Azərbaycanı gözləyən təhlükə: Su qıtlığı... - Vəziyyətdən necə çıxaq?
Bu günlərdə Qubanın İsnovqışlar kənd sakinlərinin içməli su problemi ilə bağlı xəbərlərdə qeyd edilir ki, artıq aylardır kəndlərindəki artezian quyusu quruyub.
Nəticədə bu isti yay günlərində içməli suya həsrət qalıblar. Kənd sakini Rüfət Həsənov deyib ki, içməli suyu pul verib maşınlarla alırlar, bu isə onlara sərf etmir. Rayon mərkəzindən təxmini 20 kilometr uzaqlıqda yerləşən və 500 sakini olan kəndin sakinləri aidiyyəti qurumlara müraciət etsələr də, nə dərdlərinə çarə tapan var, nə də suallarına cavab verən.
Qeyd edək ki, son günlər daha da aktuallaşan su problemi ümumi olaraq Azərbaycanın problemidir. Hazırda Xəzərin və Kürün suyunun azalması və bunun isə daha böyük problemlərə yol açacağı ilə bağlı fikirlər səslənir. Hazırda mövcud təhlükənin qarşısını almaq mümkündürmü?
Bununla bağlı AMEA Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov Cebhe.info-ya açıqlamasında bildirib ki, son bir neçə ildir ki, Azərbaycanda su ehtiyatları, təminatı ilə bağlı ciddi problemlər yaranıb:
“BMT-nin son hesabatlarında Azərbaycan da dünyanın su qıtlığı yaşayan ölkələr sırasına daxil edilib. Yerimiz həmin siyahıda heç də ürəkaçan deyil. Ancaq bu demək deyil ki, ölkədə bu məsələləri həll etmək mümkün deyil. Təbii ki, mümkündür. Hazırda hökumət, müxtəlif nazirliklər, o cümlədən də AMEA bu məsələlərlə çox ciddi məşğuldur. Əhali də bilməlidir ki, bu məsələ hökumətin daim diqqət mərkəzindədir. Lakin mövcud problemin həlli üçün əhalinin düzgün yanaşmalara, bu məsələnin həllində yardımçı olmalarına böyük ehtiyac var. Son zamanlar yayılan xəbərlər heç də əsassız deyil, bəzi qorxudan məqamlar var, Xəzər dənizində suyun səviyyəsi sürətlə aşağı düşür. Ancaq hələ həmin səviyyənin enməsi 1978-ci il səviyyəsinə çatmayıb.
Həmin illərdə Xəzər dənizinin səviyyəsi 29 metrə yaxın idi. İndi isə bu səviyyə 28 metrdən bir qədər çoxdur. Yəni 1980-ci illərdəki Xəzərin səviyyəsinə hələ ki, çatmayıb. Hazırda Azərbaycanın ərazisində gedən neotektonik, ən yeni tektonik hərəkətlərin də təsirini nəzərə alsaq məsələnin ciddiliyi müəyyən qədər üzə çıxır. Xəzər sahillərində elə yerlər var ki, sudan azad olunub və bu sahələrin 1995-ci il sahil xətti ilə müqayisə etdikdə bəzi yerlərdə Xəzər dənizi 2 kilometrə yaxın geri çəkilib. Buna adi bir proses kimi də baxmaq lazım deyil. Su hövzəsinin Xəzərdə azalması, sahildə kontinentallaşmanın güclənməsi, ümumən Azərbaycan təbiətinə Xəzər dənizinin təsirini azaldır.
Xəzər dənizi iqlimi yumşaldır, rütubət yaradır, havanın temperaturuna təsir edir. Ancaq onun sahəsinin azalması əks proseslərə səbəb olur və bu da ekoloji problemlər yaradır. Digər tərəfdən son illər şirin su ekosistemlərində gedən proseslər, iqlim dəyişmələri ilə bağlı olaraq bir sıra çayların mənsəbində, hövzələrində ciddi su çatışmazlığı problemi yaranıb. Biz bunu bilirik və neçə illərdir ki, bu sahədə çalışırıq, həlli kifayət qədər çətin olan məsələdir. Məsələn, Kür kimi Azərbaycanın ən nəhəng su arteriyası aşağı axında, 60 kilometrə yaxın quruyub. Kür Salyana qədər suyunu gətirə bilir, Salyandan sonra isə çatdlıra bilmir. Belə olan halda da Neftçala ərazisində Xəzər dənizinin suları Kür çayının aşağı axınında bütün çayın yatağını doldurub.
Suya baxanda görürsən ki, var, ancaq Neftçala ərazisində Kürün suyundan istifadə etmək olmaz. Çünki tamamilə dəniz suyudur və dəniz suyu daxil olandan sonra geri qayıda bilir. Çünki deltada dib relyefi yüksəkdir, çayın içəri tərəflərinə gəldikdə isə dib relyefi deltadan aşağıdır. Belə mürəkkəb yataq relyefi dəniz suyunun yenidən dənizə qayıtmasına imkan vermir. Buna görə də yataqda qalan su uzun müddət qalanda kimyəvi tərkibini dəyişir və kənardan qurunt suları daxil olanda çayın Netçala ərazisində yatağında olan suyun kimyəvi tərkibinin dəyişməsi ilə ondan istifadə bir az da çətinləşir. Yəni durğun suya çevrilir, axar su deyil. Biz Neftçalada olanda bütün dövlət qurumlarından, o cümlədən AMEA-dan nümayəndələr iştirak edirdi. Ötən ildən bu ilə qədər demək olar ki, elə bir dəyişiklik yoxdur. Həmin sudan da ictimai obyektlərə, evlərə su verirlər və insanlar həmin su ilə üzünü yuyanda, istifadə edəndə bədəndə qaşınmalar əmələ gəlir. Həmin qaşınmaların mənbəyi də durğun suyun kimyəvi tərkibinin dəyişməsi ilə bağlıdır.
Ona görə də sağlamlıqla bağlı bunun müəyyən fəsadları ola bilər, indi bir qədər zəif olar, gələcəkdə bu əhali arasında müəyyən fəsadlar törədə bilər. Ona görə də həmin sudan istifadəni kifayət qədər azaltmaq lazımdır. Düzdür, heç olmamaqdansa bundan istifadə edirlər, biz icra hakimiyyətlərini də başa düşürük. Ancaq elmi məlumatlar göstərir ki, bu sudan istifadə etmək doğru deyil. Suyla bağlı ən kritik, böhranlı vəziyyət Neftçala rayonu ərazisindədir. Problem burada, yəni çayın mənsəbindədir, ancaq problemin həlli isə çayın yuxarı tərəflərindədir. Çayın aşağı axınını qidalandıran yuxarı axında olan çaylardır. Ona görə də bu problemi həll etmək üçün çayın yuxarı axınında, çaya tökülən qollarda müəyyən işlər görmək lazımdır ki, bu problem həll olsun.
Hazırda Mingəçevir su anbarından Kürə müəyyən qədər su buraxılır, ancaq həmin su gəlib Neftçalaya çatmır. Bunun səbəbi kimi iqlim dəyişmələri, çaylarda sululuğun azalmasını qeyd edirik, ancaq nəzərə almaq lazımdır ki, aşağı axında Mingəçevirdən buraxılan şirin sudan əhali qənaətlə istifadə etməlidir. Yerli icra orqanları suyun düzgün paylanmasına, idarə olunmasına hədsiz dərəcədə həssas olmalıdır ki, bu su bərabər qaydada paylansın. Əkin sahələrində elə bitkilər var ki, onlar şor su ilə müəyyən qədər inkişaf edə bilirlər. Ancaq elə bitkilər var ki, onlar bilavasitə şirin suya tələbkardır. Məsələn, nar, pambıq, yemiş nisbətən şor suda da inkişaf edə bilirlər, ancaq digər bitkilərdə bu yoxdur. Bunun əkinini elə nizamlamaq lazımdır ki, onları şor su ilə qidalandırmaq mümkün olsun. Məsələ o qədər mürəkkəbdir ki, bunu bir qurumun həll etməsi mümkün deyil".
M.İsmayılov deyir ki, digər tərəfdən Kürə gələn suyun miqradı xeyli azalıb:
"Əvvəllər fəxrlə deyirdik ki, Azərbaycanda kifayət qədər su ehtiyatı var, ancaq hazırda həmin ehtiyatın miqdarı 20-30 faizədək azalıb. Yağıntı azalıb, eləcə də dağ bulaqlarımız çaylarımızı qidalandırırdı, onların da miqdarı azalır. Son illər AMEA-nın Coğrafiya İnstitutunda apardığımız tədqiqatlara görə, burada kosmik şəkillərdən daha çox istifadə edib müasir metodlarla hesablayıb tapdıq ki, 1960-cı illərdə 6,25 kvadrat kilomert sahəsi olan bizim Böyük Qafqazdakı buzlaqların sahəsi 1090-cı ildə 4,4 kvadrat kilometr, artıq 2020-ci ildə bu sahə 1,28 kvadrat kilometrə düşüb.
Bu şox faciəlidir və o deməkdir ki, çaylarımızda sululuq getdikcə azalacaq. Məsələn, Böyük Qafqazın şimal-şərq yamacında olan Samur, Qudyal, Qusarçayın qidalanmasında buzlaq, qar sularının böyük əhəmiyyəti vardı. İndi buzlaqların sahəsinin sürətlə azalması həmin çaylarda hələlik sululuğun normal olmasına baxmayaraq, 5-6 ildən sonra da orada da müəyyən problemlər yarana bilər. İşğal olunmuş ərazilərimizdə su ehtiyatlarımıza qarşı ermənilərin vaxtilə törətdiyi, ekoloji normalara uyğun hərəkət etməməsi nəticəsində bir sıra ciddi problemlər yaranıb. Orada çox pis vəziyyətdə olan Zabux, Şəlvə çaylarında quruma təhlükəsi hiss olunur.
Bir sıra çaylarıda sululuq azalır. Tərtərin hövzəsində ermənilər vaxtilə elə hərəkət ediblər ki, burada problem həll olunmayıb. Çünki hələ də onun hövzəsində ermənilər məskunlaşır, onların idarə olunmasında Azərbaycan hökuməti səbirlidir. Bir sıra Qarabağın çaylarının formalaşmasında Qarabağ vulkanik yaylasının çox böyük əhəmiyyəti var. Oradakı suxurlar bir az çox su keçirmə qabiliyyətinə malik olan, bazalt tipli suxurlardır. Onun çay yatağı min illər ərzində formalaşıb, suyunu gətirib Araza, Kürə çatdırırdı. Ancaq Qarabağ ərazisində ermənilərin apardığı bir sıra geoloji kəşfiyyat işləri, qızıl yataqlarının qeyri-qanuni mənimsənilməsi, o ərazidə suxurların sərt məsaməlilyini pozub, sərt axınının normal getməsinə mane olub. Ona görə də adıçəkilən çaylarda müəyyən qədər ekoloji vəziyyət gərginləşib".
Mövcud problemlərdən çıxış yoluna gəldikdə isə alim deyir ki, ilk növbədə əhali ilə qarşılıqlı əlaqədə işləmək, əhalinin maarifləndirmək, sudan istifadə mədəniyyətinin daha da artırılması, su ehtiyatları və istifadəçilər arasında elektron bazanın yaradılmasıdır:
"Bizim nə qıdər su ehtiyatımız var, hara, kimə veririk, hamısı elektron şəkildə proqramlaşdırılıb, informasiya bazasını yaradıb elə də hərəkət etməliyik. Digər bir tərəfdən bizim sənayenin böyük su ehtiyatlarına ehtiyacı var. Elə sənaye sahələri var ki, strateji əhəmiyyətlidir. Məsələn, istilik elektrik stansiyaları var və onların soyutma sistemləri həyata keçirilməldir. Onlara da kifayət qədər su verilməlidir. Bu mənada sənayedə dövriyyəli su sistemini mütləq tətbiq etmək lazımdır. Baha başa gələcək, ancaq onun xeyrini bir müddətdən sonra görəcəyik.
Burada da "Azəreneji"nin üzərinə məsuliyyət düşür. Eyni zamanda bu məsələ XİN, dövlətin siyasi üstqurumu ilə bağlıdır. Bu dövlət qurumları xarici ölkələrlə bağlı siyasətlərini, su ehtiyatları, digər ölkələrdən gələn çaylarımızda su problemlərimizlə bağlı məsələlərə yönəltməlidirlər. Hətta XİN-də bununla bağlı ayrı şöbənin yaradılması olduqca vacibdir. Azərbaycan ərazisində bu problem çox böyük fəsadlar yaradacağını demirəm, bunu da həll edəcəyik, bizim kifayət qədər yeraltı su ehtiyatlarımız var, onlardan səmərəli istifadə etmək lazımdır.
Aldığımız məlumata görə, hər kim istəyir yeraltı sulardan istifadə edir və bunun qarşısını alıb, nizamlamaq lazımdır. Dövlət tərəfindən nəzarət edilməlidir, bəzi dövlət qurumlarına bunun qarşısını almaq üçün səlahiyyətlər verilməlidir. Elmi idarələrdə müəyyən xəritələr hazırlanmalıdr, həmin xəritələr əsasında yeraltı su ehtiyatlarından istifadə nizamlanmalıdır.
Digər bir məsələ isə, bizim baş Şirvan və Mil-Muğan kollektorumuz var. Bu kollektorlar hər biri nəhəng bir çaydır. Kür-Araz ovalığında olan işlənmiş suları dənizə çatdırır. Onların təmizlənməsi, yenidən kənd təsərrüfatının dövriyəsinə verilməsi barədə fikirləşmək lazımdır. Bəzi məlumatlara görə, müşahidələr göstərir ki, suvarma suyu kimi kollektor sularından istidafə edilir. Neftçalada dəniz suyundan istifadə edilir, bu yolverilməz haldır.
Bunlar 5-10 ildən sonara torpaqların tamamilə yararsız hala düşməsinə, şoranlaşmasına səbəb ola bilər, onların yenidən yuyulub kənd təsərrüfatı dövriyəsinə qaytarılması isə milyardlarla manat deməkdir. Bu gün bazara pomidor çıxarmaqdan ötrü torpağı şoranlaşdırmağa dəyməz. Həmin fermerlərə dövlət müəyyən kompensasiya ayırmalıdır, torpağı bu vəziyyətə salmasınlar. Bu gün yox , gələcək üçün də yaşamaq bizim borcumuzdur".
Paylaş:
Müəllif : Yazar
Tarix:17-07-2021, 17:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-07-2021, 17:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti