Toylar hansı formada keçiriləcək? - "Mövcud toy modeli iqtisadiyyatımıza, milli ənənəmizə ziddir"
Xəbər verdiyimiz kimi Azərbaycanda toy və digər mərasimlərin pandemiya şəraitində təşkil edilməsi ilə bağlı qaydalar hazırlanır. Xüsusilə toyların keçirilməsini səbrsizliklə gözləyən insanları hazırda ən çox maraqlandıran mövzu yeni qaydaların formasıdır.
Maraqlıdır, toylar hansı formada keçirilməlidir?
Sosioloq Asif Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, ənənəvi toy modelimiz əslində Azərbaycan cəmiyyətinin mövcud iqtisadi durumu ilə uyğun deyildi:
"İqtisadi baxımdan ölkəmizdən daha çox inkişaf etmiş cəmiyyətlərdə toyun tamam fərqli modellərini görürük. Bütün hallarda toylar yeni ailə quran gənclərin gələcək iqtisadi durumuna hesablanır. Təəssüf ki, illər ərzində Azərbaycanda ənənəvi, tutaq ki, 50-60-cı illərdəki toy modeli iflasa uğradı və sovet dövründə yüksək vəzifədə çalışan insanların keçirdiyi toy modelini gətirdilər. Sanki bizdə hər bir ailə zəngindir, pulu o qədər aşıb-daşır ki, onlar istənilən səviyyədə toy keçirə bilərlər.
Cəmiyyət biz istəsək də, istəməsək də iqtisadi imkanlarına görə müxtəlif kateqoriyalara bölünür. Hamı eyni qabiliyyətdə olmur, ya da gəlirlər eyni deyil. Belə olan halda, hamı üçün məqbul olan yeni bir toy modeli hazırlanmalıdır. Birincisi, iqtisadi baxımdan israfa yol verilməməlidir. İndiyə kimi mövcud olan toy modeli iqtisadiyyatımıza, milli ənənəmizə ziddir. Toydan sonra artıq qalan ərzaqlarla iki, hətta üç həmin toydakı qədər insanları yedirib içirmək olar. Bunları nəzərə alaraq, yeni toy modeli üzərində düşünməliyik. Məsələn, Türkiyə modelini götürə bilərik, lakin birdən-birə buna keçə bilmərik. Özümüzün dədə-baba modelini qismən təkmilləşdirmək mümkündür – tutaq ki, şadlıq sarayına gələn hər kəs yeyə biləcəyi qədər sifariş versin. Türkiyə modelini götürsək, hər kəs sifariş etdiyi yeməyin pulunu öz cibindən ödəyir və toya saldığı pul yeni ailənin ayaqda durmasına yönəlir”.
Müsahibimiz qeyd edib ki, koronavirus pandemiyası ciddi faktor kimi həyatımızın bütün sahələrinə, həmçinin toyların keçirilməsinə də qalıcı təsir göstərəcək:
"Əgər toyların keçirilməsinə icazə verilsə, əminəm ki, yoluxmanı azaldan bir forma seçiləcək. Bu günə qədər dəfələrlə səslənib ki, masa arxasında əyləşən insanlar arasında sosial məsafə olmalı, onların 4-4, ən yaxşı halda, 6-6 əyləşdirilməsi, masaların arasında məsafənin çox olması və.s kimi qaydalara əməl edilməlidir. Bunlardan daha üstün forma düşünmək mümkün deyil.
Lakin toyların keçirilməsi koronavirusun yenidən tüğyan etməsinin qarşısını almaq üçün bir formadırsa, nəyə görə demək olar ki, Bakıdakı əksər restoranlar gün ərzində beş dəfə dolur-boşalır, hər dəfə 100-200 insan eyni vaxtda zalda oturur. Hərçənd ki, həmin şəxslər bir-birini tanımayan qruplar olurlar. Buna irad tutulmursa, toyların bu formatda keçirilməsinə niyə icazə verilməsin? Ona görə fikrimcə, Operativ Qərargah, TƏBİB və bu problemin həllinə məhsul olan şəxslərin özü də yanaşmalarında səmimi deyillər. Reallıq bunu təsdiq edir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-05-2021, 14:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-05-2021, 14:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti