ƏFVİN İCRASINDAN TƏSİRLİ ANLAR... - Göz yaşları sevincdən axdı + VİDEOLAR (Yenilənib)
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2, 4 və 17 saylı cəzaçəkmə müəssisələrində icra olunub.
“Report” xəbər verir ki, 2 saylı cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 34 nəfərə şamil olunub.
Tədbir zamanı Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov, hüquq müdafiəçisi Səadət Bənənyarlı 20 məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıb. Sərəncama əsasən, 14 məhkumun cəzası isə yarıya endirilib.
Azadlığa çıxan şəxslərdən ikisi - Kamerun və Qazaxıstan vətəndaşlarıdır.
Eyni zamanda qadın məhbusların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 12 nəfərə şamil olunub.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, A.Sabitova, O.Qasımov və S.Bənənyarlı 11 məhkuma arayışlar təqdim edib və onlar azadlığa buraxılıb. Sərəncama əsasən, bir qadın məhkumun cəzası isə yarıya endirilib.
Bundan başqa, 17 saylı cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 13 nəfərə şamil olunub.
A.Sabitova, O.Qasımov və S.Bənənyarlı 11 məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıb. Sərəncama əsasən, 2 məhkumun cəzası isə yarıya endirilib.
Azadlığa çıxanlardan üçü - Əfqanıstan, Gürcüstan və İran İslam Respublikasının vətəndaşlarıdır.
Əfv olunmuş şəxslər Prezident İlham Əliyevə təşəkkür ediblər.
"Novruz bayramı günlərində əfv olunmağım mənim üçün neçə qat bayram deməkdir. Çünki uzun illərdir işğal altında olan torpaqlarımızın azad olunmasından sonra ilk Novruz bayramını qeyd edəcəyik".
Bunu "Report"a açıqlamasında əfv olunaraq 6 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Füzuli rayonunun Alxanlı kənd sakini Vüsal Qurbanov deyib.
V.Qurbanov əfv olunduğu üçün dövlət başçısına minnətdarlığını bildirib:
"Artıq Qarabağımız da, doğulub boya-başa çatdığım Füzuli rayonu da, mən də azadam. Bu şad günlərdə əfv olunmağım mənim daha böyük sevincimə səbəb olub. Bu sevinci bizə yaşatdığına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz dərin təşəkkürümü bildirirəm"
[media=Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam ümumilikdə 625 nəfərə şamil olunub. Martın 19-u səhər saatlarından etibarən Prezidentin əfv sərəncamı icra edilib. *** Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası həyata keçirilib. Sərəncam ümumilikdə 625 nəfərə şamil olunub. 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər isə cəzadan azad edilib. Baku TV-nin əməkdaşları əfv olunma prosesini lentə alıb. Məhkumların yaxınları və ailə üzvləri ilə görüşü təsirli olub. Həmin süjeti təqdim edirik:]
Paylaş:
Müəllif : Fuad
Tarix:19-03-2021, 20:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-03-2021, 20:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01