“Peyvəndləmə prosesi bir neçə il çəkəcək” - Diqqət!
Koronavirusdan qorunmada tibbi maska, tibbi spirt və sosial məsafə əsas şərtlər sayılsa da, problemin köklü həllində peyvəndləmə daha vacib rol oynayır. Artıq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiqlədiyi peyvəndlərin bir çoxu dünya ölkələri tərəfindən istifadə edilir. Lakin peyvəndlərin nə qədər dozada hazırlandığı, hər ölkəyə nə qədər doza lazım olacağı kimi məsələlər hələ aydın deyil.
Bu səbəbdən də bəzən peyvəndi ehtiyac olandan çox, ya da ehtiyacdan az alan ölkələr var. Bu kimi hallar gələcəkdə bir çox problemə səbəb ola bilər. Peyvəndin dövlət hesabına alınması və əhalinin pulsuz istifadəsinin ölkə iqtisadiyyatına da təsirsiz ötüşməyəcəyi ehtimal olunur.
Tibb eksperti, həkim-terapevt Rasif Bağırovun AYNA-ya dediyinə görə, peyvənd almaq prosesi ölkələrin iqtisadiyyatından və eyni zamanda peyvəndi istehsal edən ölkənin çatdırılması prosesindən asılıdır: “Burada söhbət ondan gedir ki, ölkənin vaksin almaq məsələsi ilk olaraq həmin ölkənin iqtisadiyyatından asılıdır. Digər tərəfdən isə vaksini istehsal edən ölkənin onu çatdırması məsələsindən asılıdır. Bəzi ölkələrdə, məsələn, Avropa ölkələrində, Almaniyanın özündə vaksini Afrika ölkələrinə çatdıra bilmədilər. Yeni növ koronavirusa qarşı hazırlanan peyvəndə təlabat o qədər çox oldu ki, bəzi ölkələrə vaksin çatdıra bilmədilər”.
Həmsöhbətimiz deyib ki, bütün dünyanı vaksinlə təmin etmək üçün milyardlarla doza vaksin tələb olunur: “Əlbəttə ki, onu çatdırmaq çətin olur. Ona görə də, hələlik nə qədər mümkündürsə, o qədər proses gedir. Təbii ki, birdən-birə bütün dünyanı vaksinlə təmin etmək çətindir. Mən bilən, vaksinasiya prosesi bir neçə il çəkəcək”.
“Hələlik vaksinlərə münasibətdə də müəyyən anlaşılmaz söhbətlər gedir. Əvvəl dedilər ki, “Astrazeneca” vaksini müəyyən problemlər törədir, sonra məlum oldu ki, problem xəstənin özündə imiş, vaksinlə əlaqəsi yox imiş. Bunların hamısı dəqiqləşdirilir. Hazırda Rusiyanın “Sputnik V” və Çinin istehsal etdiyi bir neçə vaksindən istifadə olunur. Çinin istehsal etdiyi vaksinlərdə ola bilər ki, peyvənd olunan günün səhərisi xəstə təzədən virusa yoluxsun, lakin xəstəliyi yüngül keçirsin”, - həkim bildirib.
Bağırovun sözlərinə görə, peyvəndin ən yaxşı cəhəti odur ki, kütləvi xəstələnmənin qarşısını alır: “Peyvənd əhali arasında kifayət qədər istifadə edilsə və eyni zamanda əhali də müəyyən qoruyucu tədbirlərdən istifadə etsə, Azərbaycan kimi balaca ölkədə virusun qarşısını almaq olar. Bunları etmədikdə isə təbii ki, virusa yoluxma halları davam edəcək”.
İqtisadçı ekspert Akif Nəsirli AYNA-ya şərhində deyib ki, xaricdən peyvəndin az və ya çox alınması iqtisadiyyatımıza hər hansı mənfi təsir göstərə bilməz: “Peyvəndin alınması və əhaliyə pulsuz vurulmasının iqtisadiyyata təsiri elə də çox deyil. Vaksin o qədər də baha məbləğdə olmadığına görə, peyvəndin normadan az, yaxud çox alınması iqtisadiyyata ciddi təsir etmir. Bu səbəbdən də o, Azərbaycan büdcəsində hər hansı bir çatışmazlıq yarada bilməz”.
“Amma bu məsələnin əhalinin sağlamlığına təsir edən tərəfləri var. Biz vaksini az alsaq, sözsüz ki, əhalinin yalnız az bir qismini peyvəndləmə prosesinə cəlb edəcəyik. Bu halda da pandemiyanın qarşısının alınması prosesi uzanacaq”, - deyə ekspert vurğulayıb.
Nəsirli qeyd edib ki, əgər peyvəndi bizə lazım olan miqdardan çox alsaq, bu zaman da bu sahə üzərində biznes qurmaq mümkündür: “Azərbaycan hökuməti vaksini çox alsa, hazırda vaksinə əli çatmayan ölkələr var ki, əlimizdəki vaksini həmin ölkələrə sata bilərik. Beləliklə, bu sahə üzərində biznes qurmaq mümkündür. İqtisadi baxımdan peyvəndin alınması üçün ayrılan büdcə baxımından Azərbaycan iqtisadiyyatına önəmli təsirləri olan deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-03-2021, 09:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-03-2021, 09:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26