Qanun dəyişir: Yeni rüsumlar gəlir...
Milli Məclisin dünən keçirilən iclasında Mülki Prosessual Məcəlləyə və "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Qanun layihələri Azərbaycan Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn məsələlərə müvafiq olaraq ədalət mühakiməsinin səmərəliliyini artırmaq, məhkəmə prosesi iştirakçılarının hüquq və səlahiyyətlərini daha dolğun müəyyənləşdirmək, məhkəmə icraatında müasir dövrün tələblərinə uyğun qabaqcıl informasiya texnologiyalarını tətbiq etmək məqsədilə hazırlanıb.
Sputnik Azərbaycan bildirir ki, təklif olunan dəyişikliklərin bir qismi prosessual hüquqlardan sui-istifadəyə qarşı yönəlib, ədalət mühakiməsinin səmərəli qaydada həyata keçirilməsinə maneə törədən hərəkətlərin qarşısının alınması üçün nəzərdə tutulub. Dəyişikliklər məhkəmələrin nüfuzunun artırılmasına, ədalət mühakiməsinin və vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Qanun layihələrini şərh edən Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli xatırladıb ki, 2019-cu ildə Azərbaycan Prezidenti tərəfindən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman imzalanıb. Həmin fərmanın icrası ilə bağlı parlamentə aid olan hissə artıq uğurla həyata keçirilib, yəni qanunvericilik sahəsində islahatlarda Prezidentin tövsiyəsi əsasında çoxlu qanunlar qəbul edilib. Apellyasiya və Ali Məhkəmə instansiyalarına hakimlər təyin olunub. Yeni kadrların iş keyfiyyəti də fərqlidir.
O deyib ki, bu layihə də həmin fərmanın icrasının davamı kimi qəbul olunmalıdır: "Oktyabr ayının 1-də qanunun qüvvəyə minməsi nəzərdə tutulur. Layihədə konseptual yeni fikir ondan ibarətdir ki, tam yazılı icraat institutu yaradılır. Bu məsələ günün zərurətidir. Kassasiya instansiyası işin hüquqi tərəfinə qiymət verir, yəni sübutlar təqdim olunur və məhkəmə buna hüquqi qiymət verməlidir. İşin faktiki halları artıq birinci və apellyasiya instansiyasında araşdırılıb".
Məhkəmə-hüquq sistemində hazırlıq institutunun möhkəmləndirilməsi vacibliyini önə çəkən I vitse-spiker layihədə elektron məhkəmə sistemi ilə bağlı olan müddəalara da toxunub: "Azərbaycanda yaradılmış kommersiya məhkəmələrinin faktiki olaraq elektron məhkəmə olduğunu vurğulayıb və müzakirəyə çıxarılmış layihədə mülki prosesin də elektron varianta keçməsinin təşviq edilməsini mütərəqqi hal kimi dəyərləndirib".
Əli Hüseynli diqqətə çatdırıb ki, Mülki Prosessual Məcəlləyə təklif edilən maddə yeni redaksiyada veriləcək: "Məhkəmə işə düzgün və tezliklə baxılmasına aşkar surətdə mane törədən şəxsləri, işdə iştirak edənləri və ya vəkilləri cərimələyəcək. Qeyd olunurdu ki, niyə yalnız vəkillər nəzərdə tutulurdu. Bu, artıq aradan qaldırıldı, bütün tərəfləri nəzərə alacağıq. İkinci narazılıq yaradan məsələ rüsumlarla bağlı idi. Pulsuz hüquqi yardımla bağlı qanunun təqdim olunması nəzərdə tutulur. Bu, baş verəndən sonra həmin narazılıq aradan qalxmış olacaq".
Qeyd edək ki, mülki-prosessual qanunvericilikdə 160-dək maddəyə dəyişiklik təklif olunur. Əsas dəyişikliklər yazılı icraat institutunun tətbiqi, məhkəməyə hazırlıq institutunun gücləndirilməsi, elektron məhkəmə sisteminin tətbiqi, müvəqqəti təminat tədbirlərinin görülməsi, icrada dönüş institutunun yaradılması ilə əlaqədardır.
Bundan başqa, məhkəməyə sübutların təqdim edilməməsinə görə intizamlandırıcı tədbir olaraq tətbiq olunan 50 manat cərimənin məbləğinin 2000 manatadək artırılması təklif olunur. Bundan başqa, dəyişikliklərdə bəzi prosessual müddətlərin azaldılması, bəzilərinin isə artırılması nəzərdə tutulur. Layihədə kassasiya şikayətlərinin hədləri də dəyişdirilir. Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur.
Mülki Prosessual Məcəlləyə təklif edilən yeni 174.5-ci maddədə bildirilir ki, məhkəmə, açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.
"Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə məhkəmə ilə bağlı sənədlərə görə dövlət rüsumunun tutulduğu hallar və dövlət rüsumlarının dərəcələri dəyişir.
Layihəyə əsasən, məhkəməyə verilən iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun yeni dərəcələri aşağıdakı kimidir:
Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:
- İddia qiyməti 1000 manatadək olduqda - 30 manat;
- İddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda – 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi;
- İddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda – 120 manat+10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi;
- İddia qiyməti 100000 manatdan 1000000 manatadək olduqda – 390 manat+100000 min manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi;
- İddia qiyməti 1000000 manatdan çox olduqda – 1290 manat+1000000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50 min manatdan çox olmamaqla).
- Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə – 100 manat.
Qanunun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil ediləcək.
Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-07-2021, 11:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-07-2021, 11:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |