Böyük bəla: narkomaniya… - NƏ ETMƏLİ?
Azərbaycanda narkotik maddələrdən və vasitələrdən istifadə kütləvi hal alıb. Son həftələr sosial mediada ictimai fəallar, ayrı-ayrı şəbəkə istifadəçiləri bununla əlaqədar narahatlıqlarını ifadə edərək dövlət orqanlarını bu istiqamətdə tədbir görməyə çağırırlar. Ötən günlərdə Milli Məclisdə də mövzu müzakirə edilib.
Azərbaycanda “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram” 2014-cü ildən tətbiq olunur. Amma 2014-cü ildən bu yana narkotik istifadəçilərinin sayı rəsmi rəqəmlərdə də, reallıqda da kəskin artıb. Məsələn, 2015-ci ildə ölkədə 28 min 555 nəfər istifadəçi qeydiyyatda idisə, 2021-ci ildə bu rəqəm 34 minə çatır. Bu ilin birinci rübünə aid statistik məlumata görə, Respublika Narkoloji Mərkəzində 33 min 788 nəfər qeydiyyata düşüb. Onlardan 618-i qadın, 9-u 15-17 yaşlı yeniyetmələr olub.
Əslində isə heç kimə sirr deyil ki, Azərbaycanda narkotik istifadəçilərinin real sayı rəsmi rəqəmlərdən dəfələrlə çoxdur. “Narkotik istifadəçilərinin sayı ilə bağlı real durumu bilmək üçün qeydiyyatda olanların sayını 10-na, 15-ə vurmaq lazımdır. Minlərlə ailə var ki, qeydiyyatdan kənar müalicə etdirir. Yaxud on minlərlə narkotik istifadəçisi var ki, Narkoloji Mərkəzdə heç vaxt qeydiyyata düşməyib. Rəsmi rəqəmlər ancaq Mərkəzdə qeydiyyatda olanlardır”, – deyə Respublika Narkoloji Mərkəzinin adının çəkilməsini istəməyən həkimi bildirib.
Sayın çoxluğunu Respublika Nerkoloji Mərkəzinin baş həkimi Araz Manuçəri də təsdiqləyir:
“Qeyri-rəsmi rəqəmlər dəfələrlə çoxdur. Narkotik istifadəçilərinin 50 faizi heroin, sintetik heroin (kakos) və tiryəkdən istifadə edir. Son illərdə opioid istifadəçilərinin ümumi faizi azalıb, anfetamin və metamfetamin istifadəçilərinin sayı çoxalmağa başlayıb”.
Rəsmi qurumlar narkotik asılılığı olan xəstələrin dövlət tibb müəssisələrində müayinə və müalicəsi, reabilitasiyası və psixoterapiyasının ödənişsiz aparıldığını iddia edir. Narkotik istifadəçiləri və onların yaxınları isə bu haqda deyilənlərin həqiqətə uyğun olmadığını bildirirlər. Onlar deyir ki, xəstələrin qəbulu və müalicəsi üçün azı 500-600 manat rüşvət verilməlidir.
Narkoloji Mərkəzdə 25 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsini araşdıran məhkəmə prosesindəki dindirmələrdə də Mərkəzdə rüşvət alınması iddiaları səslənmişdi. Yanğında ölənlərin bir çoxunun ailə üzvləri bildirirdilər ki, onları Narkoloji Mərkəzə yerləşdirməkdən ötrü pul veriblər.
Deputat Bəhruz Məhərrəmov da Azərbaycanda son vaxtlar ucuz, hər kəs üçün əlçatan narkotik vasitələrin təhlükəli həddə yayılmasından danışıb:
“Bu gün gənclər arasında “şüşə”, yaxud “patı” deyilən maddənin istifadəsi o qədər adiləşib ki, insan özü təəccüblənir. Dövlət strukturlarını qınamaq istəmirəm, əllərindən gələni edirlər, lakin məsələ köklü həll olunmalıdır. Bu zəhərin Azərbaycana ən çox haradan gəldiyi sirr deyil. Biz hər dəfə cinayətkarları tuturuq, cəzalandırırıq, öz ölkəsinə ekstradisiya edirik, ordan açıb buraxırlar. Ona görə də bu problemi elə özümüz həll edə bilərik, kimdənsə mədət gözləməyə dəyməz”.
Deputat hesab edir ki, narkotik vasitələrin dövriyyəsinə görə cəza ağırlaşdırılmalıdır. B. Məhərrəmov etiraf edib ki, cəzanın sərtləşdirilməsi həmişə effektli olmur. Amma o, hazırda başqa yol görmür:
“Narkotik vasitələrin istehlakına təhrikə görə sanksiyaları çox ciddi formada sərtləşdirilməliyik ki, Azərbaycan narkotik alverçisi, narkotik təminatçısı olan istənilən əcnəbi, yaxud vətəndaş üçün qorxulu hüquqi zonaya çevrilsin”.
Deputat konkret ad çəkməsə də, onun İranı nəzərdə tutduğu aydındır. Belə iddialar da səslənir ki, son vaxtlar narkotik vasitələrin bir hissəsi Azərbaycanda hazırlandığına görə qiymət də ucuzlaşıb, daha əlçatan olub, nəticədə istifadəçilərin də sayı artıb.
“Əvvəl İrandan qaçaq yolla gəlirdi. Onda daha baha idi. Bu gün isə İrandan 3-4 mütəxəssis gəlir, Bakının mərkəzində kirayə ev götürülür. Açıq satışda olan 26-ya qədər maddədən 3 günə 3 kiloqram düzəldirlər. Ona görə də əvvəl qramı 110 manata olan indi 35-40 manatadır”, – deyə 15 il narkotik istifadəçisi olduqdan sonra 3 aydır müalicə olunaraq bəladan uzaqlaşmış Cəlil (ad şərtidir) adlı vətəndaş söyləyir.
Sosial mediada narkotik istifadəçilərinin sayının artmasıyla bağlı müzakirələrdən sonra daxili işlər orqanları da bu istiqamətdə fəallaşıb. Daxili İşlər Nazirliyi maarifləndirici video yayaraq cəmiyyəti narkomaniyaya “yox” deməyə, narkotiklərlə mübarizədə polisə kömək etməyə çağırıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial platformalarda ayrıca səhifələri də yaradılıb. Buna baxmayaraq, DİN ölkədə narkotik vasitələrin dövriyyəsinin artması haqda deyilənləri qəbul etmir. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, sosial mediada narkomaniya və narkobizneslə bağlı paylaşımların çox olması narkotik vasitələrin dövriyyəsinin artması anlamına gəlmir: “Bu, ayrı-ayrı cinayətkar qrupların narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədən narahat olmasına görə yaydıqları dezinformasiyalardır. Həmin dezinformasiyaların heç birinin əsası yoxdur”.
E. Hacıyevin sözlərinə görə, daxili işlər orqanları narkotiklərlə bağlı cinayətlərin üstünü uğurla açır.
Ötən il ölkədə 4084 nəfər narkotiklə əlaqədar cinayət məsuliyyətinə cəlb olunub. 2019-cu ildə bu rəqəm 3200 olub.
Hüquqşünas Aslan İsmayılovun fikrincə, polis məlumat verən şəxsin anonimliyini təmin eləsə, narkotik ticarətinə qarşı daha effektiv mübarizə aparmaq olar: “Hamı öz məhəlləsində, küçəsində, binasında bunu kimin satdığını yaxşı bilir. Vətəndaş əmin olsa ki, onun anonimliyi sözdə yox, gerçəkdən təmin olunacaq, xəbər verər. Hesab edirəm ki, bunun üçün xüsusi “Qaynar xətt” açılmalı, anonimliyə təminat verilməlidir”.
A. İsmayılov qeyd etdi ki, polisin müəyyən yerlərdə narkotik alverçiləri ilə əlbirliyi haqda yayılan məlumatlar mütləq araşdırılmalıdır: “Bu isə prokurorluğun işidir”.
Həkim Aysel Əsgərova son vaxtlar ucuzluğuna görə gənclər arasında istifadəsi artan, şərti olaraq, “şüşə”, “patı” adlandırılan metamfetaminin son dərəcə təhlükəli narkotik vasitə olduğunu bildirdi. Onun sözlərinə görə, metamfetamindən ilk dəfə İkinci Dünya müharibəsində əsgərlərin oyaq qala bilməsi üçün istifadə edilib:
“Metamfetamin sintetik maddədir, beynin funksiyasını pozmaqla depressiya yaradır. Bu maddənin təsiri altında olan insanların ətrafdakılara qarşı aqressivliyi, riskli davranışlara meylliliyi artır. Metamfetamindən istifadə ağciyər ödəminə, beyin qanamasına, ürək çatışmazlığı və ürək tutması ilə bağlı ani ölümlərə səbəb olur. Bu maddədən mütəmadi istifadə edənlərin dişləri çürüməyə başlayır, dərilərinin altında böcək gəzməsi kimi halusinasiya halları yaşanır. Dünyanın ən təhlükəli narkotik vasitəsi olaraq qəbul edilir”. //pressklub.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:13-07-2021, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-07-2021, 09:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01