Uşaq bağçalarının dağ boyda problemləri: - çıxış yolu nədədir?
Bundan sonra uşaq bağçalarına qəbulun elektron şəkildə aparılacağı gözlənilir. Bakı Şəhər İcra Hakimiyyəti bağçalara qəbul prosesində baş verən neqativ halları aradan qaldırmaq üçün qəbulun elektronlaşdırılması işlərini artıq bu ilin sonuna kimi həyata keçirməyi planlaşdırıb.
İcra Hakimiyyətindən verilən məlumata görə, bu istiqamətdə işlər aparılır. Proseslə bağlı məlumatın bir neçə ay sonra veriləcəyi qeyd olunub.
Ümumiyyətlə, bağçalarla bağlı ölkədə hansı problemlər əhalini daha çox narahat edir? Mövcud problemlərin həlli hansı addımların atılmasını zəruri edir?
Mövzu ilə bağlı Lent.az -a açıqlama verən təhsil eksperti Kamran Əsədov bu sahədə olan ciddi problemlərdən bəhs edib. Dediyinə görə, hazırda ölkədə 1672 məktəbəqədər təhsil müəssisəsi və uşaq bağçası var: "Təəssüflər olsun ki, bu say məktəbəqədər təhsil müəssisələrinə getməli olan uşaqların hamısını tam əhatə etmir. 1672 uşaq baxçasında ümumi plan yeri 125 mindir. Bu da bağça yaşlı uşaqların yalnız 25 faizini əhatə edir. Bu, kifayət qədər az rəqəmdir. Bakıda 350-yə yaxın məktəbəqədər təhsil müəssisəsi var. Son illər ərzində Heydər Əliyev Fondu tərəfindən bu sahədə ciddi şəkildə təmir, tikinti-bərpa işləri aparılıb. Yeni bağçalar müasir standartlara cavab verir. Amma etiraf edək ki, burada tərbiyə və tədrislə məşğul olanlar arasında müasir bilik və bacarığa malik olanlar azdır".
2017-ci ildə Milli Məclis tərəfindən "Məktəbəqədər təhsil haqqında" Qanun qəbul edilidiyin xatırladan ekspertin sözlərinə görə, qanunun əsas tələblərindən biri o idi ki, bu təhsil müəssisələrində yalnız ali təhsili olan şəxslər çalışmalıdır: "Amma bizim bu müəssisələrdə çalışan 20 min müəllimin 40 faizi orta ixtisas təhsillidir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. 10 faizinin ümumiyyətlə, təhsili yoxdur”.
K.Əsədov bildirib ki, biz hələ də bağçanı təhsilin bir pilləsi kimi qəbul etmirik və bu da bu sahədəki problemlərin qaynağıdır: “Dünyada bu sahəyə ciddi yanaşılır və təhsilin birinci pilləsi məhz bağça illəri hesab olunur. İbtidai siniflərdə informasiya ona görə çoxdur ki, əslində onun müəyyən hissəsi bağçalara verilməli idi. Artıq müəyyən bilik və bacarıqlar formalaşmalı, ondan sonra uşaqlar ibtidai siniflərə girməlidir. Bağça sahəsində kadr problemi, qidalanma, təhlükəsizlik kimi ciddi problemlər var. Bağçalar ciddi şəkildə mühafizə olunmur. 1990-cı illərdə baş verən iqtisadi-sosial problemlərin fonunda bəzi bağçalar özəlləşdirildi, binaları söküldü, yerində başqa binalar tikildi. Bağçalar ən azından 70-80 faiz uşaqları əhatə etməlidir ki, məktəbə gedən uşaqlara ciddi təsir göstərsin. Uşaqlar fiziki və psixoloji baxımdan valideynlərindən kənar qalmağı, parta arxasında oturmağı nə qədər çox öyrənsələr, məktəbdə təhsilin keyfiyyəti o qədər güclü olacaq.
Məsələn, Finlandiya, Cənubi Koreya və Sinqapur kimi ölkələrdə bağça yaşlı uşaqların 100 faizi əhatə olunub. Ona görə də onlar təhsildə ilk yerlərdədilər. Bizdə isə cəmi 25 faiz uşaq valideyndən kənarda ağlamır, partaya öyrəşir, 4-5 dərs valideyndən uzaq qala, özünü idarə edə bilir”.
“Təəssüflər olsun ki, 2011-ci ildə qanunvericiliyə edilən dəyişikliyə görə uşaq bağçaları Təhsil Nazirliyindən alınaraq, icra hakimiyyətlərinə verildi” deyən ekspert, bu hadisədən sonra bağçalara işə qəbul prosesinin, eləcə də uşaqların qəbulunun qeyri-şəffaf formada həyata keçirildiyini bildirdi: “Düşünürəm ki, həm işə qəbulda, həm uşaqların qəbulu üçün vahid sistem olsa, bu sahə şəfafflaşar. Məktəbəqədər təhsil təhsilin başlanğıcı olduğu üçün necə başlasanız, elə də davam edəcək”.
Bakı Şəhər İcra Hakimiyyətindən isə Lent.az -a bildirildi ki, bağçalara işə qəbul Komissiya tərəfindən müsahibə yolu aparılır, amma işə qəbul etmək səlahiyyəti drektora məxsusdur.
Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin Lent.az -a dediyinə görə, bağçalar, məktəbəqədər təhsil sahəsində istər əhatəlilik, istərsə keyfiyyət baxımından problemlər var: “Məktəbəqədər təhsil müəssisələrinə birinci sinfə gedəcək uşaqların 17-20 faizi cəlb olunur. Orta məktəblərdə məktəbəhazırlıq kurslarının təsisi məktəbəqədər təhsil müəssisələrinin işini xeyli yüngülləşdirdi. Amma sırf məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalıdr. İkncisi, məktəbəqədər müəssisələrin tabeçilik məsələsi diqqəti cəlb edir. Biz təhsil sahəsi deyəndə bütöv bir sistem nəzərdə tuturuq. Təhsilin bu pilləsinin Təhsil Nazirliyinə tabe olmaması çox ciddi problemlər yaradır. Məktəbəqədər təhsil müəssisələri yerli icra orqanlarına tabe olması tərbiyə və təhsilin keyfiyyətinə də ciddi təsir göstərir. Çünki yerli icra hakimiyyətinin strukturlarında bu işlə məşğul ola biləcək insanlar ya yoxdur, ya da azdır" deyən E.Əliyev hesab edir ki, bu məsələnin həlli istiqamətində düşünmək lazımdır.
Dediyinə görə, bütün dünyada təhslin birinci pilləsi olan məktəbəqədər təhsilə çox böyük önəm verir. Hətta bir sıra ölkələr təhslin bu sahəsindəki əhatəliliyə görə fəxr edirlər. Ekspert bildirir ki, bu sahədə əhatəlilik Finlandiyada 95, Almaniyada 97, Belarusda, Qazaxıstanda 50 faizi ötüb. Məktəbəqədər təhsil ibtidai təhsilin varisidir. Bu pillədə uşaqlara ilkin tərbiyə, biliyin verilməsi birmənalı şəkildə özünü orta məktəbin birinci sinfində özünü göstərir: "Kurikulumların yazılmasında məktəbəqədər təhsil müəssisələri üzərində ciddi düşünmək lazımdır. Tabeçilik məsələsi həll olunmadıqca hansısa bir inkişaf gözləmək yersizdir. Məktəbəqədər təhsil haqqında qanun qəbul olundu. Amma bu məsələ orda müzakirə olunmadı. Göz görə-görə görürük ki, bu cür tabeçilik inkişaf yox, reqressiya yaradır. Ona görə də təhsil sisteminin tamlığı üçün bunun nazirliyə verilməsi vacibdir”.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Lent.az -a bildirib ki, uşaq bağçalarının hansı qurumun tabeliyində olması məsələsi "Məktəbəqədər təhsil haqqında" qanunla müəyyən olunmur: “Bu məsələ ölkə başçısının sərəncamı ilə müvafiq icra hakimiyyəti orqanı arasında müəyyən edilir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-05-2019, 17:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-05-2019, 17:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11