Benzinin bahalaşması ilə bağlı RƏSMİ AÇIQLAMA
“Aİ-95” və “Aİ-98” markalı benzinlər ölkəyə idxal olunduğuna görə onların qiyməti dünya bazarlarından asılıdır. Dünya bazarlarında hansı qiymət olarsa, Azərbaycanda da qiymət o şəkildə tənzimlənər”.
Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Aİ-95” markalı benzinin qiymətinin bahalaşmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, pandemiyadan əvvəl “Aİ-95” markalı benzinin qiyməti 1 manat 50 qəpik idi:
“Sonra pandemiya dövründə neftin və neft məhsullarının qiyməti düşdüyünə görə, qiymət 1.10 qəpiyə qədər düşdü, sonra yenidən bir qədər qalxdı. İndi də dünya bazarlarında neftin qiyməti demək olar ki, pandemiyadan əvvəlki səviyyəyə qalxdığı üçün bunu satan şirkətlər də qiymətləri artırıblar. Əgər gələcəkdə yenə neft və neftin məhsullarının qiyməti düşərsə, bu növ benzinlərin də qiyməti düşə bilər”.
İ. Əhmədov bu növ benzinin niyə hələ də ölkədə istehsal edilməməsinə də münasibət bildirib. O bildirib ki, Sovet dövründən miras qalmış və bu gün də istismar olunan Cənubi Qafqazın yeganə neft emalı müəssisəsi olan Heydər Əliyev adına Neft Emalı Müəssisəsində avadanlıqlar həmin markalı benzinlərin istehsalı üçün uyğun deyil: “ Hazırda orada modernizasiya işləri həyata keçirilməkdə davam edir. Gələn ildən etibarən modernizasiyanın hazırkı mərhələsi başa çatdıqdan artıq Aİ-95 markalı benzinin istehsalı Azərbaycanda mümkün olmalıdır. Belə halda biz benzinin təchizatı baxımından artıq idxaldan asılılığımızı azaldacağıq.
Azərbaycanda hazırda bu benzin növü nisbətən az istifadə olunur. Bizdə istehlak olunan yanacaq növləri dizel və “Aİ-92” markalı benzindir. Ümumi istehlakın bəlkə də 90 faizini bu markalın benzinlərin istehlakı təşkil edir”.
Ölkə daxilində istehsal edilən benzinin gələcəkdə qiymətinin qalxıb qalxmaması məsələsinə gəlincə isə İ. Əhmədov qeyd edib ki, hazırda ölkədə istehsal olunan benzinin qiyməti isə sabitdir:
“ SOCAR istehsalçı şirkətdir, həm də satıcılardan biridir. Bizim işimizi dövlətin müvafiq qurumları tənzimləyir və qiyməti də onlar müəyyən edirlər. Bəzi ölkələrdə tənzimləni bazarın öhdəsinə buraxıblar. Azərbaycanda isə qiymətləri Tarif Şurası müəyyən edir”./qafqazinfo/
Paylaş:
Müəllif : Fuad
Tarix:2-06-2021, 09:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-06-2021, 09:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01