İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRƏ “BÖYÜK QAYIDIŞ”... - Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək
Azərbaycan Ordusunun zəfəri ilə başa çatan 44 günlük müharibədən sonra Azərbaycanın əsas prioritetlərindən biri işğaldan azad edilmiş şəhər və qəsəbələrin yenidən bərpasıdır. Bu istiqamətdə işlərə hərbi əməliyyatlar bitəndən dərhal sonra strart verilib. Əvvəlcə ərazilərin partlamamış sursatlardan, minalardan təmizlənməsi, daha sonra əsas kommunikasiya xətlərinin çəkilməsinə başlanılıb.
2021-ci ilin dövlət büdcəsindən bu məqsədlə 2,2 milyard manat vəsait ayrılıb. Habelə ilin əvvəlində yaradılmış Qarabağ Dirçəliş Fonduna köçürülən ianələr də tikinti-quruculuq işlərinə yönəldilir. Bu vəsaitlər əhalinin, iş adamlarının, şirkətlərin, xaricdə yaşayan həmvətənlərimizin könüllü şəkildə köçürdüyü ianələrdən formalaşır.
Dövlətin maliyyə resursları tenderlər vasitəsi ilə iddiacı şirkətlər arasında bölüşdürülüb. Hazırda işğaldan azad olunmuş bölglərdə çoxsaylı xarici şirkətlər də çalışır.
Azərbaycan Prezidentinin tövsiyəsinə əsasən onlar müharibə zamanı Azərbaycana siyasi, mənəvi dəstəyini əsirgəməyən dost ölkələrdən seçilib. Bu sırada qardaş Türkiyəni, Böyük Britaniyanı, İsraili, Pakistanı və s. ölkələri təmsil edən şirkətlər üstünlük təşkil edir. Eyni zamanda dünyanın ixtisaslaşmış nəhəng şirkətləri də Qarabağın yenidən qurulmasına cəlb edilib. Hazırda bu firmalar azad edilmiş böləgələrdə yolların, kommunikasiya xətlərinin, hava limanlarının, dəmir yol xətlərinin, habelə şəhər və kəndlərin tikintisi ilə məşğuldur.
Prezident İlham Əliyevin açıqladığı “Böyük qayıdış” planına görə, ilk növbədə işğaldan azad edilmiş Ağdam şəhəri yenidən qurulacaq. Qeyd edək ki, iyunun 12-də Qərb ölkələrinin vasitəçiliyi ilə 15 erməni diversantin geri qaytarılması müqabilində Ağdamın minalanmış əraizlərinin xəritələri alınıb.
Bu xəritələrə əsasən düşmən şəhər ərazsinə 97 mindən artıq mina basdırıb. Hazırda yerli və xarici mütəxəssislərin, müasir hərbi texnikanın, dronların köməyi ilə onların zərərsizləşdirilməsi həyata keçirilir.
Şəhərin Baş planını Ağdamda Prezident İlham Əliyevin ictimaiyyətlə görüşü vaxtı "Ağ şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıqov açıqlayıb.
“Vaxtilə Ağdam şəhərinin ərazisi 700-800 hektar idi. İndi iki dəfə böyüdürük," - şəhərin Baş planı ilə tanış olarkən Prezident İlham Əliyev deyib.
Prezidentə Baş planın təqdimatı vaxtı şəhər əhalisinin 36 min nəfər, birləşdirilən kəndlərlə və əhalinin artımını nəzərə almaqla 50 mindən yuxarı olduğu bildirilib. Yeni Ağdam isə 100 min nəfər sakin üçün planlaşdırılır. Plana görə, şəhərə onun tarixi hüdudlarından başqa bir neçə kənd birləşdirilib. Ruslan Sadıqov bildirib ki, əhalinin 70 faizi şəhər ərazisinin 30 faizində yaşayacaq.
Baş plana görə, Ağdamda 1750 fərdi ev və 23 min mənzilin inşa olunacağı nəzərdə tutulur. Beləliklə, şəhər sakinlərinin üçdə biri fərdi evlərdə yaşayacaq. Ağdam rayonundakı evlərin daha böyük həyətyanı sahələrlə təmin olunacağı bildirilir. Şəhərdə ictimai yaşıllıq məkanları da qurulacaq. Belə ki, hər bir Ağdam sakini evindən çıxarkən 400 metr gedərək istirahət parkına çatacaq.
Yeni Baş planda nəqliyyat infrastrukturu əsas üstünlüyü piyadalara verəcək. Ağdamda hərəkət vasitəsi kimi velosipedlər xüsusi yer tutacaq. Bunun üçün ayrıca şərait və infrastruktur olacaq ki, insanlar yola çıxmadan velosipeddən təhlükəsiz, rahat istifadə edə bilsinlər.
Şəhərdə ictimai nəqliyyat vasitəsi olaraq həmçinin relslər olmadan təkərlər üzərində hərəkət edəcək tramvay xətləri də nəzərdə tutulub. Onların marşrutu digər nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməməsi üçün yolun ortası ilə keçməyəcək.
Təhsil Nazirliyi də Ağdamda tikiləcək 15 məktəb layihəsini təqdim edib. Burada həmçinin Qarabağ Universitetinin yaradılması da nəzərdə tutulur.
"Ağdam bütün Qarabağın təhsil mərkəzi olacaq", - təqdimat vaxtı Prezident İlham Əliyev deyib. Ağdamda açıqlanan məlumata görə, xüsusi məktəb inşa etməyə investorlar da maraq göstərir. Şəhərdə məktəblər üçün yer elə seçilib ki, istənilən nöqtənin 300-350 metrliyində məktəb olacaq.
Ağdam şəhərinin yeni nəzərə çarpacaq xüsusiyyətlərdən biri kimi onun intensiv, müasir bağlar və əlçatan yaşıl zonalara sahib olacağıdır. Həmin bağların içində kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik otellər ola bilər ki, şəhərə gələn qonaqlar kənara çıxmadan bağ-bağatın içində qala bilsinlər.
Baş planın təqdimatı vaxtı şəhərdə BMT-nin UNICEF qurumunun "Ağıllı və dayanıqlı şəhərin müddəaları haqqında" kitabçasında göstərilən 18 müddəasının nəzərə alındığını bildirilib. Planın müəllifləri müvafiq prinsiplərin kompüter şəbəkəsindən tutmuş turizm və yaşıllıq zonalarına qədər, əks olunduğunu deyirlər.
Misal üçün, ağıllı və ya dayanıqlı şəhər prinsipinə uyğun olaraq, burada su, elektrik təchizatı, sosial infrastruktur elə qurulub ki, əlçatan olsun və sakinlərə xəstəxana, məktəb və ya baş meydana piyada çatmaq imkanı verilsin. “Ağıllı şəhər” konsepsiyasının tələb etdiyi kimi, şəhərin bütün elementləri 125 hektarlıq meşədən tutmuş, su kanalları, göl, müasir körpülər və yollar vahid sistemin tərkibi olmalıdır.
Qeyd edək ki, azad edilmiş başqa ərazilərdə də əsasən “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyalarından istifadə olunacaq.
Xatırladaq ki, aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyev və I xanım Mehriban Əliyevanın iştirakı ilə azad olunmuş ərazilərdə salınacaq ilk “Ağıllı kənd”in təməli qoyulub. Bununla ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb.
Ötən həftə kəndin bir qrup sakininin Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Ağalı kəndinə səfəri təşkil olunub. Onlara “Ağıllı kənd”in mahiyyəti, layihə çərçivəsində görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, burada salınan "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Sakinlər tezliklə öz yurdlarına qayıtmaq niyyətində olduqlarını, azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində həvəslə iştirak edəcəklərini bildiriblər.
Prezident "AzTv"-yə son müsahibəsində də işğaldan azad olunmuş ərazilərdə böyük miqyaslı işlərin həyata keçirildiyini vurğulayıb.
Qeyd edib ki, artıq Füzulinin, Cəbrayılın baş planlarının da ilkin versiyası ona təqdim edilib.
"İndi müfəssəl plan üzərində iş aparılır. Yaxın aylarda Füzuli və Cəbrayıl şəhərlərinin baş planı ictimaiyyətə təqdim ediləcək. Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə artıq başlanmışdır. Bir neçə xarici şirkət, tanınmış dünya səviyyəli şirkət öz təklifini verdi. İndi seçim aparılır. Eyni zamanda, əlbəttə ki, Qubadlı da, Laçın və Kəlbəcər də - o şəhərlər də yenidən qurulacaq. Yəni, bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır. Onu da bildirməliyəm ki, biz bütün bu işləri öz hesabımıza edirik. Bütün xərcləri öz hesabımıza edirik, heç bir yerdən bir manat yardım almamışıq. Bəli, xarici şirkətləri biz dəvət etmişik, amma podratçı kimi. Bütün vəsait dövlət büdcəsindən gedir. Dövlət büdcəsi üçün bu, böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik" -deyə Prezident vurğulayıb.(Azpolitika)
Paylaş:
Müəllif : Fuad
Tarix:24-07-2021, 09:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-07-2021, 09:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01