“Azərbaycanda 3-cü, 4-cü dalğa olmayacaq” - "İnsanları qorxu içində saxlamaq olmaz”
Son günlər 90-dan artıq ölkədə “Delta” ştammının yayılması Azərbaycanda da narahatlıq doğurur.
Azərbaycanda bu mutasiyanın yayılacağı halda yenidən sərt karantinə keçid edilə biləcəyi ilə bağlı söyləntilər var.
Baxmayaraq ki, yoluxma sayı azalıb, bəzi həkimlər növbəti dalğanın gəlişini proqnoz edirlər.
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev vaksinasiya, yeni dalğanın gəlişi, sərt karantin və digər məsələlərlə bağlı Cebhe.info-nun suallarını cavablandırıb.
-Hər dəfə karantin qaydaları yumşaldıqda növbəti dalğa xəbərdarlığı gəlir və insanlar qorxuya düşür. Psixoloji məqam yoluxmaya necə təsir edir?
- Psixoloji məqam birmənalı olaraq yoluxmanı artırır. Stress immun sistemini zəiflədir. Zəifləyəndə insanların xəstəliklərə qarşı immuniteti azalır. Belə qorxu və stress halında yoluxmuş insan, yəni immun sistemi zəifləyən insanların bəlkə də 50 faizi xəstəliyi ağır keçirir. Ona görə də cəmiyyətdə insanları qorxu altında saxlamaq düzgün deyil. “Delta” ştammı gəlir, o, daha ağırdır, daha yoluxucdur, yeni dalğa gəlir” kimi fikirlərlə insanları qorxutmaq olmaz. Bizdə şükür ki, hələ “Delta” halları yoxdur. Ona görə də insanları qorxu içində saxlamaq olmaz. Əgər yoluxmada ciddi artım olarsa, onda müəyyən qədər karantin qaydaları tətbiq edilə bilər. Yoxsa ortada bir şey yoxdur, səs-küy salıblar, panika yaradıblar.
-Bəzi mtəxəssislər deyir ki, yoluxma və ölümün sıfıra düşüb 2-3 həftədən sonra yenidən yoluxmanın qeydə alınması növbəti dalğa deməkdir. Bəziləri isə qeyd edir ki, yoluxma sayı 2 rəqəmliyə düşüb sonra artdıqda yeni dalğa gəlir. Siz də qeyd edirsiniz ki, dalğa eyni karantin şərtlərində yoluxmanın artıb azalmasıdır. İnsanlarımız hansına inansın?
-Bizdə üçüncü, dördüncü dalğa olmayacaq. Bizdə cəmi 1 dənə epidemik alovlanma olub. Yoluxma artıb və sonra karantin elan edilib, yoluxma yenidən azalıb. Əgər karantin qaydası dəyişməsəydi, yoluxma öz gücü ilə azalmış olsaydı, buna ikinci dalğa deyərdik. Biz hər şeyi sərtləşdirmişik deyə yoluxma azalıb, bu, artıq dalğa deyil. Bu artıb-azalma sadəcə karantin qaydalarından asılıdır. İndiyə qədər olan sərtləşdirmələri dalğa kimi qiymətləndirə bilmərik. Son aylarda olan yumşaldılmalar şükürlər olsun ki, artıma gətirib çıxartmır. Sadəcə ölkəmizə gələn vətəndaşlardan peyvənd tələb edilməli, ya immun pasporti tələb edilməlidir. Özümüzü bu şəkildə qorusaq, yoluxma da azalacaq. Sərhədlərimizə nəzarət etməsək, o zaman hansısa artımlar olacaq.
-Sərt karantinin intiharlara da sürüklədiyinə dair iddialar var. Bura psixoloji təsirlə yanaşı, iqtisadi durum da səbəb olur. Bu qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
-Burada obyektiv və subyektiv səbəblər var. Yoluxma artdığına görə karantinin sərtləşdirilməsi qaçılmazdır. Əgər yoluxma 4 minə çatırsa, o zaman sərtləşdirmələrə gedilir və o fonda yaşanan intihara görə dövləti qınaya bilmərik. Amma təbii ki, bu kimi halların qarşısını almaq üçün müəyyən güzəşt və yardımlar olunmalıdır.
-İctimai nəqliyyatın yoluxmada önəmi nə qədər böyükdür ki, insanlar həftəsonu ictimai nəqliyyatdan məhrum edilir? Məgər virus günlərə görə yoluxur və ya öldürür?
-Bu, çox məntiqsiz qərardır. Bəzi insanlar var ki, şənbə və bazar günləri də çalışır, 5 manat qazanmaq istəyir, ailəsini dolandırmaq üçün də bazar günü də işləyir. Amma şənbə və bazar ictimai nəqliyyat işləmir. Onda qazandığını da taksilərə versin? Əslində həftəsonu ictimai nəqliyyatda o qədər sıxlıq olmur axı. Nəyə görə işləməsin? Həftənin digər günləri daha çox sıxlıq olur, nəinki həftəsonu. Buna görə də həftəsonu ictimai nəqliyyat işləməlidir. Həftəsonu ictimai nəqliyyatın işləməsinin yoluxma artımına heç bir təsir yoxudur. 30 ildir tibb işçisiyəm. Pandemiya başlayandan bu işin içindəyəm. Nə qədər düşünürəm, yenə də həftəsonu ictimai nəqliyyatın işləməməsinin məntiqi cavabını özüm tapa bilmirəm. Yəqin bu qərarı verənlərin taksi şirkətləri var, istəyirlər ki, ictimai nəqliyyat işləməsin, onların taksiləri fəaliyyət göstərsin. Başqa məntiqi fikir adamın ağlına gəlmir. Qərarı verənlər çıxıb bunun məntqini də izah edə bilmirlər. Ona görə də geriyə mən dediyim variant qalır.
-Peyvəndin 3-cü dozasının vurulması gündəmdədir və Türkiyədə artıq başlanıb. Bu gedişlə az qala hər ay peyvənd vurdurmalı olacağıq?
-İki doza peyvənd almış insanda yetərli antitel yaranmayıbsa, onun üçüncü doza alması üçün heç bir problem yoxdur. Peyvənd haqqında deyilən neqativ fikirlər sadəcə təxribatdır və bu fikirləri insanlığa qarşı cinayət hesab edirəm. Düşünülmüş şəkildə qurulur. İstisna halları çıxmaqla, peyvəndin ziyanı yoxdur və bəşəriyyəti xilas etmənin tək yoludur. Vaksinasiya olunmaqda da bir problem yoxdur. Anadan olandan çox sayda peyvənd edilirik. Peyvənd birinci dəfə deyil ki. Ona görə də peyvəndə qorxuyla yanaşmaq olmaz.
- TƏBİB, Səhiyyə Nazirliyi vaksindən sonrakı fəsadlarla bağlı statistika vermir. Halbuki sosial şəbəkələrdə belə iddialar var.
-Mən açığı inanmıram ki, vaksinlə əlaqəli ölüm olsun. Əgər belə iddia varsa, səhiyyə qurumları qaçıb gizlənməli deyil. Əksinə, məsələnin kökünü araşdırmalıdır. Bəlkə şəxs başqa problemdən həyatını dəyişib. Araşdırmadıqlarına görə də həmin qurumlar tənqid edilir. Sözsüz ki, həmin qurumların da bu kimi məsələlərlə bağlı qüsurları var.
Cebhe.info
Paylaş:
Müəllif : Yazar
Tarix:1-07-2021, 17:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-07-2021, 17:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11