Onlayn alış-verişdə KEYFİYYƏT QALMAQALI - “Ucuzlaşmadan alınan 10 manatlıq mala bənzəyir”
Son 10 ildə dünya əhalisinin demək olar ki, 70-80 % internet vasitəsilə şopinq edir, bununla da zamanına qənaət edir. Nəzərə alsaq ki, müasir insanın çətinliyi zaman çatışmazlığıdır, belə bir xidmət onun üçün nadir tapıntıdır.
Bu təlabatı nəzərə alan iri şirkətlər belə bir çox iri platfornalar yaradaraq, insanlara öz mallarını təklif etməyə başladılar. Kiçik bizneslə məşğul olanlar isə ən çox üzünü “İnstagram” da bu cür səhifələr yaradaraq, öz xidmətləri ilə müştəri “ovlamağa”.
Lakin hər bir iş kimi onlayn alış-verişin də bəzi nöqsanları var. Bəzən müştəri malın keyfiyyətindən, bəziləri isə çatdırılma da problemlər yaşayır.
İnternetdə kiçik araşdırma aparsaz bir çox onlayn mağazalar tərəfindən aldadılmış alıcıların qəzəbli rəylərinə rast gələ bilərsiniz.
“Keyfiyyətsiz mala 160 manat ödədim”
Bizim.Media-nın redaksiyasına müraciət edən Mehriban xanım (ad şərtidir) isə İnstagramda alış-veriş edərkən aldandığını bildirib. O, qeyd edib ki, “Canta_nur_online Satış” səhifəsində onun müştəri hüquqları tapdalanıb.
“İlk əvvəl onu qeyd edim ki, səhifədə yayımlanan fotolarla mənə təslim olunan mallar arasında yerlə- göy arasında fərq var idi. Orada yayımlanan fotolar da, üzərində qeyd olunan şifrələr də saxtadır. Mən iki idman ayaqqabısı və çanta sifariş etdim.
Bunun üçün ilkin ödəniş olaraq post terminal vasitəsilə 50 manat pul ödəyərək, qəbzin fotosunu satan şəxslərə təqdim etdim. Pulun geri hissəsini yəni 110 manatı isə malı təslim alanda verdim. Elə bil 160 manat ödədiyim çanta və ayaqqabılar ucuzlaşmadan 10 manata alınıb. Onu qeyd edim ki, qarşı tərəf mənə aldığım mallar üçün heç bir kassa qəbzi təqdim etməyib”.
Şikayətçi daha sonra malların keyfiyyətsiz olduğunun şahidi olub.
Bunun üçün o, səhifə ilə əlaqə saxlayaraq, malların geri qaytarırlmasını və ya daha keyfiyyətlisi ilə əvəz edilməsini tələb edib.
“Bu zaman qarşı tərəf məni borclu çıxaraq, yalnız modeli səhv gələn ayaqqabını başqası ilə dəyişdirə bildiyini qeyd edib. Qalan məhsulların keyfiyyətli olduğunu geri qaytarmaq və başqası ilə dəyişdirmək hüququmun olmadığını bildirdi. Qeyd edim ki, çantanın tikilişi çox bərbad idi, sapları çıxırdı. Ayaqqabılardan yapışqan və boyanın qoxusu gəlirdi. Lakin səhifə bütün bu neqativ halları qəbul etmədi. Uzun təkidlərdən sonra sadəcə bir ayaqqabını modeli səhv gələni dəyişdirməyi qəbul etdilər”.
Mehriban xanım qeyd edir ki, söz-söhbətin uzandığını görən satıcılar telefonlarında nömrəmi, İnstagram-da isə mənim hesabımı qara siyahıya atdılar. Ondan sonra onlarla əlaqə saxlaya bilmədim.
Alıcı məni “qara siyahıya” ataraq blok etdi
Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini öyrənməyə çalışdıq. “Canta_nur_online Satış” səhifəsinin sahibi Könül Həşimova isə iddiaların doğru olmadığını bildirib. O, qeyd edib ki, mal alan şəxslə əvvəlcədən malın qaytarılmaması və dəyişdirilməməsi barədə anlaşmamız vardı.
“Bizim səhifədə alınan mallar geri qaytarılmır və dəyişdirilmir. Lakin alıcı malın keyfiyyətindən narazı qaldığı üçün biz buna razılaşmışdıq. Lakin mən ona bildirdim ki, geri qaytarıb pulu ala bilməzsən, lakin mal dəyişdirilə bilər. Məhsul keyfiyyətsiz və ya müştərinin sifariş etdiyi model deyilsə biz həmin məhsulu başqası ilə dəyişdiririk”.
Könül Həşimova qeyd edib ki, hətta həyat yoldaşı da alıcının əri ilə danışıb məsələni yoluna qoymağa çalışıb. Hətta onlar malların dəyişdirilmısi barədə müəyyən razılığa da gəliblər.
“Lakin daha sonra alıcı bizim nömrələrimizi qara siyahıya ataraq blok etdi. Sonra da əlaqə saxlamadı”.
Bəs, bu iki tərəfin münaqişəsində hansı tərəf haqlıdır?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüsyenov Bizim.Media-ya açıqlamasında bildirib ki, münaqişədə alıcı haqlıdır. O, qeyd etdi ki, aıcı malın keyfiyyətini bəyənmədiyi halda onu qaytara və ya dəyişdirmə hüququ var.
“İlk növbədə bu alış-veriş zamanı kassa çekinin verilməməsi birbaşa qanun pozuntusudur. Bu vergidən yayınma halıdır.İstehsalçıların hüquqlarının müdafiəsi haqqında qanunda göstərilir ki, kassa çeki alış- verişi sübut edən əsas sənədlərdən biridir. Qanuna əsasən əgər məhsul alıcını qane etmirsə və alıcı onu istifadə etməyibsə, o, 14 gün müddət ərzində malı qaytarıb ödədiyi məbləği tam şəkildə geri ala bilər”.
Birliyin sədri həmçinin narazı müştərinin hansı addımları ata biləcəyindən də danışıb:
“Narazı müştəri şikayətini İqtisadiyyat Nazirliyinin çağırı mərkəzinə (195 2) və Azad istehsalçılar birliyinə edə bilər. Əgər o, Azad İstehlakçılar Birliyinə ərizə ilə müraciət etsə, birlik bu barədə dərhal araşdırmaya başlaya bilər”.
Bəs, müştəri bu bu iddia ilə məhkəməyə müraciət edə bilərmi?
“Bəli, müştəri bu iddia ilə məhkəməyə müraciət edə bilər, bu onun haqqıdır. O, həm məhsula ödədiyi məbləği həm də, dəymiş mənəvi ziyanı qanuni yolla qarşı tərəfdən tələb edə bilər”.
Bu sözləri isə Bizim.Media-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib. O, qeyd edib ki, əgər müştəri dəymiş ziyanı ödəməsi üçün satıcı ilə razılığa gələ bilməyibsə o zaman onun məhkəməyə müraciət etmək hüququ var.
O, məhkəmə vasitəsilə keyfiyyətsiz məhsulları qaytarmaq hətta dəymiş mənəvi ziyan üçün təzminat da ala bilər.
Sonda vəkil keyfiyyətsiz malın qaytarılmasının qanunu yolları və müştərinin hüququndan da söz açıb:
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin (AR MM) 623-cü və "İstehlakçıların hüquqlarının müdafıəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən alıcıların da hüquqları tənzimlənir. Əgər alıcı məhsulun keyfiyyətindən narazıdırsa 14 gün ərzində məhsulu qaytara və dəyişdirə bilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-06-2021, 12:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-06-2021, 12:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti