"Azərbaycanın 70 faizi toylarla dolanır" - NARAZILIQ!
“Bütün xırdalıqları nəzərə almaq, bağlı yerləri açmaq lazımdır. Operativ Qərargah özü də bilir ki, artıq açılmalıdır. Bilmirəm niyə belə edirlər...”
Bu sözləri Yenisabah.az-a Əməkdar artist Ədalət Şükürov pandemiya şəraiti ilə əlaqədar ölkədə toy mərasimlərinə qoyulan qadağaya münasibət bildirərkən deyib:
“Əslində qayda-qanunla olsa, toylar artıq keçirilməlidir. Çünki burada söhbət tək müğənnilərdən getmir, müğənni maksimum 200-300 nəfərdir, lakin gəlir yeri toylar olan insanlar hədsiz çoxdur. Azərbaycanın 70 faizi toylarla dolanır. Hər müğənninin arxasında ən azı 10 nəfər musiqiçisi, işçiləri var. Hər şey bir-birinə bağlıdır. Mən çox istəyərdim ki, artıq toylara qoyulan qadağa aradan qaldırılsın, çünki Məhərrəm ayı gəlir və iki ay davam edəcək. Heç olmasa, avqust ayının 10-na qədər insanlar işləyərdilər. Təkcə toylar yox, artıq hər yer yavaş-yavaş açılmalıdır, yay ayıdır, insanlar D vitamini qəbul etməlidir ki, immunitetləri qalxsın. Əks halda, noyabrda yenidən xəstəlik baş alıb gedəcək. Bütün xırdalıqları nəzərə almaq, bağlı yerləri açmaq lazımdır. Operativ Qərargah özü də bilir ki, artıq açılmalıdır. Bilmirəm niyə belə edirlər...”
Sənətçi ölkəmizdə toylara icazənin olmaması səbəbindən müğənnilərin əksəriyyətinin Rusiyaya üz tutmasına da münasibət bildirib:
“Biz heç vaxt heç kimi qınamamalıyıq. Hər kəsin bir ailəsi var. Artıq il yarımdır ki, sənətçilər işləmirdi və heç kəs onların qapısını döyüb demədi ki, “al bu pulu”. Ona görə də bu həyatda heç vaxt kimisə qınamaq olmaz. İnsanın işi alınmayanda məcburdur ki, gedib başqa yerdə işləsin. Mən özüm də hazırda Moskvadayam. Kim bura gəlib 5 manata, 3 manata, yaxud 100 manata oxuyur bu onun şəxsi işidir və mən onları qətiyyən qınamaq istəmirəm, nəinki mən, heç kəsin qınamasını istəmirəm. Hamısının ailəsi, uşaqları var, onları dolandırmalıdır. Müğənni bura çarəsizlikdən gəlir. Bilirsiniz, müğənnilərin 90-95 faizi bu işdən başqa bir işi yoxdur. Onlar pandemiya vaxtı çox istədilər ki, işlərini dəyişsinlər, amma alınmadı və alınmayacaq. Mən bütün sənət dostlarıma can sağlığı arzu edirəm. Kim gedib qərib yerdə bir parça çörəyini qazanmağa çalışırsa, mən onu dəstəkləyirəm, alqışlayıram. Gedib oğurluq etmirlər ki, halal zəhməti ilə qazanıb ailəsinə gətirirlər”.
Hazırda Moskvada olan Şükürov ölkədən birdəfəlik getmədiyini qeyd edib:
“Mən əvvəllər 20 il Rusiyada yaşadım, sonra köçdüm Bakıya. Amma vəziyyət elə alındı ki, artıq iki aydır buradayam. İyulun 20-si Bakıya dönəcəm, bir ay orada qalacam, sonra bəlkə yenidən Moskvaya döndüm. Amma birdəfəlik ölkədən getməkdən söhbət gedə bilməz. Sadəcə biz müğənnilər çox gözlədik, bu müddət bir ay, beş ay deyildi, düz il yarımdır. Biz də məcbur olduq ki, gələk Rusiyada işləyək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-06-2021, 20:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-06-2021, 20:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti