Bürclər- 12 aprel
Qoç - Can atdığınız məqsədə çatmaq üçün çox iş görməli olacaqsınız. Rəqiblərlə mübarizədən qalib çıxacaqsınız. Lakin unutmayın ki, itkilər qaçılmazdır. İşdə rəhbərliklə ciddi söhbət, mübahisə, fikir ayrılıqları ola bilər. İş yerini dəyişmək barədə fikirlərin yaranması istisna deyil. Hələlik bu istiqamətdə heç bir konkret addım atmayın. Maraqlı və sərfəli təklifləri gözləyin.
Günün ikinci yarısında yaxınlarınız sizi bütün işlərdə dəstəkləməyəcəklər. Özünüzə qapılmayın, bədbin olmayın. Nikbin davranın, aktiv olun.
Buğa - Çoxları diqqətinizi cəlb etməyə çalışsa da, işdən yayınmayın. Danışdığınız insanları anlamağa çalışın. Boş söhbətlərə, mənasız müzakirələrə qatılmayın. Romantik, işgüzar və ya dostluq müstəvisində yeni münasibətlər başlana bilər.
Atdığınız addıma, qəbul etdiyiniz qərara görə heyfsilənməyin. Daha təcrübəli, amma sizinlə müqayisədə özünə və qüvvəsinə daha az inanan rəqiblərinizi üstələyə bilərsiniz.
Günün ikinci yarısı ailə üzvlərindən birinin probleminin həlli, birgə fəaliyyət üçün yaxşıdır. Hamı üçün maraqlı məşğuliyyət düşünün. Səfərə yollanmaq, alış-veriş etmək olar.
Yeni bilik, informasiya və məlumatlar əldə etmək üçün əlverişli zamandır.
Əkizlər - Asan yollar, ani qələbələr aramayın. Əks təqdirdə məqsədə çata bilməyəcəksiniz. Seçdiyiniz marşrutlar keşməkeşli, çətin ola bilər. Usanmayın, durmayın, irəliləyin. Məhz bu səbəbdən bədxahlar yolunuzda sədlər və maneələr yarada bilmirlər.
Uzunmüddətli əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi, yeni iş yeri axtarmaq, ezamiyyət, təhsildə yaranmış problemləri həll etmək üçün əlverişli zamandır.
Maliyyə məsələlərində ehtiyatlı olun, alış-verişdə bədxərclik etməyin. Hansısa əşyanı almağı təklif edən adamın təkid və israrlarına fikir verməyin. Bu əşya sizə gərək deyil.
Xərçəng - Soyuqqanlı və məntiqli davranmaqla bir çox məsələlərin öhdəsindən gəlmək olar. Qətiyyətli, iradəli, inadkar olun. Hüquq və maraqlarınızı qoruyun. Bəzi məsələlərdə ifrat səbirli olsanız, uduza bilərsiniz. Hansısa şübhəli, yaxşı tanımadığınız və bələd olmadığınız insanlara görə maraqlarınızı qurban verməyin. Yaxın ətrafdakı insanlar barədə düşündüklərinizi deyə bilərsiniz. Ədalətli və qərəzsiz olun.
Günün ikinci yarısında yaxınlarınız sizi sərt tənqid edəcəklər. İnciməyin, deyilən sözlərdə faydalı ola biləcək ünsürlərə fikir verin və davranışınızda düzəlişlər edin.
Şir - Qarşınıza qoyduğunuz məqsədlər pis deyil, lakin onlara çatmaq üçün seçdiyiniz vasitələr o qədər də yaxşı deyil. Bütün bunlar münasibətlərdə ciddi problemlər yarada bilər. Kəskin zərurət və ehtiyac olmadan hiyləgərlik etməyin. Dedi-qodu yayanlar və intriqaçılardan mümkün qədər uzaq durun. Nüfuzunuzu göz bəbəyi kimi qoruyun.
Günün ikinci yarısında yaşlı qohumlarla ünsiyyət üçün vaxt tapın. Onlar uzaqda yaşamırlarsa, görüşmək üçün səy göstərin. Ailə üzvlərindən biri ilə bağlı xoş xəbər alacaqsınız.
Qız - Yaxın ətrafınızdakı insanların işlərinə gərək olduğundan artıq müdaxilə etməyin. Əks təqdirdə sizi sərtlik və aqressivlikdə suçlaya bilərlər. Bu gün nə qədər sayıq, soyuqqanlı və məntiqli olsanız, bir o qədər yaxşıdır. Maraqlı məlumatlar, informasiyalar olacaq. Dəqiq informasiya axtarırsınızsa, daha fəal davranın.
Günün ikinci yarısı fiziki əmək üçün əlverişlidir. Əhvalınız yaxşılaşacaq. Səfər və ya səyahətə yollana bilərsiniz.
Axşam saatlarında normal istirahət edin.
Tərəzi - Darıxmağa vaxt və imkan qalmayacaq. Maraqlı və faydalı işlər arayın. Yeni planların hazırlanmasında, onların tərtibatında təxəyyülünüzü işə salın. Yaxın ətrafınızdakı insanlar əhvalınızı yaxşılaşdıracaqlar. Melanxoliya və ya bədbinliyə qapılsanız, pozitiv məcraya mümkün qədər tez qayıtmağa çalışın.
İşgüzar fəaliyyət sahəsində yeniliklər və dəyişikliklər, anlaşma və sövdələşmələr üçün pis gün deyil.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərdə diqqətli olun. Köhnə rəqiblər və bədxahlar sizə dost olmayacaqlar. Amma onlar neytral mövqe tutaraq planlarınızı həyata keçirməyə maneələr yaratmayacaqlar.
Əqrəb - Gün ərzində yaranan kiçik problemlər əhvalınızı poza bilər. Lakin çətinliklərin ağır fəsadları olmayacaq. Hansısa iş alınmayanda, planlar dəyişəndə, görüşlər təxirə salınanda əhvalınızı pozmayın, bədbinliyə qapılmayın. Yaşananlar normal prosesdir.
Maliyyə məsələlərində vəztiyyət qəlizdir. İtkilər büdcənizə ağır zərbələr vuracaq.
Günün ikinci yarısında diqqətli və sayıq olun. Yaxınlarınızla təmaslarda həssas davranın.
Oxatan - Xoş süprprizlər və müsbət dəyişikliklər vəd edən gündür. Hər şey gözlədiyinizdən də yaxşı ola bilər. Bir qədər əvvəl başladığınız işləri tamamlayın. Yeni planların reallaşdırılmasına başlamaq olar. Yardım və dəstək aramayın, problemlərin öhdəsindən təkbaşına gəlin.
Yaxşı gəlir əldə edə bilərsiniz. Uğurlu anlaşmalar şansı var.
Günün ikinci yarısında əməl və ya qərarlarınızda ardıcıl olmasanız, yaxınlarınızda narahatlıq yaranacaq. Onlar sizə görə təlaşlana bilərlər. Hansısa səhvlərə yol versəniz belə, narahat olmayın - hər şey yaxşı sonuclanacaq.
Oğlaq - Müttəfiq və tərəfdaşın düzgün seçimi uğurun yarısıdır. Gün sizə ciddi irəliləyiş vəd edə bilər. Lakin sizə yardım etməyə və dəstək göstərməyə hazır insanlar yanınızdadırlar. İşdə fikir ayrılıqları yarana bilər. Konstruktiv diskussiyanın irad və iddialar mübadiləsinə çevrilməsinə imkan verməyin.
İşgüzar maraqları şəxsi münasibətlərdən ayırın.
Arzularınızdan biri günün ikinci yarısında çin ola bilər. Uğura doğru əhəmiyyətli addım atmaq üçün şansı əldən verməyin.
Dolça - Yaranan problemləri çətinlik çəkmədən həll edə bilərsiniz. Zahirən asan görünən irəliləyiş və ya uğurların arxasında uzunmdüdətli, inadkar işin durduğunu nümayiş etdirməyin. Maraqlı işgüzar təkliflər ala bilərsiniz.
İşdə rəhbərlik bacarıq və xidmətlərinizi qismən də olsa, görəcək. Yaxşı gəlir əldə edə bilərsiniz. Əldə edilən məbləğin bir qismini alış-verişə sərf etmək olar.
Günün ikinci yarısında vaxtınızı dostlarla keçirə bilərsiniz. Qonaq qəbul etmək, qonaq getmək olar.
Balıqlar - Ötən həftənin sonlarında yaranmış məqsəd və planlara qayıtmaq olar. Həmin planlar hansısa səbəblər ucbatından reallaşmayıbsa, onları bütünlüklə unutmayın. İndi situasiya dəyişib. Kiçik də olsa, irəliləyişlər var. Qətiyyətli olun, aktiv çalışın. Müsbət təmayüllərin təsiri artır. Necə hərəkət etməklə bağlı baş sındırmağa dəyməz. İntuisiyanın siqnalları dəqiq, vaxtındadır.
Yaxınlarınızla münasibətlərdə həssas olun. Ötənlərin münaqişə və fikir ayrılıqlarını unudun. Yeni tanışlıqlar istisna deyil. Günün ikinci yarısında qarşılaşacağınız insan barədə ilkin təəssürata inana bilərsiniz.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-04-2021, 00:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-04-2021, 00:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11