“Delta” gəldi: məhdudiyyətlər olacaqmı? - NƏ ETMƏLİ?
Bir çox ölkədə, o cümlədən qonşu Rusiya və Türkiyədə yayılan koronavirusun “Delta” ştammı ölkəmizə də gəlib çıxdı. Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə açıqlamasında məlumat verilib. Açıqlamada bildirilir ki, ölkə xaricindən gəlmiş şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.
Hər kəsin pandemiyanın artıq bitməkdə olduğu fikrinə kökləndiyi və son karantin məhdudiyyətlərinin də ləğvini gözlədiyi bir vaxtda bu xəbər insanların əhvalını korladı və yenu suallar yaratdı. Əsas sual budur ki, Azərbaycanda yeni məhdudiyyətlər və karantin sərtləşdirmələri gözlənilirmi?
REAL Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli “Press Klub”a açıqlamasında “Delta” ştammının artıq dünyanın 100-dən çox ölkəsində aşkarlandığını xatırlatdı:
“Panikaya ehtiyac yoxdur. Bu ştammın Azərbaycanda da aşkarlanacağı gözlənilən idi. “Delta” ştammının ən çox yayıldığı ölkələrdə, o cümlədən Rusiyada sərt karantin rejiminə gedilmədi, iqtisadiyyat qapadılmır. Halbuki Rusiyada pandemiya başlayandan bəri yoluxma və ölüm sayı pik nöqtədədir. Buna baxmayaraq, karantin rejimi sərtləşdirilmədi. Britaniyada da eyni qaydada oldu. Britaniya nəinki qapanmalara getmir, iyulun 19-dan sonra bütün məhdudiyyətlər tamamilə aradan qalxır”.
Ekspert söylədi ki, Azərbaycanda vaksinləşmə kifayət qədər yüksək səviyyədədir:
“18 yaşdan yuxarı əhalinin 65-70 faizinə yaxını artıq peyvənd olunub. Bunun müsbət təsirləri olacaq. Ümumiyyətlə, rəsmi qurumların bu cür panika yaratmalarını doğru saymıram. Məhdudiyyətlərin tətbiq edilməsinin tərəfdarı deyiləm. Amma bu günə qədər özümüzü virusdan qorumaq üçün tətbiq etdiyimiz sanitar tədbirlərə (maskadan istifadə, dezinfeksiya, sosial məsafə) yenə də əməl etməliyik. Ölkədə qapanmalara getməyə ehtiyac yoxdur. Azərbaycan iqtisadiyyatı qapanmaların fəsadlarını aradan qaldıra bilməz. Çünki qapanmalar əlavə sosial ödənişlər deməkdir. Hökumətin isə sosial ödənişləri verməklə arası yoxdur. Ona görə də bu, insanlar arasında əlavə narazılığa, problemlərin yaranmasına səbəb olacaq”.
N.Cəfərli hesab edir ki, dünyada və Azərbaycanda virusa münasibət dəyişməlidir, virusla birgə yaşamağı bacarmalıyıq. İnsanların həyatı, iqtisadiyyat daim qapanmalı deyil.
Həkim-infeksionist Nicat Əzimli “Press Klub”a şərhində “Delta” variantının dünyada 4-cü dalğanın yaranma səbəbi olduğunu vurğuladı:
“Azərbaycanda da böyük ehtimalla yoluxma sayında artım sözügedən ştammın olması ilə əlaqədardır. Bunun əsas risk faktoru yoluxma qabiliyyətinin daha yüksək olmasıdır. Amma bu haqda tam və dəqiq məlumat yoxdur ki, öncə xəstəlik keçirmiş və ya peyvənd olunmuş şəxslərdə bu varianta qarşı immunizasiya var, ya yox. Əvvəl xəstəlik keçirmiş, vaksinasiyadan keçmiş milyonlarla əhalinin olmasını nəzərə alsaq, bu, təhlükəsizliyi azaldan faktordur. Yəni məsələyə optimist baxmaq mümkündür”.
Həkim əlavə etdi ki, “Delta” ştammı çox sürətlə yayıla bilən variantdır:
“Ona görə də həm fərdi, həm də kütləvi tədbirləri gücləndirməyə ehtiyac yarana bilər. Onu da qeyd edim ki, “Pfizer” vaksini “Delta” ştammına qarşı da effektiv ola bilər. Ümumiyyətlə, “Pfizer” hazırlanma texnologiyasına görə daha effektiv peyvənd hesab edilir”.
Həkim-farmakoloq Müşfiq Hüseynov da “Press Klub”a açıqlamasında hələ ki hansısa qapanmalara gərək olmadığını vurğuladı:
“Gözləmək və vəziyyətin necə olacağını müşahidə etmək lazımdır. “Delta”nın digər ştammlardan ciddi fərqi yoxdur. Yəni açıqlandığı qədər qorxulu deyil. Artıq “Pfizer”in bu ştamma qarşı dayanıqlı olduğu açıqlanıb. Yəni o qədər də qorxulu ştamm deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-07-2021, 09:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-07-2021, 09:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11