Vəkili qorxudan təklif
Parlament Mülki Prosessual Məcəlləyə dəyişiklikləri sonuncu – üçüncü oxunuşda qəbul etməyə hazırlaşır. Novator.az bildirir ki, yenilik təklifinə əsasən, məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər.
Novator.az-ın məlumatına görə, layihəyə münasibət bildirən vəkil Elçin Sadıqov yazır ki, hökumət vəkilləri sıxışdırmaqda, onları doğru bildiyi müdafiə üsulundan çəkindirməkdə israrlıdır: “Mülki Prosessual Məcəlləyə dəyişiklik təklifinin qısa mahiyyəti dəfələrlə əsassız vəsatət verən vəkilin cərimələnməsidir. Belə çıxır ilk vəsatəti təmin olunmayan vəkil təkrar vəsatət qaldırmaqdan çəkinəcək. Tutaq ki, vəsatəti tərəf qaldırdı. Vəkil həmin vəsatəti müdafiə etməyə görə də cərimələnə bilər.
Bu təkliflər Azərbaycan Konstitusiyasının hüquq və azadlıqların inzibati və məhkəmə təminatını, hüquqi yardım almaq hüququnu nəzərdə tutan 60 və 61-ci maddələrinə ziddir, vəkillik institutunun qorxaq bir instituta çevrilməsinə, insanların hüquqlarının dönmədən müdafiə edilməsinin qarşısının alınmasına xidmət edir”.
Mülki Prosessual Məcəlləyə təklif olunan digər dəyişikliklərə görə, sədrlik edənə məhkəmə iclasında qaydanı kobud surətdə pozan və ya məhkəməyə açıq surətdə hörmətsizlik edən şəxslər barəsində qərardad çıxararaq onları 500 manatadək cərimə etmək hüququ verilir.
Başqa təklifə əsasən, mülki məhkəmə icraatında dövlət rüsumu bu hallarda ödənir: iddia ərizəsi verildikdə; iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslər işə qoşulmaq barədə ərizə verdikdə; xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə; məhkəmə əmri haqqında ərizə verildikdə; müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə; iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə; apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə; qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizə verildikdə; məhkəmə aktlarının surətləri təkrarən verildikdə.
Digər dəyişikliyə görə, məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 40 gündən gec olmayaraq keçirilməlidir.
Hakim iddia ərizəsini icraata götürdükdən sonra 5 gün müddətində iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən şəxslərə göndərilməsini və ya rəsmi qaydada verilməsini təmin etməlidir.
İşə bərpa, aliment tutulmasına dair işlərə 2 ay; ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə 3 ay; digər mübahisələr dair işlərə 4 ay müddətinə baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır.
Təklifə görə, işə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı ilə, qabaqcadan nəzərdə tutula bilməyən bu hallarda yol verilir: işdə iştirak edən şəxslərdən hər hansı biri və ya tərcüməçi gəlmədikdə; iddianın əsasını və ya predmetini dəyişmək üçün ərizə verildikdə; qarşılıqlı iddia verildikdə; əlavə sübutlar təqdim və tələb etmək zərurəti yarandıqda; işdə iştirak etməyə digər şəxs cəlb edildiyinə görə məhkəmə həmin iclasda işə baxılmasını qeyri-mümkün hesab etdikdə; məcəllədə nəzərdə tutulmuş digər hallarda.
İşə baxılması 3 dəfədən artıq təxirə salına bilməz.
Yeniliklərin 2021-ci il oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-07-2021, 18:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-07-2021, 18:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26