Canlı heyvanların ölkəyə gətirilməsi ilə bağlı qərara dəyişiklik olundu
Azərbaycanda canlı heyvanların gömrük ərazisinə gətirilməsi barədə gömrük orqanı tərəfindən məlumatlar artıq baytarlıq xidməti orqanlarına deyil, Qida Təhlükəsizliyi Agentliyinə veriləcək.
Bununla əlaqədar Nazirlər Kabinetinin “Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişiklik edilib.
Bu dəyişikliyə əsasən, canlı heyvanların gömrük ərazisinə gətirilməsi barədə gömrük orqanı tərəfindən Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriləcək.
İndiyədək isə bu barədə qərar baytarlıq xidməti orqanlarına verilirdi.
NK “Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar”a da dəyişiklik edib.
Qərarın indiyədək qüvvədə olan variantına əsasən, qeyd edilən mallara Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin verdiyi beynəlxalq baytarlıq sertifikatı əsasında heyvanlar, heyvan mənşəli məhsullar və xammal, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin verdiyi pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə, fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı əsasında bitkilər və bitkiçilik məhsulları, həmçinin bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr daxil olub.
Qərara edilən yeni dəyişikliklərə görə, Dövlət Baytarlıq Xidmətinin bəzi səlahiyyətləri Qida Təhlükəsizliyi Agentliyinə verilib.
Qərara edilən yeni dəyişiklikliyə əsasən, “Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar”a Qida Təhlükəsizliyi Agentliyinin idxal olunan ölkələr tərəfindən tələb edildiyi halda verdiyi beynəlxalq baytarlıq sertifikatı əsasında heyvanlar, heyvan mənşəli məhsullar və xammal, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə, fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı əsasında bitkilər və bitkiçilik məhsulları, həmçinin bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr daxil edilib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-06-2019, 12:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-06-2019, 12:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11