Britaniya şirkəti Qarabağda bu məlumatları Türkiyə kəşfiyyatına ötürüb - Ermənilərdən şok iddia
“Müharibə zamanı düşmən minalanmış ərazilərin "HALO Trust" şirkəti tərəfindən ötürülmüş xəritələrindən istifadə edib”.
Bu haqda Azərbaycan torpaqlarındakı qondarma separatçı-terrorçu rejim başçısının xüsusi tapşırıqlar üzrə nümayəndəsi Boris Avakyan “24News”-a danışıb.
“Qarabağda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Böyük Britaniya şirkəti "HALO Trust" Türkiyə xüsusi xidmət orqanlarına minalanmış ərazilərin xəritəsini təqdim edib ki, bu da 44 günlük savaş ərzində Azərbaycan ordusuna “Qarabağ “müdafiə ordusu” tərəfindən minalanmış əraziləri uğurla aşmasına imkan verib. Etibarlı mənbələrdən öyrəndim ki, bir xeyriyyə təşkilatı örtüyü altında fəaliyyət göstərən və minaların təmizlənməsi ilə məşğul olan “HALO Trust” şirkəti Qarabağda işləyərkən erməni tərəfindəki minalanmış ərazilərin xəritələrini alaraq Türkiyə xüsusi xidmət orqanlarına təhvil verib. Bunun sayəsində müharibə zamanı düşmən minalanmış ərazilərdən uğurla keçə bilib. Təhlükəli zonaları öyrənmək adı altında bu şirkət Qarabağ ərazisində kəşfiyyat işləri aparıb”- deyə B.Avakyan bildirib.
P.S. Sözsüz ki, ermənilərin bu məlumatı yalandır. Çünki əgər bu həqiqət olsaydı, ordumuz işğaldan azad olunmuş ərazilərdəki minalanmış sahələrin yerini bilər və müharibədə atəşkəs elan olunduqdan bəri neçə-neçə hərbçimiz və mülki vətəndaşlarımız mina partlayışından həyatını itirməz və şikəst olmazdı...
Xatırladaq ki, "Halo Trust" 1995-1996-cı illərdən Azərbaycanın işğal altındakı ərazilərində mina təmizləmə adıyla qanunsuz fəaliyyət göstərən Britaniya-ABŞ qeyri-kommersiya təşkilatıdır... /Moderator.az
Paylaş:
Müəllif : Fuad
Tarix:11-03-2021, 20:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-03-2021, 20:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11