Bill Geytsdən normal həyat proqnozu – “2022-ci ilin sonunda”
“Microsoft” şirkətinin həmtəsisçisi və xeyriyyəçi Bill Qeyts deyir ki, dünya COVID-19 vaksinlərinin köməyilə 2022-cı ilin sonunadək normal vəziyyətə qayıda biləcək.
Polşanın “Gazeta Wyborcza” qəzetinə və TVN24 televiziyasına danışan Qeyts qeyd edib ki, koronavirus pandemiyası inanılmaz faciədir və yeganə ümid sürətlə hazırlanmış peyvəndlərə çıxışın əldə olunmasıdır.
“2022-ci ilin sonuna biz tamamilə normal vəziyyətə qayıtmalıyıq”, – Qeyts martın 24-də deyib.
Milyarder Qeyts 2014-cü ildə “Microsoft” Korporasiyasının rəhbərliyindən gedib. O deyir ki, hələ 2015-ci ildə dünyaya qlobal pandemiyanın mümkünlüyü ilə bağlı xəbərdarlıq etmişdi.
“Mənim kimi adamlar xəbərdarlıq edib deyirdilər: risk var, az pula hazırlaşıb problemdən yayınmaq olar. Təəssüf ki, bu sərmayələr vaxtında qoyulmadı”, – Qeyts vurğulayıb.
O, Bill və Melinda Qeyts Fondu xeyriyyə təşkilatı vasitəsilə COVID-19 pandemiyasına qarşı mübarizəyə azı 1.75 milyard dollar xərcləyib, bəzi vaksin istehsalçılarını, diaqnostikanı, potensial müalicə yollarını dəstəkləyib.
COVAX təşəbbüsünün məqsədi isə 2021-ci ilin sonunadək azgəlirli ölkələr üçün iki milyard doza vaksin təmin etməkdir.
Saxta xəbər kampaniyası Qeytsi dünyanı nəzarətə almaqdan ötrü pandemiyanın arxasında durmaqda suçlayıb. Milyarder isə deyir ki, xüsusilə çətin zamanlarda adamlar əziyyətləri arxasında sadəcə bir, iblisanə səbəbin durduğunu daha asanlıqla düşünürlər və belə nəzəriyyələr sosial media vasitəsilə sürətlə yayılır.
Qeyts belə yalanların təhlükəsilə bağlı xəbərdarlıq edib. “Faciəvi haldır, kimsə konspirologiya qorxusundan maska taxmır, yaxud peyvənd olunmaq istəmir”, – o deyib. Ötən ay milyarderin “İqlim fəlakətini necə önləməli” adlı kitabı çıxıb. Müəllif bəşəriyyətə xəbərdarlıq edir ki, iqlim fəlakətindən yayınmaq üçün 2050-ci iləcən atmosferə buraxılan istixana qazlarının səviyyəsi sıfırlanmalıdır. (azadliq.org)
Paylaş:
Müəllif : Fuad
Tarix:25-03-2021, 16:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-03-2021, 16:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11