"Azərbaycan minalanmış ərazilərin xəritələrini Rusiyadan tələb etməlidir" - Hüquqşünas
Ermənistanla Azərbaycan arasında 44 günlük müharibə bitdikdən sonra işğaldan azad edilmiş bölgələrin minalardan təmizlənməsi prioritet məsələlərdən biridir. Azərbaycan Minalardan Təmizləmə Agentliyinin (ANAMA) tərkibi genişləndirilib, qurum yeni texnika və heyətlə təmin edilib. Hazırda agentliyin əməkdaşları azad edilmiş ərazilərdə gərgin iş aparırlar.
Qeyd edək ki, Azərbaycan bu məsələdə öz müttəfqi Türkiyədən ciddi dəstək alır. İlin əvvəlindən Azərbaycana minatəmizləyən heyət, müasir texnika və avadanlıqlar gətirilərək prosesə cəlb olunub.
Görülən işlərə rəğmən, Qarabağda mina partlayışları qurbanlarının sayı hər gün artır. Bu günə qədər xeyli sayda hərbçi və ərazilərə daxil olmuş mülkü vətəndaşlar həlak olub və yaralanıblar.
Azərbaycan Ermənistandan minalanmış ərazilərin xəritələrinin verilməsini tələb edir. Bu məsələ diplomatik qurumlar tərəfindən beynəlxaq təşkilatların qarşısında qaldırılıb, o cümlədən, üçtərəfli danışıqlarda gündəmə gətirilib. Amma Ermənistan rəhbərliyi şərtlər irəli sürərək xəritələri verməkdən imtina edir.
Hüquqşünas Qulahmhüseyn Əlibəyli bildirir ki, işğal olunmuş ərazilərin minalanması və minalanmış ərazilərin xəritəsinin Azərbaycan tərəfinə verilməməsi beynəlxalq hümanitar hüququn norma və prinsiplərinin kobud formada pozulması, dinc mülki əhaliyə qarşı yönələn müharibə cinayətidir.
Onun sözlərinə görə, Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməklə mülki əhalini daha çox məhv etmək, işğaldan azad olunan ərazilərimizə abadlaçdırılmasına və yenidən tikilməsinə mane olmaq, dinc əhalinin qayıdışı prosesini uzatmaq və çətinləşdirmək məqsədi güdür.
"Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi nəticəsində hərbi əməliyyatlar başa çatdıqdan sonra da həmin minaların partlaması nəticəsində mülki əhalinin həlak olmasına görə Ermənistan rəsmiləri beynəlxalq hüquqi məsuliyyət daşıyır",-deyə hüquqşünas vurğulayıb.
Q. Əlibəyli minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsinə görə Ermənistana beynəlxalq təzyiqlər olmamasına da diqqət çəkib: "Hərbi əməliyyatların dayandırılmasında və 10 noyabr bəyanatının imzalanmasında vasitəçi olmuş Rusiya da bu məsələdə heç bir iş görməyərək, mandatından kənara çıxan hərəkətlər edir, özünün ikibaşlı oyununu oynayır. Minalanmış ərazilərin xəritələrinin Ermənistandan alınması məsələsi ilk növbədə Rusiyadan rəsmən tələb edilməli. Rusiyanın sülhməramlı adı ilə işğal olunmuş ərazilərmizin bir hissəsində yerləşdirilmiş hərbi qüvvələri həmin ərazilərin xeyli hissəsinin minalardan təmizləndiyini bildirirlər. Bu təmizlənmə işləri Azərbaycanın azad edilmiş ərazılərində də tezliklə həyata keçirilməlidir".
Paylaş:
Müəllif : Fuad
Tarix:8-04-2021, 19:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-04-2021, 19:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26