Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
İyulun 17-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2021-ci ilin birinci yarımili ərzində cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluqdan verilən məlumata görə, hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, Bakı şəhərində 2020-ci ilin birinci yarımilində prokurorluq və daxili işlər orqanları üzrə cəmi 5362 törədilmiş cinayət hadisəsi qeydə alındığı halda, 2021-ci ilin birinci yarımilində 630 hadisə artaraq 5992 hadisə qeydə alınmış, ağır və xüsusilə ağır cinayətlərin sayı 286 vahid artaraq 1075 olmuş, qeyd olunan cinayət hadisələrinin açılma faizi 86,7% olmuşdur.
Qeyd olunmuşdur ki, hesabat dövründə ötən illə müqayisədə qəsdən adam öldürmə cinayətlərinin sayı 2 fakt artaraq 25 cinayət hadisəsi qeydə alınmışdır ki, onlardan Bakı şəhərinin tabe rayon prokurorluqlarında ibtidai istintaqı aparılan bütün cinayət işlərinin açılması təmin edilmişdir.
Bildirilmişdir ki, 2020-ci ilin birinci yarımili ilə müqayisədə hesabat dövründə 20 quldurluq hadisəsi qeydə alınmışdır ki, bu ötən illə müqayisədə 8 hadisə az olmuş, həmin hadisələrdən 1-i bağlı qalmışdır.
Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 2020-ci ilin birinci yarımili ilə müqayisədə 7 hadisə azalaraq 89 hadisə olmuş, onlardan hamısının açılması təmin edilmişdir.
Vurğulanmışdır ki, Bakı şəhərinin prokurorluq və polis orqanları tərəfindən digər illərdə olduğu kimi 2021-ci ilin birinci yarımilində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilmiş, hesabat dövründə bu qəbildən olan cinayətlərin aşkarlanması ilə bağlı 711 fakt (1590), satışla bağlı isə 266 (618) fakt artım qeydə alınmışdır.
Bakı şəhər prokuroru çıxışında narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin hər bir vətəndaş üçün prioritet məsələlərdən biri olmasını, narkotik maddələrin satışı ilə məşğul olan mənbələrin müəyyən edilməsi ilə bağlı polis orqanları ilə birlikdə səmərəli qarşılıqlı fəaliyyətin gücləndirilməsini Bakı şəhərinin tabe rayon prokurorlarından tələb etmişdir.
Şəhərin prokurorluq və polis orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili aparılaraq qeyd edilmişdir ki, prokurorluğun icraatında olan 414 işdən 173-ü, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 7737 cinayət işindən 2801-nin istintaqı tamamlanmışdır. Onlardan polis orqanları tərəfindən 2075, prokurorluq orqanları tərəfindən 88 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir.
Nəzərə çatdırılmışdır ki, hesabat dövründə prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 451.976 manat maddi ziyandan 147.652 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 15.971.959 manat məbləğində maddi ziyanın 9.653.280 manatı ödənilmişdir.
Əməliyyat müşavirəsində prokurorluq orqanlarında ziyanın ödənilməsi vəziyyəti qənaətbəxş hesab olunsa da, ibtidai araşdırma zamanı dəymiş ziyanın ödənilməsi göstəricisinin artırılması üçün zəruri tədbirlərin vaxtında görülməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın axtarılıb tapılması üçün intensiv istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi tapşırılmışdır.
Müşavirədə həmçinin qeyd olunmuşdur ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, şikayətləri yaradan səbəblərin aradan qaldırılmasına, qanunauyğun və ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilmişdir.
Vurğulanmışdır ki, Bakı şəhər prokurorluq orqanlarına 13466 müraciət daxil olmuş, onlardan 3225-i öz həllini tapmış, o cümlədən 1095-i təmin edilmişdir.
Nəzərə çatdırılmışdır ki, hesabat dövründə axtarışda olanların sayı 1384 nəfər olmuş, onlardan 947-si tutulmuş, 437 nəfər hazırda axtarışdadır.
Həmçinin qeyd olunmuşdur ki, 2021-ci ilin birinci yarımili ərzində itkin düşmüş 211 şəxs (2020-ci ilin müvafiq dövründə 184 şəxs) axtarışda olmuş, onlardan 146 (130) şəxs müəyyən edilərək barəsində axtarış işinə xitam verilmiş, 65 (54) şəxsin isə yerinin müəyyən edilməsi mümkün olmamışdır.
Əməliyyat müşavirəsində qeyd olunmuşdur ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılmışdır.
Müşavirədə bildirilmişdir ki, 2021-ci ilin birinci yarımili ərzində Baş Prokurorluq üzrə müvafiq əmrlərlə şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 2 nəfər intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 1 nəfər tutduğu vəzifədən azad olunmuş, 1 nəfərə irad tutulmuş, bundan əlavə 2021-ci ilin ilk altı ayı ərzində Azərbaycan Respublikası Baş prokurorunun əmrləri ilə xidməti fəaliyyətində fərqləndiklərinə görə Bakı şəhər prokurorluq orqanlarının əməliyyat işçilərindən 5 nəfər mükafatlandırılmışdır.
Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları məruzə edərək mövzu ətrafında çıxışlar etmiş, nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyi bildirilmişdir.
Əməliyyat müşavirəsinə yekun vuran Bakı şəhər prokuroru İlqar Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasını, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminliyini ifadə etmişdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-07-2021, 18:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-07-2021, 18:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti