Onsuz da restoranlarda toy mərasimləri keçirilir - Kasıb-kusuba da icazə verin!
“Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı feysbuk hesabından status paylaşıb. Toylar barədə:
“Restoranlarda toy mərasimləri keçirilir. Girişdə qonaqlara mərasim zalında telefondan istifadə etməmək barədə qəti tapşırılır, əgər hansısa qonaq bir foto çəkərsə, paylaşarsa, toy restoran rəhbərliyi tərəfindən dayandırılır, qonaqlar çıxarılır, ofisiantlar qonaqlara foto çəkməyə imkan verib, deyə işdən azad edilir. Restoranların adlarını da bilirəm, amma "görəsən hansında olur?", deyə fikirləşməyə ehtiyac da yoxdur, bütün restoranlarda olur toy, səs desibli azaldılır deyə ətrafdan bilinmir. Belə də ki, düz edirlər toy edənlər, ordakı sıxlıq avtobusdakından çox olası deyil ki?!”
Sərt karantin tətbiq ediləndən, şadlıq sarayları bağlanıb toylara qadağa qoyulandan kənddə, şəhərdə - hər yerdə ailələrin kütləvi nişan, xınayaxdı, böyük və kiçik toy keçirdiklərinin şahidi oluruq. Bəli, polis duyuq düşəndə (və ya duyuq salınanda – M.R.) məclisi dağıdır. Cərimə olunan, inzibati cəza alan, kamera qarşısında ağzı maskalı, amma boynu bükük dayanan vətəndaşlarımızı da görürük. Ötən il bu vaxtlar belə hallar və görüntülər insanlarda “ar olmur da bu camaata, dünya virusdan “alışıb-yanır”, bizimkilər öz keflərindədi. Gözləyin də bir az” təpkiləri yağırdısa, indi vəziyyət dəyişib. Təpkilər də səngiyib. O səbəbdən ki, daha hamı karantindən bezdi. Karantindən əvvəl bəxti gətirib nişanlananlar bilmir çinliləri qarğasın, yoxsa “Pentaqon”u. Arada özümüzünüklərə də yetirlər. Baş qaxıncı isə əsasən avtobuslar və kafe-restoranlardı: avtobuslarda camaat bir-birinin belinə “minir”, kafelərdə, restoranlarda maskasız, qabaq-qənşər əyləşib nahar, şam edirlər, onda yoluxma olmur, elə bircə toyda olur?!”. İnsafən, haqsız da deyillər. Doğrudur, hazırkı şəraitdə insaf-mürvətdən yox, real vəziyyətdən baxmalıyıq duruma. Amma 1 ildən artıq karantin vəziyyətində olan ölkədə araşdırma aparılıbmı ki, yoluxmanın artmasına səbəb nədir? 1 ildir kütləvi yas mərasimləri keçirilmir, toylara da icazə yoxdur. Gizli-saxlı yaslar, toylar olur, amma belə məclislərdə iştirakçı sayı azdır. Əvvəlki kütləvilik yoxdur. Deməli, yoluxma sayının artmasında yas və toy məclislərinin payı çox kiçikdir. Elə isə 1 ildir toy gözləyənləri nəzərə alıb hansısa qaydalar çərçivəsində toylara icazə vermək olmazmı?
Mövzunu toylarla bağlı status yazmış sosioloq Lalə Mehralı ilə davam etdirdik. O, “Şərq”ə açıqlamasında 30-40 nəfərlik toy məclislərinə izacə verilməsinin tərəfdarı olduğunu dedi:
- Xalqın adət-ənənəsini bu qədər görməzdən gəlmək doğru deyil. Karantin illərlə davam edə bilməz. İnsanlar artıq tibbi maska taxmaqdan da beziblər, toy qadağasından da. Həmin statusu səbəbsiz yazmamışam. Tanışlardan, kənar adamlardan dəfələrlə eşitmişəm ki, kiminsə - istər qohum olsun, istər dost, rəfiqə, toyunda iştirak ediblər. Statusda qeyd etdiyim kimi, restorana daxil olanda mobil telefonları söndürməyi və istifadə etməməyi tapşırıblar. Toylara icazə olmadığından xəbərin yayılmasını istəməyiblər. Belə gizli toylar keçirilir. Bir halda ki, gizli şəkildə toy məclisləri təşkil edilir, kiçik həcmdə, 30-40 nəfərin iştirakı ilə, müəyyən qaydalara riayət olunmaqla toy məclislərinin keçirilməsinə icazə verilə bilər. Bəzi şərtlər, qaydalar tətbiq edilməklə toy qadağası qaldırılmalıdır. Çünki insanlar boğaza yığılıb, partlamaq dərəcəsinə gəliblər. Valideynlər övladlarının xeyir işini görmək istəyir. Övladlarından nigaran köçmək istəmirlər dünyadan. Ona görə də hətta cərimələri, cəzaları gözə alaraq toy edirlər. Xalqımızın adət-ənənəsi var. İnsanların bu adətlərdən qısa zamanda, 1 il içində əl çəkmələrini gözləmək absurddur. 30-40 nəfərin iştirakı ilə, masalar arası lazımi məsafə saxlanmaqla, masa ətrafında deyək ki, 5 nəfərin əyləşməsi şərti ilə keçiriləcək toylardan narahat olmamalıyıq. Narahatlıq gün ərzində saatlarla basabas, sərnişin sıxlığı yaşanan avtobuslarla bağlı yaşanmalıdır. İnsanlar avtobusda nəfəs-nəfəsə səyahət edir. Kafelərdə, restoranlarda saatlarla sıx məsafədə əyləşib nahar edirlər. Toylara qadağanı davam etdirməklə yoluxma sayında azalmaya nail oluna bilməz. Yoluxma sayının azalması üçün başqa variantlara baxmaq lazımdır.
L.Mehralı toy növbəsində dayananların az qonaq sayı ilə razılaşmayacağını da bildirdi:
- Hamımız bilirik ki, toylar həm də nəmər yığmaq fürsətidir. Elə adamlar var, illərlə qohum, dost-tanış toyunda iştirak edib, nəmər salıb, indi də övladına toy edib verdiklərini toplamaq istəyir. Təəssüf ki, bu da bizim “adət-ənənəmiz”dir. Əlbəttə, belələri 30-40 nəfərlik toy məclisi ilə razılaşmayacaq. Ürəklərindən olmayacaq. Lakin elə ailələr var kiçik, orta həcmli toya razıdırlar, təki rəsmi icazə olsun. Hesab edirəm ki, hökumət bunu nəzərə almalı və toy qadağası qaldırılmalıdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-04-2021, 13:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-04-2021, 13:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11