Navalnı və Tixanovskayanın adları Nobel mükafatına təqdim olunub - 329 iddiaçı var...
Norveç Nobel Komitəsi bildirib ki, 2021-ci ilin Nobel Sülh Mükafatı üçün 329 nominasiya daxil olub. Osloda mənzillənmiş təşkilat qeyd edir ki, bu, mükafatın tarixində üçüncü ən yüksək rəqəmdir.
Bu mükafata ən çox nominasiya – 376 müraciət 2016-cı ildə edilmişdi. Bu il mükafata 234 şəxs və 95 təşkilat nominasiya olunub.
Norveç Nobel Mükafatı Komitəsinin katibi Olav Nyoelstad deyib: “Bu, Nobel Sülh Mükafatına beynəlxalq marağı əks etdirir. Bu, həm də yəqin ki, dünyada bir çox həll olunmamış münaqişələrin, müharibələrin və insan haqları problemlərinin qaldığını əks etdirir”.
Komitə mövcud qaydalara görə nominantların adlarını açıqlamır, amma onların özləri nominasiya olunduqları barədə məlumat verə bilərlər.
Builki siyahıda Belarusun müxalifət lideri Svetlana Tixanovskayanın və rusiyalı antikorrupsiya fəalı Aleksey Navalnının da adları var.
2021-ci ildə Nobel Sülh Mükafatına habelə isveçli iqlim fəalı Qreta Tunberq, ABŞ insan haqları fəalı Steysi Abrams da nominasiya ediliblər.
Siyahıda habelə keçmiş ABŞ prezidenti Donald Tramp, onun kürəkəni Cared Kuşner və onun müavini Avi Berkovitz də var.
Onlar İsraillə bir sıra ərəb ölkələri arasında sülh sazişinin bağlanmasındakı rollarına görə təqdim olunublar.
Nobel Sülh Mükafatına nominasiya edilmiş təşkilatların arasında – Dünya Səhiyyə Təşkilatı (DST), Beynəlxalq Faktyoxlama Şəbəkəsi, Sərhədsiz Müxbirlər və Jurnalistləri Müdafiə Komitəsi də var.
2021-ci ilin mükafatçısı oktyabr ayında elan ediləcək. Dünya Ərzaq Proqramı ötən ilin laureatı olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-03-2021, 19:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-03-2021, 19:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01