1003 Xocalı əsirini ermənilərin əlindən xilas edən əfsanəvi komandir:... - Allahverdi Bağırovun doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür. Bağırov Allahverdi Teymur oğlu 22 aprel 1946-cı ildə Ağdamda anadan olub.
O, orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Allahverdi Bağırovun məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdam komandasının qələbə qazanmasında böyük rolu olub.
A.Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünümüdafiə dəstələrinə yaxından köməklik edib.
1991-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun rəhbərliyi altında yaradılıb.
Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik batalyon “Vətən oğulları” adlanırdı. Qeyd etmək lazımdır ki, 1988-ci ildə Qarabağda ilk erməni aksiyaları başlayanda da azərbaycanlıların təşkilatlanmasında Bağırov qardaşlarının böyük xidmətləri olub.
1991-ci ildə Eldar Bağırov Bakıda baş tutan Ali Sovetin iclasından qayıdarkən, yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilib. Qardaşı Eldarın ölümündən sonra Allahverdi Bağırov batalyona rəhbərlik edib.
1992-ci ilin yanvarında Allahverdi Bağırovun rəhbərlik etdiyi tabor Naxçıvanlı kəndində uğurlu əks-hücum əməliyyatı həyata keçirib. Onun komandanlığı altında 150 nəfər döyüşçü hücuma keçərək, Əsgəran qalasına qədər irəliləyib, işğalçıların bütün canlı qüvvə və texnikasını məhv edib. Bu əməliyyat nəticəsində Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz müdafiə mövqeyi qurulub. Cəmisi iki saat çəkən əks-hücum əməliyyatı zamanı Allahverdi Bağırov özü döyüşçülərin önündə olub. Bu əməliyyatdan sonra o, “General Məhəmməd Əsədov” adına mükafata layiq görülüb.
Allahverdi Bağırovun hərbi uğurlarından biri də 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi uğrunda döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb.
Onun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidmətləri olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonundan 300 nəfər həlak olub. Allahverdi Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib.
Bu əməliyyatdan iki gün sonra iyunun 14-də Ağdama çağırılan Allahverdi Bağırovun maşını Naxçıvanlıdan geri qayıdarkən minaya düşüb.
Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il fərmanı ilə Allahverdi Bağırov “Qızıl Ulduz” medalı ilə təltif olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-04-2021, 08:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-04-2021, 08:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11