İyulun 1-dən havalar sərinləşəcək - XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə iyunun 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 isti, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 15-20 isti, gündüz 25-30 dərəcə isti olacaq.
Bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 28-dən 29-na keçən gecədən başlayaraq iyulun 01-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 10-15 m/s, arabir 18 m/s, 30-u və 01-də yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° aşağı enəcək.
İyunun 29-u axşamdan iyulun 02-dək əsasən axşam və gecə saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-06-2021, 14:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-06-2021, 14:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01