Hacı Şahindən Həccə gedə bilməyənlərə AĞILLI MƏSLƏHƏT - “Təhsil haqqını ödəyə bilməyən tələbələrə kömək edin”
Bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da hər il Qurban bayramı böyük sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilir. Qurban bayramında Allah yolunda qurbanlar kəsilir, dualar edilir.
Artıq iki ildir ki, Qurban bayramı dünyada davam edən pandemiya şəraitində qarşılayırıq. Müqəddəs bayram pandemiyaya təsadüf etdiyindən onun bütün ənənələrini yerinə yetirməkdə müəyyən çətinliklər yaranır. Bu bayramda hər il müsəlmanlar Həcc ziyarəti mərasimində iştirak edirlər.
Maraqlıdır bəs, bu il Qurban bayramında insanlar Həcc ziyarətinin əvəzinə hansı savab işlər görə bilər?
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlinin sözlərinə görə, Həcc ziyarəti təxirə salındığı üçün, bu bayram insanlar həmin vəsaiti ehtiyacı olan ailələrə verilməsi dini tərəfdən bəyəniləndir:
“Artıq ikinci ildir ki, həcc ziyarəti təxirə salınır. Bu il də Həcc ziyarətini yalnız Səudiyyə Ərəbistanın məhdud sayda vətəndaşları edəcəklər.
Həcc ziyarətinə getmək arzusunda olub, lakin gedə bilməyən insanlar həmin vəsaiti digər faydalı işlərə sərf edə bilərlər. Əlbəttə bəzi zəvvarlarımız var ki, artıq ikinci, üçüncü dəfə həcc ziyarətinə getmək niyyətində idilər.
Həmin vəsaiti istənilən xeyiriyyə işlərinə xərcləmək olar. Ehtiyacı olan insanlara, təhsil haqqını ödəyə bilməyən tələbələrə, şəhid və qazi ailəsinə həmin vəsaiti istiqamətləndirmək olar. Çünki Həcc ziyarəti bizə həmrəyliliyi, insanlarla paylaşmağı aşılayır”.
QMİ-nin nümayəndəsi həmçinin Qurban bayramı günü məscidlərdə qılınacaq bayram namazına da aydınlıq gətirib.
Hacı Şahin bildirib ki, o, hər şeyin yoluxma dinamikasından asılı olduğunu bildirib:
“Bəli, karantin qaydalarına uyğun olaraq məhdud sayda insanlara məscidlərdə namaz qılmağa icazə verilir. Qurban bayramına qədər hansısa dəyişiklik olmasa, hazırda olan qaydalar çərçivəsində bayram namazı qılınacaq.
Əlbəttə, bununla bağlı nəsə demək çox çətindir. Bayrama yaxın Qafqaz Müsəlmanlar İdarəsi bununla bağlı öz mövqelərini mətbuata çatdıracaq. Hazırda dəqiq bir söz demək çətindir. Çünki hər şey yoluxma dinamikindən asılıdır. Ölkədə hazırda məsələ ilə bağlı vəziyyət qənaetbəxşdir. Amma hər gün müəyyən dəyişiklik ola bilər”. //modern.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:3-07-2021, 12:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-07-2021, 12:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01