Məmurların xidməti avtomobillərini dəyişmə şərtləri - bahalı maşınlardan imtina oluna bilərmi?
Ərazisinin 20 faizə yaxın hissəsini Ermənistanın işğalından azad edən Azərbaycan dağıdılmış ərazilərinin bərpası kimi çox nəhəng vəsait tələb edən bir prosesin içindədir. Dövlət özünün bütün maliyyə imkanlarını bərpa prosesinə cəlb etməyə çalışır. Buna görə də bir çox istiqamətlərdə dövlət xərclərinin azaldılması üçün addımlar atılır: bir tərəfdən daim zərərlə işləyən dövlət şirkətlərində idarəetmənin təkmilləşdirilməsi, xərcləmələrə nəzarətin artırılması, digər tərəfdən isə saxta yollarla dövlətdən vəsait almağa çalışanların müəyyənləşdirilməsi üçün işlər görülür.
Ölkənin üzərinə düşən yükün ağırlığının sanki yüksək və orta ranqlı məmurlara aidiyyəti yoxdur. “Yeni Müsavat”a verilən məlumata görə, dövlət vəsaitlərə bu qədər kəskin ehtiyac duyduğu bir zamanda bir çox yüksək və orta vəzifəli məmurlar xidməti avtomobillərini yeniləmək həvəsinə düşüblər. Onların seçdikləri avtomobillərin qiymətinin 150-160 min dollar civarında olduğu qeyd edilir. Hətta elə məmur var ki, 2018-ci il istehsallı, 120-130 min manat qiyməti olan hazırkı avtomobilini dəyişmək istəyir...
Qeyd edək ki, Azərbaycan məmurlarının bahalı xidməti avtomobil iddiaları neft gəlirlərinin sürətli axını başlayan illərdən yüksəlib. Söhbət 2008-2014-cü illərdən gedir. Həmin illərdə dövlət məmurlarının böyük əksəriyyəti üçün park yenilənib, o dövrün ən bahalı avtomobilləri alınıb. Məmurların bahalı maşın sevdası o qədər ifrata varıb ki, baş nazir Artur Rasi-zadə 2011-ci ildə “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərar imzalayıb. Qərarda bildirilir ki, məqsəd dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirməkdir. Eyni zamanda baş nazir dövlət orqanlarına tapşırıb ki, xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılmasına nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alsınlar.
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, şəhər və rayon icra hakimiyyətlərinin başçılarına tapşırılıb ki, rəhbərlik etdikləri dövlət orqanlarında və onların yerli bölmələrində, dövlət orqanlarının strukturuna daxil olmayan, tabeliyində olan dövlət büdcəsindən maliyyələşən qurumlarda (idarə, müəssisə və təşkilatlarda) bu qərarla müəyyən edilmiş normalara ciddi riayət olunmasına nəzarət etsinlər.
Üstündən 8 il keçəndən sonra 2019-cu ilin 17 yanvarında Prezident İlham Əliyev imzaladığı “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına dövlət strukturlarının avtomobil təminatı sisteminin təkmilləşdirilməsinə yönəlik tədbirlər daxil edib. Belə ki, fərmanın 8-ci bəndinə əsasən Nazirlər Kabineti üç ay müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını Prezidentlə razılaşdırmaqla müəyyən etməli idi. Sənədə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələri mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim ediləcək və nəticə barədə Prezidentə məlumat veriləcəkdi. Fərmandan bir neçə ay sonra Nazirlər Kabinetindən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirilmişdi ki, qurum tərəfindən müvafiq təklif hazırlanıb: “Bildirmək istəyirik ki, bu müddət ərzində Maliyyə Nazirliyi mövcud vəziyyəti əhəmiyyətli şəkildə təhlil edib, zəruri qiymətləndirmə aparıb. Nazirlik tərəfindən bu istiqamətdə qanunvericiliklə tələb olunan sənəd hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Nazirlər Kabineti isə öz növbəsində Maliyyə Nazirliyinin təqdim etdiyi sənəd əsasında mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərin (payların) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərlə işçi qaydada müzakirələr apararaq, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması istiqamətində təklifini hazırlayaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edib”.
Ötən müddət ərzində bu məsələ ilə bağlı hər hansı qərar qəbul olunmayıb, çünki Nazirlər Kabineti dövlət qurumlarının xidməti avtomobilləri ilə bağlı dəyişiklikləri hələ də 2011-ci il qərarı əsasında həyata keçirir. Yalnız 2019-cu ilin aprelində qərara dövlət qurumlarının xidməti avtomobilləri üçün yeni yürüş həddini müəyyənləşdirən dəyişiklik edilib. Prezidentin 17 yanvar 2019-cu il tarixli fərmanından sonra isə qərara müxtəlif dövlət qurumları üzrə xidməti avtomobillərin sayını artıran xeyli sayda dəyişiklik olunub. Bunların mühüm bir qismi yeni yaradılan qurumlara xidməti avtomobil limitinin müəyyənləşdirilməsi, qalanları isə mövcud limitlərin artırılması barədədir.
Onu da bildirək ki, dövlət qurumlarının balansdan çıxarılan avtomobillərinın hərracı Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həyata keçirilir. Dövlət Xidmətinin İnternet saytında yerləşdirilən hesabata əsasən 2018-ci ildə mərkəz vasitəsilə 170, 2019-cu ildə 286, 2020-ci ildə isə 100 nəqliyyat vasitəsi özəlləşdirilib. 2019-cu ildə satılan nəqliyyat vasitələrinin çox olması böyük ehtimalla, struktur dəyişiklikləri nəticəsində bir neçə dövlət qurumunun ləğv olunması ilə bağlıdır.
Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 2021-ci ildə keçirdiyi nəqliyyat vasitələri hərraclarına buldozerdən tutmuş, katerə qədər geniş çeşidli vasitələr çıxarılıb. Elə avtomobillər var ki, 3-4 dəfə hərraca çıxarılıb, amma hələ də satılmayıb. Məsələn, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutuna məxsus 2012-ci il istehsallı “Mitsubishi L200" avtomobili fevral ayından bəri hərrac elanlarında yer alır. İlkin qiyməti 20 min manat müəyyənləşdirilən avtomobil iyulun 27-dəki hərraca 15 min manatla çıxarılacaq. Bu avtomobil hərraca çıxarılan avtomobillər arasında ən ”cavan"ıdır. Bu il hərraca çıxarılan ən “qoca” maşın isə Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutuna məxsus 1970-ci il istehsallı QAZ-24 markalı avtomobildir. Onun ilkin satış qiyməti 1500 manat müəyyənləşdirilib.
2021-ci ilin 6 ayında ən çox avtomobil “satan” Dövlət Təhlükəsizlik Xidməti olub. Mayın 18-də xidmətin 27 ədəd VAZ 2121 və Chevrolet Niva avtomobili hərraca çıxarılıb. Qiymətlər 2005-2011-ci il istehsallı bu avtomobillərin ilkin qiyməti 3000-5500 manat arası olub. Elə ilk hərracdaca satılan avtomobillərin yekun satış qiyməti isə 4000-7600 manat arasında dəyişib. Çox maraqlıdır ki, 2021-ci ilədək hərraclara çıxarılan avtomobillərin ilkin qiyməti ilə yekun qiyməti arasında ciddi fərq olmayıb. Amma bu ildən etibarən hərraclarda yekun qiymətlər ilkin qiymətlərdən ciddi fərqlənir ki, bunu da hərracların daha rəqabətli mühitdə keçirilməsi ilə izah etmək olar.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev dəfələrlə məmurları, dövlət qurumlarını Azərbaycanın özündə istehsal olunan avtomobillərdən istifadə etməyə çağırıb. Onun çağırışlarına cavab olaraq bir neçə qurum qısa müddətdə “NAZ Lifan”, “Khazar” avtomobilləri alıblar. Lakin görünən budur ki, nə yerli, nə də mərkəzi icra hakimiyyəti orqanları xidməti avtomobillərlə bağlı qoyulan tapşırıqlara əməl etmirlər. Onlara rəhbərlik edən şəxslərin əksər hallarda adı xidməti olsa da, yalnız özlərinə deyil, ailələlərinə də qulluq edən avtomobillərinin ən bahalı markalardan olmasında xüsusi maraqları var. Belə olmasaydı, neftin dünya bazar qiyməti 70 dolları keçən kimi 150-160 minlik avtomobil sevdasına düşməzdilər.
15 ildən yuxarı müddətdə aktual olan bu problemi necə həll etmək olar? Hansı məhdudiyyətlər, normalar tətbiq etmək olar ki, məmurların bahalı avtomobil sevdası vəzifə tutduqları qurumlardan kənarda qalsın, dövlətə on milyonlarla manata başa gəlməsin? İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, dövlət qurumlarında xidməti avtomobillərlə bağlı israfçılığa yol verilməməsi üçün müxtəlif məhdudlaşdırıcı addımlar atmaq olar: “Xidməti istifadə üçün bahalı avtomobillərin alınması büdcədən yüz milyonlarla dollarlıq vəsaitin havaya sovrulması deməkdir. Azərbaycanda bu məsələnin üstünə ilk dəfə 2015-ci ildə - neftin dünya bazar qiyməti kəskin azalnda gedildi. Ondan sonra xidməti avtomobillərin alınması üzərində müəyyən nəzarət də təmin edildi. Lakin bu nəzarət yetərincə olmadığına görə yenidən bahalı avtomobillərin alınmasına başlanılıb. Dünya praktikasında dövlət qurumlarının avtomobil təminatı ilə bağlı effektiv normaların müəyyənləşdirilməsi faktları çoxdur. Belə praktikadan biri budur ki, dövlət qurumları üçün xidməti avtomobil alınması məqsədilə qiymətin yuxarı həddi müəyyənləşdirilə bilər - tutalım ki, 60 min, yaxud 80 min manatdan yuxarı qiymətə avtomobil alınması qadağan edilə bilər. Yaxud belə də ola bilər ki, hökumət xidmət avtomobilləri üçün xüsusi markalar müəyyənləşdirilə bilər. Bizdə dövlət qurumlarının avtomobil parkı marka baxımından çox zəngindir. Konkret markaların müəyyənləşdirilməsi israfçılığın qarşısını ala bilər”.
Ekspertin fikrincə, nəinki xidməti avtomobil alınmasında, dövlət qurumlarının bütün xərcləmələrində israfçılığın qarşısını almaq, səmərəliliyi təmin etməyin əsas yolu nəticə əsaslı büdcə tərtibatına keçməkdir: “Azərbaycanda nəticə əsaslı büdcəyə keçid qısa müddətə başa çatdırılmalıdır. Belə büdcə olanda hər bir dövlət qurumu öz xərclərini əsaslandırmalı olacaq. Ortamüddətli - 3 illik büdcə proqramları ilə yanaşı, dövlət qurumları növbəti 1 illik büdcə perfomans hesabatı hazırlamalı olacaqlar. Bu performans hesabatında bir qurumun hansı istiqamət üçün nə qədər pul istədiyi və niyə istədiyi əsaslandırılacaq. Bu, həm də hər biri, qurum üzrə xərcləmələrə dair məlumatların ictimailəşməsi demək olacaq ki, son nəticədə dövlət qurumu, məmur ictimai təzyiqdən çəkinərək israfçılığa yol verməyəcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-07-2021, 09:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-07-2021, 09:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01