Küçəyə atılan tibbi maskalar bizi necə yoluxdurur? – “Maksimum 4-6 saata...”
Son günlər ölkədə tibbi maskalardan istifadə ilə bağlı xoşagəlməz hallar müşahidə olunur. Belə ki, insanlar ya maskalardan düzgün istifadə etmirlər, ya da istifadə edib yerə atırlar. Küçələrdə bu cür maskaların sayı günü-gündən çoxalır.
Milli Məclisin deputatı Azər Badamov bununla bağlı Sfera.az-a açıqlamasında bildirib ki, qeyd edilən hallara görə hazırda gündəlik yoluxmalar iki min ətrafındadır:
"Son günlər təəssüf ki, koronavirusa yoluxma halları çoxalıb. Buna səbəb kimi insanların pandemiyaya qarşı mübarizədə müəyyən olunmuş tədbirlərə riayət etməsi ilə bağlı ciddiliyin azalmasında görürəm. Birinci növbədə, son vaxtlar insanlar tibbi maskalardan istifadə qaydalarına əməl etmirlər. Ya uzun müddətli eyni maskadan istifadə edirlər, ya da normal şəkildə taxmırlar, çənələrinə taxmaqla kifayətlənirlər. Belə hallar olduğu üçün gündəlik yoluxmalar iki min ətrafındadır. Yoluxmaların sayının artması da cəmiyyət üçün Covid-19 təhlükəsini artırır, insanların dünyasını dəyişməsinə gətirib çıxarır. Bunun baş verməməsi üçün müəyyən olunmuş qaydalara ciddi riayət etməliyik”.
Deputat tibbi maskadan istifadədə ciddiliyin təmin olunması üçün cərimələrin yenidən artırılmasını çıxış yolu kimi görmədiyini deyib: "Bunun üçün ancaq nəzarət tədbirləri gücləndirilməlidir. Müəyyən qurumlar tərəfindən küçədə, ictimai yerlərdə və qapalı məkanlarda insanların tibbi maskadan istifadə qaydalarına nəzarət olunmalı, qayda pozuntusu aşkar edildikdə, ona qarşı dərhal nəzərdə tutulmuş inzibati cəza tətbiq edilməlidir. Son günlər dövlətimiz də humanist addımlar atır və məsələ insanların öhdəsinə buraxılır. Amma sərbəstlik yaranan kimi insanlar öz istədiklərini etməyə, qaydaları pozmağa başlayırlar, bu da yolverilməzdir. Pandemiya bizimlə paralel yaşayır, hər an hər bir şəxs üçün təhlükə mənbəyidir. Bir insanın tibbi maskanı düzgün taxmaması həm özünün, həm də cəmiyyətin digər üzvlərinin yoluxmasına yol açır”.
İnfeksionist, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə isə saytımıza açıqlamasında məsələnin tibbi tərəflərinə toxunub. O, bir daha vurğulayıb ki, infeksiyaya qarşı mübarizədə profilaktik tədbirlər arasında sosial məsafə, özünütəcrid, əllərin təmiz saxlanması ilə yanaşı, maskaların da taxılması vacibdir:
"Çünki virus insandan insana hava yolu ilə keçir. Maska bu günün işi deyil, illərin elmi nəticəsində istehsal edilən bir vasitədir. Hələ keçən əsrin əvvəllərində qrip pandemiyası zamanı insanlar maska taxırdılar. Maska özünü qorumaq və qarşıdakı şəxsin yoluxdurmamaq tədbiridir. Son zamanlar insanlarda arxayınlıq yaranıb, sanki pandemiya yaddan çıxıb. Demək olar ki, şəhərdə maska taxmayan insanlar kifayət qədərdir. Yaxud, insanlar polisin cəriməsindən çəkindiklərinə görə maskanı çənəsində gəzdirirlər.
Digər tərəfdən insanlar maskaları günlərlə istifadə edirlər. Belə olan halda, maskalar daxildən və xaricdən çirklənir. Təkrar, uzun müddət istifadə düzgün deyil. Maska taxırıqsa, onun çöl hissəsi çoxsaylı virus və bakteriyalarla bioloji cəhətdən , daxili hissəsi isə, ağız və burun suyu ilə çirklənir. İnsanın ağız və burnunda şərti-patogen bakteriyalar var”.
Mütəxəssis qeyd edib ki, cərrahi maskaların istifadə müddəti maksimum 4-6 saatdır: "Maskalar istifadə olunandan sonra bioloji cəhətdən təhlükəli ola bilər. Tutaq ki, insan evdən çıxıb şəhərə gəldi, artıq evə qayıdanda həmin maskanı aparmaq lazım deyil. Qaldı ki, maskaların küçəyə tullanmasına, yanlışdır. Maska onsuz da çirklənmiş vasitədir. Onu sellofan içərisinə qoyub tullantı yerinə atmaq lazımdır. Maskaları yerə atmaqla küçələri də bioloji olaraq çirkləndiririk”.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-03-2021, 15:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-03-2021, 15:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11