Şeyx getsin “aş-qara” yesin, siyasətə qarışmasın...
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının dilində ən çox bu ifadə səslənirdi, “İranın duasındansa, İsrailin PUA-sı yaxşıdır”.
Bu söz-söhbət təzəcə səngimişdi ki, Şeyx bayram namazı zamanı qayıdıb dedi ki, “Bəs Xamneyinin fətvası bizi Qarabağda qələbəyə apardı”.
Birincisi, onu qeyd edim ki, Qarabağda qələbəyə bizi Ali Baş komandan və ordumuz apardı. Arxa cəbhədə gecə-gündüz ordu üçün çalışan xalq apardı. Prezident İlham Əliyevin siyasi əzmi, diplomatiyası, strategiyası apardı. Xalqın dövlət başçısına olan etibarı, inamı apardı.
İkincisi, istər birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsi dövründə Vətən uğrunda biz azərbaycanlılar vuruşduq. İçimizdə yəhudi, rus, udi, talış, ləzgi, dinindən asılı olmayaraq hamı bütöv Azərbaycan üçün vuruşdu. Neçə-neçə şəhid verdik. Albert Aqarunovu Şeyxin yadına salmaq istəyirəm. O nə müsəlman idi, nə də etnik azərbaycanlı. Albert sadəcə Vətənin oğlu idi. Vətən uğrunda da canından keçdi.
Üçüncüsü, Azərbaycan xalqı öz dostunu, düşmənini çox yaxşı tanıyır. Malalamaq, rəngləmək lazım deyil. Gələn qonaqlara da şirinlik eləmək lazım deyil. İranda onsuz da şərbət çox içirlər, Bakıda da içsələr, ürəklərini vurar.
Ən vacibi, bu müharibədə Azərbaycanın yanında can qardaşı Türkiyə oldu. Bütün xarici düşmənlərə qarşı Azərbaycanla birgə savaşdı. Hər gün Türkiyə hökuməti “Biz Azərbaycanın yanındayıq dedi”. İran harada idi? İran gözləmə rejimində çay içirdi. İsrail Azərbaycanla din qardaşı olmasa da, əsl dost kimi dəstək oldu. Pakistan min kilometrlərlə uzaqda olsa da, qardaş çiynini müharibənin altına saldı. Bu gün də qazilərimiz qardaş Türkiyənin ən yaxşı xəstəxanalarında müalicə alır. Ən yaxşı həkimləri bizim oğullarımızı sözün hər mənasında ayağa qaldırır. Bunu necə inkar etmək olar?
Yəqin Şeyxin başı nəzir qutularına elə qarışıb ki, baş verənləri görmür. Yoxsa pandemiya dövründə bağlanan məscidlər tələb olunan günlük gəliri gətirə bilmir? Şeyxin də əhvalı təlx olub. Söz-söhbəti qarışdırır. Düşünürəm ki, Şeyx ilk növbədə öz işi ilə məşğul olmalıdır. Çünki Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır. Şeyxin siyasətə, diplomatiyaya qarışması isə ümumiyyətlə, yol verilməzdir. Anlaşılan odur ki, şeyx bunu qəti bacarmır. Danışdıqca aləmi bir-birinə qatır. Görəsən dua edərkən də ərəbcə sözləri qarışdırır? Əfsuslar olsun ki, ərəb dilini bilmirik. Şeyx ərəbcə nə desə “Amin” deyib keçəcəyik. Amma ölkəmizin, prezidentimizin, ordumuzun haqqına girəndə, üzrlü saysın, “Amin” deyib keçə bilmirik.
Necə olur ki, şeyx İran və onun hakimiyyətini Türkiyə və R.T.Ərdoğanla bir səviyyəyə qoyur? Yoxsa 44 günlük müharibə dövründə şeyx Azərbaycanda deyildi? Niyə İran hökuməti yalnız noyabrın 4-də səsini çıxartdı? Deməli, İran hökuməti son ana qədər Ermənistanın qələbə çalacağına inanırdı.
Ağdam, Füzuli bilirsiz niyə sökülüb? Ona görə ki, o evlərin daşlarını iranlılar daşıyıb aparıb İrana. Əgər Qarabağ islam torpağıdırsa, niyə 30 il ərzində bu torpaqlarda dəfn olunan müsəlmanların qəbrini söküb, dağıdan erməniyə bir dəfə fətva vermədi İran? Yüzlərlə məscidimiz ermənilər tərəfindən söküləndə, içində donuz saxlayanda İran niyə lal, kar, kor oldu?
İran hökuməti hansı haqla Şuşada, işğal dövründə bizim ərazimizdə iş görüb? İşğal dövründə “Gövhər Ağa” məscidinin girişinə lövhə vurduraraq “fars məscidi” yazdırıb? Budur qardaş İran dövləti? Şeyxin bunlardan xəbəri yoxdursa, bir oxusun, araşdırsın. Allaha şükürlər olsun, hamının smartfonu var.
Ümidvaram ki, bizdən fərqli olaraq şeyxin ən son model smartfonu var. Axtarışa vurub, görsün. Camaat da şeyxə deyəndə ki, “Şeyx getsin aş-qara yesin”, şeyx xalqdan inciyir. Niyə xalqın haqqına girir ki? Ən böyük günah qul haqqına girmək deyilmi İslamda?
Biz İranın 30 il ərzində Ermənistanı yanacaq, silah-sursat, hərbi texnika ilə geninə-boluna necə təmin etdiyini yaxşı bilirik. Elə indi də İran əlinə fürsət düşdükcə bunu edir. Qarabağa humanitar yardım adı ilə nə zibil deyirsən daşıyır. Narkotikdən tutmuş, alt paltarına qədər. Düşünür ki, birdən ermənilər alt paltarsız qalar. Dost-qardaşdılar axı. Yoxsa şeyxin bütün bu baş verənlərdən xəbəri yoxdur?
Hörmətli Şeyx, bu müharibəni Azərbaycan xalqı qazanıb. Bu Qələbəni Ali Baş Komandan və ordumuz qazanıb . Bizim 18 yaşında uşaqlarımız qazanıb. Bu uşaqların bəlkə də sizin qədər namaz qılmağa, dua etməyə vaxtları olmayıb, amma onların içində ən böyük inam olub. Allaha və düşmənə qalib gələcəklərinə inanıblar. İranın nə fətvası, nə də duası bizə kömək olub. Biz çox yaxşı bilirik, kim bizə kömək olub! Deyirəm, daha şeyxə bayram namazından sonra çıxış etməyə imkan vermək olmaz.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-07-2021, 23:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-07-2021, 23:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11