Dərs kitablarındakı XƏYANƏT - Kütləvi savadsızlaşdırmada kim maraqlıdır?
Azərbaycanda dərslik siyasəti ilə bağlı vəziyyət dəyişməz olaraq qalır. İllərdir ki, bu sahədə müəyyən islahatların aparıldığı bəyan edilsə də, reallıq tam əksini deyir. Şagirdlərin dərs vəsaitlərinin məzmunu, keyfiyyəti və tərtibatı ilə bağlı problem ildən-ilə kəskin şəkil alır.
Dərsliklərin akademik səviyyədə yazılması, anlaşılmayan mövzuların salınması, çalışma və yaradıcı işlərin bəsitliyi, kifayət qədər səhvlər ciddi problemlərdir. Dərsliklərin keyfiyyətindən ən çox pedaqoq və fənn müəllimləri gileylənir. Dediklərinə görə 8 və 9-cu siniflərin tarix dərsliklərində ciddi və kobud səhvlər var. Bundan əlavə mövzuların çoxu şagirdlərə də, müəllimlərə də tanış olmayan mətnlərdir.
Riyaziyyat kitablarında onlarla riyazi və texniki səhvlər mövcuddur. Bir çox fənlər üzrə dərsliklər dövrün tələblərinə uyğun bilikləndirmə verməyə qadir deyil.
Ədəbiyyat dərslikləri də zövqsüz, qramatik səhvlər, bəzən məntiq və hətta ideoloji səhvlərlə dolu olur. Elə əsərlər var ki, onları hamı oxumur. Bəzən elə əsərlər salınır ki, onlar yadda qalmır. Həmin əsərlərə verilən tapşırıqlar, hətta metodik summativlər də bərbaddır. Bu tədris isə şagirdlərə heç nə vermir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil məsələləri üzrə ekspert Elşən Qafarov dərsliklərin yazılmasında çox ciddi problemlərin və boşluqların olduğunu bildirib.
Onun sözlərinə görə dərsliyin yazılmasından ötrü tenderin elan olunması 2 aya, dərsliyin yoxlanması və müzakirəsi isə 10 ay davam edir:
“Təhsil Nazirliyinin bu forması kökündən yalnışdır. Necə ola bilər? Dərsliyi 2 aya yaz, 10 ay isə bunun müzakirəsi getsin. İlk növbədə məsələ oradan dəyişilməlidir. Təhsil Nazirliyində dərsliklərin qiymətləndirilməsi komissiyaları var. Bu komissiyalara işini yüksək səviyyədə bacaran müəllimlər cəlb olunmalıdır. Hərə bir qohumunun, əqrəbasının adını yazdırıb ora... Onlar isə ictimai əsaslarla işləmirlər. Bundan əlavə dərsliklərə bir və ya iki müəllifin adı, komissiyadan isə 5-6 nəfərin adı salınır. Bu da doğru deyil. O dərsliklər bir və ya iki nəfərin qələmindən çıxır. Ona görə də çoxlu səhvlər olur”.
Ekspert qeyd edib ki, yaxşı hal odur ki, dərsliklərin yazılmasına orta məktəb müəllimləri cəlb olunub. Amma o müəllimlər repititordurlar:
“Onlar isə daha az məlumatın içərisində daha çox informasiya verməyə çalışırlar. Bu da dərsliklərdə məzmunu ağırlaşdıran ən böyük problemlərdən biridir. Elmlər Akademiyasının bütün fənnlər üzrə institutları var ki, yüzlərlə insan burada çalışır. Dərsliklərdə elmi vəziyyət hökmən AMEA-nın konkret institutları və ayrı-ayrı şöbələrinin yaradıcılıq şəklində rəyləri alınmaqla razlaşdırılmalıdır ki, elmi səəhvlərə görə məsulliyyət onların üzərində olsun. Bunlar edilmir. Elmlər Akademiyasını sayan və ondan istifadə edən yoxdur. Bu da problemin bir tərəfidir”.
Elşən Qafarov onu da əlavə edib ki, Təhsil İnkişafı üzrə Dövlət Strategiyasında qarşıya qoyulmuş hədəflərdən biri də müəllim və şagirdlərin seçiminin təmin olunması üçün müxtəlif variantlarda dərsliklərin hazırlanmasıdır:
“Yuxarıda sadaladığım hallar nəzərə alınmadığına görə yeni varinatlarda hazırlanmış dərsliklərdə də çox ciddi səhvlər buraxılır. Bir neçə variantda dərsliklərin hazırlanması prosesinə başlanıb və bu ildən tətbiq olunacaq. Bu, yaxşı dönüş olsa da qiymətləndirmə komissiyasına ölkə üzrə işi bacaran şəxslər və ya praktik müəllimlər cəlb olunmalıdır. Bəzən bir dərslikdə bir neçə institut və ya şöbənin yazılı rəyləri alınmalıdır. Dərsliklərin hazırlanmasına isə ən azı 6 ay vaxt verilməlidir”.
Qeyd edək ki, mövcud qaydalara görə, orta məktəblərdə istifadə olunan bütün dərsliklər məzmun keyfiyyətinin təminatı prosedurundan keçirilir.
Keyfiyyəti təmin olunan dərsliklərə dair www.trims.edu.az saytı vasitəsilə ictimai rəyin öyrənilməsinə başlanılır. Bununla yanaşı, nəşrqabağı ekspertiza aparılır. Bütün bu proseslər Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, müxtəlif təhsil qurumları, elmi -tədqiqat institutları, aidiyyatı dövlət qurumları və ictimai təşkilatlar, eləcə də bir sıra xarici, beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Rəylər əsasında dərsliklər təkmilləşdirilir, bir daha yoxlanılır və daha sonra çap olunur. Nəşriyyatlar hazırladıqları dərsliklər üçün müəllif seçməkdə sərbəstdir.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-06-2021, 14:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-06-2021, 14:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26