Problemli kreditlər yenidən artmağa başladı - Səbəblər açıqladı
Azərbaycanda problemli kreditlərin həcmi son dönəmlər hər ay artmağa davam edir. Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 918.2 milyon manat təşkil edib. Mərkəzi Bankdan verilən məlumata görə, bu da son bir ayda 0.1 faiz artım deməkdir. Qurum habelə bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 33.8, ilin əvvəlindən isə 2.8 faiz artıb. Buna səbəb kimi milli valyutada olan uzunmüddətli vaxtı keçmiş kreditlərin 0.94 faiz artmaqla 575.7 milyon manata yüksəlməsi göstərilir.
Martın 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 6.2 faiz təşkil edib. Halbuki, Prezident İlham Əliyevin 2019-cu ilin fevralında fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərmanı onun azalmasına səbəb olmuşdu.
Həmin fərmanla 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyalardan (manat iki dəfə dəyər itirdi) sonra yaranmış fərq dövlət büdcəsi hesabına ödənildi. Onda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə banklara 682 milyon manat dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verildiyi açıqlandı.
Beləliklə 2019-cu ilin sonuna ödəniş vaxtı keçmiş kreditlər 1 milyard 273.1 milyon manata qədər azalmışdı. Halbuki, bu məbləğ devalvasiyalardan sonra 1.8 milyard manata qədər yüksəlmişdi.
Azərbaycanda problemli kreditlərin yenidən artmasının səbəbi nədir? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, bu yaxınlarda komitənin iclasında kredit məsələsi müzakirə olunub: "Çünki kreditlərlə əlaqədar tələblərimiz yerinə yetirilmir. Kreditlərin faizi çox yüksəkdir. Baxmayaraq ki, bank sistemində müəyyən islahatlar gedir, amma bunlar yetərli deyil».
Deputat qeyd edib ki, bank sistemində kredit faizləri yüksək olduğu üçün sahibkarlar və fiziki şəxslər onu vaxtında qaytara bilmirlər: "Qaytara bilməyəndə də problemli kreditlərin həcmi artır. Bir vaxt onların miqdarı azalmaya doğru getmişdi, amma indi yenə artım var".
Komitə üzvü hesab edir ki, kreditlərlə bağlı məsələyə kompleks şəkildə baxmaq lazımdır: "Biz təklif etmişdik ki, bank sisteminin nümayəndələri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə bank sistemində olan problemlərlə əlaqədar birgə iclas keçirsin. Bizim öz təkliflərimiz var, onların öz arqumentləri. Amma oturub orta məxrəcə gəlmək lazımdır ki, insanlar, o cümlədən də sahibkarlar götürülən kreditləri vaxtlı-vaxtında qaytarmaq imkanlarına malik olsun".
V.Əhmədov vurğulayıb ki, əmanətlərin faizinə də baxmaq lazımdır: "Bankın üç mənbəyi var – biri insanların depozitləri və əmanətləridir. İkincisi Mərkəzi Bankdan müəyyən məbləğdə götürülmüş kreditlərdir və üçüncüsü də beynəlxalq maliyyə qurumlardan götürülmüş vəsaitlərdir. Amma mən hesab edirəm ki, 80-90 faizi məhz insanların əmanətləridir. Əmanətlərin faizi yüksək olanda da kredit faizləri yüksək olur. Ona görə də bu məsələlər kompleks şəklində öz həllini tapmalıdır".
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov isə hesab edir ki, problemli kreditlərin həcminin artması koronavirus pandemiyası ilə əlaqədardır: "Bu, yalnız Azərbaycanda deyil, bütün dünyada problemli kreditlər artan xətlə gedir".
Ekspert qeyd edib ki, Prezident İ.Əliyevin 2019-cu ildə verdiyi fərmanla problemli kreditlər azalmağa doğru getdi, amma 2020-ci ildə başlayan pandemiya vətəndaşların və sahibkarların kreditlərinin həcmini artırdı.
Onun bildirdiyinə görə, ötən ilin aprelində Mərkəzi Bank banklara tövsiyə edib ki, pandemiya ilə bağlı sentyabrın axırına qədər sadə vətəndaşların, sahibkarların gecikdirdiyi kreditləri problemli kreditlər kimi tanımasın və cərimə hesablamasın: "Daha sonra Mərkəzi Bank bu moratoriumun müddətini bu ilin əvvəlinədək uzatdı".
Ə.Həsənov deyib ki, indiki problemli kreditlər, əslində, keçən il əmələ gəlib: "Sadəcə, banklar Mərkəzi Bankın tövsiyəsinə uyğun bunları problemli kreditlər kimi tanımırdılar. Amma bu il Mərkəzi Bank müddəti artırmadı və banklar yavaş-yavaş başlayıblar problemli kreditləri tanımağa".
Ekspert vurğulayıb ki, bu, çox ciddi problemdir: "Çünki pandemiya ilə əlaqədar kimsə iş yerini itirdi, kiminsə maaşı, sahibkarların gəlirləri azaldı. Turizm sahəsində, ümumiyyətlə, gəlir yoxdur. Təbii ki, onlar kreditləri qaytara bilmir".Hüquqşünas bildirib ki, ötən ilin aprelində dövlət müəyyən tədbirlər planı tutdu: "Amma görünən odur ki, bu, kifayət deyil".
Ekspert ümid edir ki, pandemiyadan sonra dövlət bu məsələ ilə bağlı müəyyən güzəştlər tətbiq edəcək: "Bütün məsələləri tam müşahidə edəndən, məbləği tam müəyyən edəndən sonra ən çox ziyan çəkənlərə, ən aztəminatlılara və bank sisteminə, yəqin ki, kömək ediləcək".
İqtisadçı Samir Əliyev "AzPolitika.info"-ya bildirib ki, 2020-ci ildən bəri problemi kreditlər artmaqda davam edir. O, bu ilin ilk üç ayında bu tendensiyanın göründüyünü qeyd edib: "2021-ci ilin ilk rübündə problemli kredirlərin həcmi 2.8 faiz yüksəlib. Beləliklə, problemli kreditlərin ümumi kredit portfelindəki çəkisi 6.1 faizdən 6.2 faizə çatıb. Artım həm dollar, həm də manat kreditlərində özünü göstərir. Burada rəqəmlər belədir: artımın 60 faizi manat, 40 faizi isə dollar kreditlərinin payına düşüb. Yəni 15 milyon manat və 10 milyon dollar problemli kredit yaranıb".
Ekspert problemli kreditlərin yaranmasına əsas səbəb kimi pandemiyanın yaratdığı iqtisadi çətinlikləri göstərir.
"İlin vəəvlindən karantin rejimində yumşalmalar olsa da, hələ iqtisadi fəallıq bərpa olunmayıb. Bu da problemli kreditlərin artmasına təsir göstərir. Kreditlərdə üstünlük təşkil edən ticarət və xidmət sektoru üzrə göstəricilər birinci rübdə azalıb. Bu sahədə kreditləşmədə də azalmalar var. İnşaat və kənd təsərrüfatında isə əksinə, artım müşahidə olunur. Ticarət və sənaye sektoruna aydılan vəsaitlərin həcmində azalma görünür",-deyə iqtisadçı qeyd edib.
S. Əliyev 2019-cu ildə Prezidentin fərmanı ilə problemli kreditlərlərin restrukzasiya edildiyini xatırladır: "Amma bu o demək deyil ki, restrukzasiya edilmiş problemli kreditlər üzrə davamlı ödənişlər olacaq. Həm də dövlət dəstəyi bütün problemli kreditlərə şamil edilmədi. Əvvəla, manatla kredit götürmüş müştərilər bundan yararlana bildilər, daha sonra fərman bəlli bir zaman çərçivəsini əhatə edirdi. Ona görə də problemli kreditləri olan müəyyən hissə bu dəstəkdən kənarda qaldı. Düşünürəm ki, həmin şəxslərin ödənişlərində gecikmələr öz sözünü deməyə başlayır".
Paylaş:
Müəllif : Fuad
Tarix:4-05-2021, 08:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-05-2021, 08:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti