Maşın sürmək üçün ETİBARNAMƏ ləğv olunur? - AÇIQLAMA
Nəqliyyat vasitələrindən istifadə və idarəetmə hüququ üçün notarial qaydada təsdiq edilmiş etibarnamənin ləğvi məsələsi gündəmə gəlib. Sürücüləri ciddi narahat edən bu məsələ zaman-zaman təklif və müzakirə olunsa da, tətbiqi reallaşmayıb.
1 milyon yarım avtomobil etibarnamə ilə idarə olunur...
Dünyanın inkişaf etmiş ölkələrində etibarnamənin tətbiqi mövcud deyil. Azərbaycanda isə Sovetdən qalma bu ənənə davam edir və təxminən 1 milyon 500 min avtomobilin böyük bir qismi etibarnamə ilə idarə olunur.
Avtomobillərdən istifadədə tətbiq edilən etibarnamənin ləğvi məsələsi bir neçə dəfə parlamentdə də müzakirə edilib.
Xatırladaq ki, ötən il Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında millət vəkili Azər Badamov belə bir müzakirəyə imza atmışdı. O, etibarnamənin sovetdən qalma məsələ olduğunu qeyd edərək inkişaf etmiş ölkələrdə avtomobilin idarə olunması üçün etibarnamə sisteminin olmadığını əsas gətirmişdi.. Onun fikrincə, etibarnamə aktuallığını itirib.
Etibarnamə gəlir yeridir?
Bəzi ekspertlərin fikrincə, etibarnamə gəlir yeri olduğu üçün Ədliyyə Nazirliyi bu sənədi ləğv etmir. Avtomobil sürülməsi üçün ailə üzvlərinin bir-birinə etibarnamə verməsi isə ümumiyyətlə absurd bir tələbdir. Yəni burada ailə dəyərlərinin pozulmasınsan söhbət gedir. Səbəb maşın oğurluğu və ya hansısa xətanın törədilməsidirsə, yollarda kifayət sayda quraşdırılan kameralarla inzibati tənbeh yaradan halları ortaya çıxarmaq mümkündür.
“İcra mexanimi hazırlanmalıdır”
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Bizim.Media-ya açıqlamasında məlum təklifi dəstəkləsə də, etibarnamənin ləğvi ilə bağlı müəyyən icra mexanizmlərinin tətbiqini vacib sayıb:
“Yol polisi olaraq müasir dövrün tələbləri üzrə xidmət göstəririksə, bu bizi sevindirir. Etibarnamənin ləğv edilməsinin bir vətəndaş, həm də yol polisi olaraq mən də tərəfdarıyam. Məsələnin nisbətən sadələşdirilməsinə ehtiyac var. Yəni nəqliyyat vasitəsinin sahibi məlumdursa, yazışmaya ehtiyac qalmır. Amma nəzərə almalıyıq ki, nəqliyyat vasitəsini idarə edən şəxs xəta törədir və bununla bağlı inzibati tənbeh tədbiri tətbiq edilir. Heç kimə sirr deyil ki, bir çox xətaların törədilməsi avtomatik elektron qərarlarla müəyyənləşdirilir və cəza tədbiri həyata keçirilir. Bunun isə idarəetmə mexanizmi olmalıdır. Hesab edirəm ki, vəkalətnamənin ləğvi məsələsi öz həllini tapsa da, avtomobili idarə edənin xəta törətdiyinin kimliyinin də qeydə alınması vacib şərtlərdən biri olmalıdır. Çünki avtomobil sahibinin nəqliyyat vasitəsini idarə etmədiyi halda ona cəza tədbiri gəlirsə, məsələ mürəkkəbləşir”.
Cərimə xətanı törədənə deyil, avtomobil sahibinə niyə gəlsin?
Vaqif Əsədov əlavə edib ki, istənilən halda qanunvericilikdə nə kimi dəyişiklik olarsa, yaxud sözügedən qanun qüvvədə qalarsa, vəzifələrini layiqincə yerinə yetirəcəklər:
“Vətəndaş maşın sahibindən 3 günlük və ya 1 həftəlik etibarnamə alır. Rayona gedib qayıdır və avtomobili sahibinə təhvil verir. Sürücünün bu ərəfədə törətdiyi xəta barədə cərimə avtomobil sahibinə gəlir. Çünki sonuncu qeydiyyat üzrə maşın sahibi cavabdeh olur. Xətanı mən törətmişəmsə, niyə cərimə balı avtomobil sahibinə gəlməlidir? Ortaya haqlı məqamlar çıxır. Bunun icra mexanimi öz həllini tapırsa, zamanın tələbidir və vətəndaşların məsuliyyətinin artırılmasına yönələr. Daha sərfəli, açıq tipli mexanizm tətbiq olunarsa, etibarnamənin ləğvini hamı istəyər və razı qalar. Əgər vətəndaş narazılığı ilə qarşılanacaqsa, bu, yol polisi olaraq fəaliyyətimizə də kölgə salır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-07-2021, 10:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:29-07-2021, 10:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti