Konstitusiya Məhkəməsi prokurorun səlahiyyəti ilə bağlı məsələni şərh edib
Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.
“Report” xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 21-ci və 27-ci maddələrinin bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri R.Rzayevin və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri K.Paşayevanın, mütəxəssislər - Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Q.Babayevin, Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin tələbləri baxımından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci, 54.3-cü və 54.6-cı maddələrinin hazırda qüvvədə olan redaksiyasına müvafiq olaraq, prokuror öz təşəbbüsü ilə başlanmış, həmçinin yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işin baxılmasında iştirak edib-etməməsindən asılı olmayaraq, həmin iş üzrə qəbul edilmiş qərardan məhkəməyə protest vermək hüququna malikdir.
Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi məsələlər nəzərə alınsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Qeyd edək ki, “Prokurorluq haqqında” qanunun 4-cü maddəsinə əsasən, prokurorluğun fəaliyyət istiqamətlərinə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul etmək də aiddir.
İXM-nin 54.3-cü maddəsinə əsasən, prokuror, inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-03-2021, 21:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-03-2021, 21:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11