Fermer hər kiloqram yaş baramaya görə 9 manat alır
İyunun 14-dək kümçülər tərəfindən barama tədarükü məntəqələrinə 428,3 ton yaş barama təhvil verilib.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, ən çox yaş barama tədarükü Zərdab (67,2 ton), Ağcabədi (44,9 ton), Balakən (41,3 ton), Zaqatala (34,8 ton), Şəki (23,5 ton), Bərdə (22,4 ton) və Füzuli (19,9 ton) rayonlarında qeydə alınıb.
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.
Bu il dövlət tərəfindən 5 mindən artıq kümçüyə pulsuz olaraq 14 700 qutu ipəkqurdu toxumu (qrena) verilib. 2021-ci ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarük edilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-06-2021, 13:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-06-2021, 13:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:53
“BU SAXTAKARLIĞA GÖRƏ CƏZALANDIRILAN OLUBMU? “ - Sabiq deputat maraqlı rəqəmlər açıqladı
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32