“Hindistan ştammı yüz faiz bizdə də var...” - HƏKİMDƏN SOS!
Hazırda Azərbaycanda epidemioloji vəziyyət Ramazan bayramı günlərində sərt karantin rejiminin tətbiq edilməsinə ehtiyac yaratmır. Bunu “Trend”ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, Ramazan bayramı ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun bir şəkildə və ölkədaxili və xarici epidemioloji gərginliyi nəzərə alaraq bir sıra ölkələrdə bayram günlərində qapanmalara getmə planları var: “Amma ölkəmiz üçün bunu dəyərləndirdiyimiz zaman, xüsusən son günlərdə alovun nisbətən sabitləşməsi, hətta düşüşə meyilliliyin artması, yoluxanlarla sağalanlar arasında nisbətin müsbət tendensiya tərəfə dönməsi kimi hallar ölkəmizdə bayram günlərində sərt karantin tətbiqi ilə bağlı qərarın alınmasına ehtiyac olmayacağını göstərir. Bu gün qardaş Türkiyədə sərt qapanmaya getmək qərarının verilməsinin izahatını belə verə bilərəm ki, hər nə qədər aramızda əhalinin sayına görə 9-10 dəfə fərq olsa belə, günlük yoluxanların sayına baxdığımız zaman bizdəki yoluxma sayı ilə müqayisədə Türkiyədə 25-30 dəfə artıq yoluxma sayı görsənir. Ona görə də mən onu deyə bilərəm ki, Azərbaycanda günlük yoluxmaların sayı və gedişata baxdımız zaman biz epidemioloji vəziyyətə və xəstəxanalarda doluluq nisbətinə görə 2-3 dəfə daha yaxşı vəziyyətdə hesab oluna bilərik. Bütün bunları nəzərə alaraq onu deyə bilərəm ki, vəziyyət bu şəkildə davam etdiyi müddət içərisində xüsusi sərt qapanma rejiminə və ya rejimin ağırlaşdırılmasına yəqin ki, ehtiyac olmayacaq”.
“Hindistan ştammının yoluxuculuq qabiliyyəti hələ tam olaraq öyrənilməyib. Ona görə də indiki halda bu ştammın sürətli yayılıb-yayılmayacağı ilə bağlı dəqiq şəkildə nəsə demək olmur. Ancaq ümumi olaraq görünən odur ki, Hindistan ştammı təhlükəlidir. Çünki hazırda Hindistanda yoluxma sayı dünyadakı bütün yoluxmaların yarısına bərabərdir, orada xəstələnmə və ölüm halları rekord həddə çatıb. Bu isə onu deməyə əsas verir ki, Hindistan ştammının yoluxuculuq qabiliyyəti həddindən artıq yüksəkdir”.
Bu fikirləri Publika.az-a Azərbaycan Həkimləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm deyib.
Həkim bildirib ki, əgər hind ştammının müalicə metodları və diaqnostika üsulları düzgün öyrənilərək tətbiq olunarsa, ölüm halı çox olmaz: “Görünən odur ki, Hindistan ştammının digərlərindən fərqi yoluxuculuq qabiliyyətinin və kantegiozluğunun çox olmasındadır. Ümumiyyətlə, bütün mutant viruslarda yoluxanlar xəstəliyi ağır keçirirlər. Hindistan ştammının Rusiyada, Türkiyədə də olduğu deyilir. Qonşu ölkələrdə varsa, yüz faiz bizdə də var. Sadəcə, hələ ki bu mutant virusla bağlı ölkəmizə diaqnostik testlər gətirilməyib, ona görə də indiki halda təyin edilmir. Onun ayrıca testləri var, onlar alınmalı və yoxlanılmalıdır”.
Ə.Rüstəmin sözlərinə görə, hər ştammın özünün xüsusi diaqnostik testləri və reaktivləri var. Xəstələnən şəxsin hansı ştamma yoluxması da həmin reaktivlərlə və laborator qaydada xüsusi müayinələrlə aşkar olunur.
Bildirilir ki, Hindistan ştammının sürətlə yayılması dünyada dördüncü dalğaya səbəb olacaq. Həkimin fikrincə isə Azərbaycanda hələ də birinci dalğa hökm sürür: “Bizdə hələ heç birinci dalğa bitməyib. Birinci dalğanın bitməsi üçün gündəlik yoluxma sayı 3-4 nəfər olmalıdır. Yəni yoluxma birrəqəmliyə düşməlidir. Bundan sonra isə yenidən qalxmalıdır. Ölkəmizdə isə bu hal olmayıb. Bizdə hazırda birinci dalğadır ki, davam edir və artır-azalır”.
Ə.Rüstəm qeyd edib ki, hazırkı vəziyyətdə vaksinasiya prosesi sürətlə davam etdirilməlidir: “Bizdə vaksinasiyanın sürəti qonşu ölkələrdən xeyli yüksəkdir. MDB-də də vaksinasiya prosesi ən yüksək səviyyədə və sürətli şəkildə məhz bizdə aparılır. Bu, çox sevindiricidir. Təklif edərdim ki, vətəndaşın yaşayış yerindən asılı olmayaraq, bütün istəyənlərə dərhal vaksin vurulsun. Yaxın dövr ərzində peyvəndlənməni tez bitirsək, hər şey yaxşı olacaq. Yayın sonuna, heç olmasa ilin sonuna qədər vaksinasiyanı tamamlamalıyıq”.
Qeyd edək ki, hazırda Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 1 456 114, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 953 545, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 502 569 təşkil edir. Bununla yanaşı, gündəlik peyvəndləmənin sayı aşağı düşüb. Təxminən 1 ay əvvəl gündə 34-35 min peyvənd vurulurdusa, hazırda bu rəqəm 15 mini ötmür. Bəzi günlərdə isə cəmi 400 vaksin vurulur.
Son günlər həm də vaksinasiya haqqında saxta arayışların pulla alınması ilə bağlı xəbər yayılıb. Rəsmi məlumata görə, artıq 14 həkim işdən azad edilib, bəziləri haqqında cinayət işi başlanıb.
Bəzi deputatlar və mütəxəssislər hesab edir ki, Azərbaycanda vaksinasiya ləng gedir və yaş həddini ləğv etmək və hətta artıq məcburi vaksinasiyaya keçməyə təklif edirlər.
Peyvəndlərin vurulma sayı niyə aşağı düşüb? Vaksinasiya könüllü və ya məcburi olmalıdır?
Milli Məclisin deputatı Fəzail Ağamalı “Turan”a bildirib ki, vaksinasiya sayının aşağı düşməsinin iki səbəbi var: “Biri insanlarımızın biganəliyi və bəzi hallarda sosial şəbəkələrdə vaksinlə bağlı yayılan yanlış məlumatlardır. Vətəndaşlarımızda yanlış məlumatlar var və üstünə biganəlik da gələndə xoşagəlməz mənzərə yaranır.”
Deputat hesab edir ki, digər vacib səbəb Səhiyyə Nazirliyinin, TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vətəndaşların arasında kifayət qədər maarifləndirmə işləri apamamasıdır: “Videoçarxların gündəmə gətirilməməsi, eyni zamanda bütün qurumlar tərəfindən vətəndaşlarımıza vaksinləşmənin vacib olduğunu sistemli olaraq təbliğ edilməməsidir. Bu iki səbəb bizdə vaksinləşmənin geniş miqyas almasına mane olur”.
Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda vaksinləşmə prosesi ləng gedir: “Burada ən məntiqli izah ondan ibarətdir ki, əlimizdə olan peyvəndlərin sayı çox deyil. Bunu həll etmək üçün peyvəndi ölkəyə tədarük etmək lazımdır. Peyvəndləməni sürətləndirmək üçün yeganə yol budur”.
Ekspert hesab edir ki, vaksinasiya məcburi aparılmamalıdır: “Bu məsələlər qanunvericilik bazasına uyğun olmalıdır. Bunu təklif edən deputatlar fikrini əsaslandırsın və bunu qanunvericilik şəklində çıxartmağa nail olsun”. Həkim hesab edir ki, peyvəndləmə prosesində yaş senzi ləğv edilməlidir, 18 yaşından yuxarı hamıya peyvənd vurulmalıdır.
Azərbaycanın Çinin “Sinovac” şirkətinə 9 milyon doza vaksin sifariş etdiyi açıqlanıb (4,5 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var). Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.
Hazırda yaşı 40-dan yuxarı olan şəxslərə peyvənd vurulduğu bildirilir. Vaksinasiya dövlət hesabına həyata keçirilir.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:30-04-2021, 09:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-04-2021, 09:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11