhv edə-edə irəliləyərək, əsas mövqeyinə yaxınlaşmışdı. Ermənilərlə aramızda 10-15 metrə qədər məsafə vardı. Şiddətli döyüş gedirdi. Bu vaxt səngərdə uzanmış düşmən pulemyotçusunun ayağa qalxaraq biz olan istiqamətə atdığı güllələrdən biri Vüqarın sinəsindən dəydi. Vüqarla aramızda bir-iki metr məsafə olar, ya olmazdı. Ona ilkin tibbi yardım göstərməyimizə baxmayaraq, yarası ağır olduğundan, Vüqar qollarımın arasındaca gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəldi.
Lakin biz erməni pulemyotçusu da daxil olmaqla, onların bütün şəxsi heyətini və toplarını məhv edib mövqelərini ələ keçirməklə, şəhid silahdaşımızın intiqamını düşməndən almağa müvəffəq olduq”.
Gizir V.Ələkbərov 2020-ci il oktyabrın 15-də Ucar rayonunun Qazyan kənd qəbiristanlığında dəfn olunub. Subay idi. Dörd ay öncə nişanlanmışdı. Vüqarın ən böyük arzusu müharibə xalqımızın qələbəsi ilə bitdikdən sonra toy edib ailə həyatı qurmaq və xoşbəxt ömür sürmək idi...
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli və 24 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə gizir Ələkbərov Vüqar Telman oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Məlumat üçün bildirək ki, “Milli TV” saytının “YouTube” internet portalı vasitəsilə yayımlanan, qəhrəman şəhid və qazilərimizə həsr olunmuş “Vətən uğrunda döyüşənlər” proqramında aparıcı Səbinə Mehdiyevanın təqdimatında qoşunların şəhid hərbi qulluqçusu gizir V.Ələkbərovun gənc nəslə nümunə olan döyüş yolu barədə məlumatlar izləyicilərə təqdim edilib.
Bundan əlavə, İbrahim Hüseynovun müəllifi olduğu və 2021-ci ildə “Radius” mətbəəsində çap olunan “Qələbə şəhidləri” adlı kitabında, həmçinin, Aidə İsayevanın “Yeni Söz” qəzetinin 4 mart 2021-ci il tarixli sayında dərc edilmiş “Bu həyatı gərək elə yaşayasan ki...”, Elşən Qəninin “İki Sahil” qəzetinin saytında verilmiş “Vətən müharibəsinin qəhrəmanları: Vətən mənim vüqarım, Vüqar mənim vətənimdir” və “Yeniavaz.com” saytında işıq üzü görən “Düşmənin 100-dən artıq canlı qüvvəsini məhv edən XTQ-nin giziri şəhid Vüqar Ələkbərov” başlıqlı məqalələrdə cəsur silahdaşımızın həyat və döyüş yolu geniş işıqlandırılıb.
Sonda şəhidimizin bir zamanlar söylədiyi və indi onun məzar daşında həkk olunmuş fikirlərini qeyd etmək istəyirəm: “Həyat çox qısadır. Bu həyatı insan kimi yaşamaq lazımdır. Elə yaşamaq lazımdır ki, sonra peşman olmayasan”.
Vətən uğrunda şəhidlik zirvəsinə ucalan Vüqar kimi igid oğullarımızın hər biri yaşadıqları qısa, lakin şərəfli ömürləri ilə adlarını tariximizin qəhrəmanlıq səhifələrinə əbədi olaraq həkk etdilər.
Allah rəhmət eləsin!
Mayor Anar Əhmədov
DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru
Paylaş:
Müəllif : Fuad
Tarix:2-08-2021, 21:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-08-2021, 21:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11