“Sərt karantin yox, qaydaları sərtləşdirmək...” - həkimlərdən COVID-19 xəbərdarlığı
Son günlər Azərbaycanda COVID-19-a yoluxma sayında artım müşahidə edilir. Əvvəlki sərt karantin rejimləri ərəfəsində də bu tendensiya hiss olunurdu. Mütəxəssislərə görə ki, bu temp qalarsa, yəqin ki, yenidən məhdudlaşmaya gediləcək.
Həkimlər isə yenə keçən ilin dekabrındakı rəqəmlərə dönə bilərik deyə, narahatlıqlarını bildirirlər. Bu isə yenə gündəlik minlərlə yoluxma, onlarla ölüm, dolu xəstəxanalar deməkdir.
Nəzərə alsaq ki, qarşıdan Novruz bayramı gəlir, qonaq getmək kimi ənənələrimiz də real təhlükədən xəbər verir.
Novruz bayramı günlərində rayonlara gediş-gəliş necə tənzimlənəcək, məhdudiyyətlər olacaqmı? Sərnişin avtobusları işləyəcəkmi? Hazırda insanların ünvanladığı suallar isə əsasən bunlardı.
Bununla belə, son günlər yoluxma sayının artması səbəbindən xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi gözlənilir. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın yaxın günlərdə qərar verəcəyi barədə mediada məlumatlar da yer alıb. Bəs görəsən, ölkədə peyvəndləmənin gedişi nə yerdədir? Vaksin hər kəsə çatacaqmı? Peyvəndləmə zamanı pasiyentlərin çəkisi nəzərə alınırmı, yoxsa hamıya eyni doza vaksin tətbiq edilir?
Azərbaycanda indiyədək 363 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
Yeri gəlmişkən, martın 4-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 26 min 601 nəfər vaksinasiya olunub. Yanvarın 18-dən hazırkı dövrədək ölkəmizdə 363 min 183 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında davam edir. Fevralın 8-dən yaşı 65-dən yuxarı, fevral ayının 17-dən isə 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası prosesi həyata keçirilir. Martın 3-dən ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 vaksinasiya məntəqəsi yaradılıb.
İlkin olaraq, Bakı şəhərindəki ümumi təhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib.
Koronavirus xəstələrini müalicə edən həkim Məlahət İsayeva “Yeni Müsavat”ın mövzu ilə bağlı suallarını cavablandırıb: “Poliklinikamızda vaksinasiya işləri yüksək səviyyədə aparılır. Əhali böyük həvəslə vaksinasiyaya gəlir. Bunun üçün poliklinikamızın sahə həkimlərinin və tibb bacılarının üzərinə çox böyük iş düşür. Telefon vasitəsilə əhalini vaksinasiyaya çağırırıq. Nəticə də uğurludur. Hər gün insanlar böyük ruh yüksəkliyi ilə vaksin olunmağa gəlirlər. Hələ ki vaksin var, yetərincədir”.
Həkim qeyd edib ki, peyvəndlənmə zamanı insanların çəkisi nəzərə alınmır: “Hər kəsə eyni doza - 0,5 mq vaksin sol qol nahiyəsinə, dəri altına yeridilir. Hər bir xəstənin qan təzyiqi ölçülür. Sonra vaksin vurulur. Təzyiqi yüksək olan xəstələrə tibbi yardım göstərilir. Vəziyyəti yaxşılaşdıqdan sonra peyvənd olunur”.
M.İsayeva Novruz bayramı ərəfəsində insanları təmasdan uzaq olmağa çağırıb: “İnsanlara bu bayram günü tövsiyəm odur ki, mümkün qədər təmasdan və xəstə insanlardan uzaq olsunlar. Əgər əvvəlki kimi, yoluxma sayının pik vaxtına dönmək istəmiriksə, qaydalara riayət etməliyik”.
Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev də fikirlərini bildirib: “Yoluxma sayında hər gün artım olur. Ümumilikdə rəqəmlər artmağa meyllidir. Karantin qaydalarının yumşaldılması özünü artıq göstərir. Aprel ayında yoluxma sayında artım ola bilər, amma yaya doğru azalmalar olacaq. Çünki günəşin aktivliyi artacaq, bu da açıq havada virusu öldürəcək. Evlərdə otaqlar tez -tez havalandırılacaq, bu amil də virusun yayılmasının qarşısını ala bilər. Hava şəraiti epidemiyanın əleyhinə olacaq”.
İnfeksionist onu da deyib ki, insanlar bayram ərəfəsində daha diqqətli olmalıdırlar: “Düşünmürəm ki, sərt karantin rejiminə keçilməlidir. Qarşıda bayram gəlir, qaydaları sərtləşdirmək olar. Çünki insanlar toplaşacaq, bir-birinə qonaq gedəcək. Hazırda buna yol vermək olmaz. Virusun sayında artma ola bilər. Bayram ərəfəsində insanlar evdə otursa daha yaxşı olar. İndi vaksinasiya prosesi də davam etdirilir. Yayın gəlməsi bir tərəfdən, digər tərəfdən də vaksinasiya tədbirləri ümidlər verir. Düzdür, 2-3 milyon insanı eyni vaxtsa vaksin eləmək mümkün deyil. Bu yəqin ki, yeddi ay və ya bir il müddətinə çəkə bilər. Amma ən azı hər gün yeni-yeni insanlar peyvənd olunur. Bu da müsbət təsirini göstərəcək. Amma yoluxma sayı çox artsa, bayram ərəfəsində qısamüddətli karantin tətbiq oluna bilər”.
Səhiyyə Nazirliyi COVID 19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə isə bildirib ki, peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur və insanlar bundan çəkinməməlidirlər: “Unutmamalıyıq ki, peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur. Hazırda vaksinasiya prosesi strategiyaya uyğun olaraq uğurlu şəkildə davam edir. Sağlamlıq şərtləri uyğun olan, strategiyada yer almış hər bir vətəndaş vaksinasiya prosesində iştirak etməlidir. Vaksinasiya ilk növbədə həmin şəxsin özünü və yaxınlarını yoluxmadan qoruyur. Kütləvi yoluxma halları və ölüm saylarını unutmamalıyıq. Vaksinlər bizi ağırlaşma hallarından və ölüm hadisələrindən qoruyaraq səhiyyənin də yükünü azaltmış olacaq. Vətəndaşları etibarlı mənbələrə - rəsmi qurum və nümayəndələrin fikirlərinə əsaslanmağa çağırıram. Bəzən sosial şəbəkələrdə paylaşılan yanlış informasiyalar insanlarda narahatlıq və çaşqınlığa səbəb olur. Bəzi səhifələrin izlənmə saylarını artırma məqsədi ilə paylaşdıqları həqiqəti əks etdirməyən yazılar ajiotaja səbəb olur. Bu tip paylaşımlar bəzən ciddi şəkildə psixoloji gərginliyə gətirib çıxarır ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Həssas mövzuda hər bir vətəndaş yalnız rəsmi məlumatlara inanmalıdır. Yalnız qısa zamanda edilən peyvəndlərlə kütləvi immun sistemi qazanaraq COVID-19-a qalib gəlmək mümkündür”.
Həkim vaksinlərin yan təsiri barədə də danışıb: “Təkcə COVID-19 vaksini yox bütün vaksinlərin vurulduqdan sonra müəyyən yan təsirlər özünü göstərə bilər. Halsızlıq, qısa müddətli baş ağrıları, yüngül hərarət və ya inyeksiya yerində az miqdarda ağrı baş verə biləcək normal hallardır. Bəzən vaksinin həyəcanından təzyiqin qalxması da mümkündür. Bu hallar bütün vaksinlər üçün keçərlidir. Hər hansı ciddi bir vəziyyət və yaxud şikayətlə qarşılaşmamışıq”.
Bu arada Belarus hökuməti koronavirusa yoluxmaların baş verdiyi ölkələrin siyahısını yeniləyib. Ölkənin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, koronavirusla bağlı əlverişsiz epidemioloji vəziyyət olduğu ölkələr siyahısından Azərbaycan, İslandiya, Qırğızıstan, Mərakeş çıxarılıb. Bundan sonra adı çəkilən 4 ölkədən qayıdan Belarus vətəndaşları 10 günlük karantin keçməyəcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-03-2021, 09:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-03-2021, 09:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11