Apteklərdən yoxa çıxan koronavirus testləri, 400 manatlıq təklif və daha nələr - Pul tələsi, yoxsa rahatlıq?
Koronavirus mövzusu dünyanın əsas gündəmi olaraq qalır.
Hazırda dünyada virusun dördüncü dalğası başlayıb. Dünyada ən çox yoluxma Hindistandadır. Hindistanda günlük koronavirusa yoluxanların sayı 414 min nəfərə çatıb. Ümumiyətlə, 156 milyondan çox insan bu virusa yoluxub. Virusdan ölənlərin sayı isə 3 milyondan çoxdur.
Azərbaycanda koronavirusa yoluxanların sayı artdıqca, COVID-19 testindən keçmək istəyən şəxslərin sayı da artır. Hazırda Azərbaycanda iki cür koronavirus testi aparılır. Bunlardan biri burundan və ağız boşluğundan yaxma götürülməklə, digəri isə seroloji test vasitəsilə, yəni qan analizi verməklə aparılır.
Burun və ağız boşluğundan götürülən yaxma sizin hazırda COVID-19 infeksiyası daşıyıb-daşımadığınızı göstərir.
Azərbaycanda COVID-19-un müəyyən edilməsi üçün burun və ağız boşluğundan götürülən yaxma vasitəsilə aparılan testin qiyməti 40-130 manat, qan vasitəsilə aparılan testin qiyməti isə 40-50 manat arasında dəyişir.
Dövlət poliklinikalarında aparılan testlərin qiyməti özəl klinikalara nisbətdə iki dəfəyədək ucuzdur.
Koronavirusa yoluxub-yoluxmadığı öyrənmək üçün apteklərdə də testlər satılır.
Maraqlıdır, bu testlər apteklərdə hansı qiymətə satılır? Koronavirus testi necə aparılır?
Suallara cavab tapmaq üçün Cebhe.info əməkdaşı olaraq paytaxtın Zivərbəy Əhmədbəyov küçəsində yerləşən bir neçə aptekə baş çəkdik.
Yaxınlaşdığımız ilk 3 aptekdə bu testlərin satılmadığını dedilər. Adının çəkilməsini istəməyən aptek işçiləri vaxtı ilə belə bir testin satışda olduğunu, hazırda isə satılmadığını söylədilər.
Digər aptekdə isə belə bir testin 400 manat olduğunu bizə bildirdilər. Bu testin qiymətin belə çox olmasının səbəbi kimi isə test bütöv qutu olaraq satılır.
Qutunun içində isə toplamda 25 test olur. "Qış parkı"na yaxınlığında yerləşən apteklərin birində testin satışda bitdiyini, amma yaxın vaxta gələcəyini dedilər. Testin qiyməti isə ilk öncəki aptekdən ucuz idi. Belə ki, satılan testlər burundan və ağız boşluğundan yaxma yolu ilə istifadə edilir və qiyməti 30 manatdır. Seroloji test, yəni qan analizi isə 35 manatdır.
Müraciət etdiyimiz apteklərdən öyrəndik ki, belə testlərin satışı da yaxşı gedir. Satıcılar gün ərzində 5-10 nəfərin bu testlə maraqlandığını dedilər.
Mövzu ilə bağlı Cebhe.info-ya danışan həkim-terapevt Rasif Bağırov belə testlərin insanlar arasında kütləvi testlərin aparılması üçün nəzərdə tutulduğunu bildirib.
“Özəl klinikalarda test üsulu ilə yoxlamalar aparılır. Səhiyyə Nazirliyinin Bakı Şəhər Apteklər İdarəsi bu məsələyə nəzarət edir. Belə testlərə “ekspres testlər” deyilir. Belə testlərdən xarici ölkələrdə də istifadə edilir. Həmin o ekspres testləri yəqin ki, hardansa tapıb gətiriblər. Bu testlər təbii ki, poliklinikanın və təcili yardımın PCR analizindən üstün deyil. PCR testi virusla bağlı ən dəqiq analizdir. Ekspres testlər hardasa, kimdəsə, nəyisə göstərirsə həmin şəxs yenidən PCR testi verməlidir. PCR testində əgər təsdiqini taparsa, onda həmin şəxsə müalicəyə başlamaq olar. İnsalar arasında kütləvi şəkildə yoxlamalar aparmaq üçün istifadə edilən testlərdir o ekspres testlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-05-2021, 16:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-05-2021, 16:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26