“KORRUPSİONERİ SÜRƏKLİ ALQIŞLARLA QARŞILADILAR...” - "Deputatlara qarşı kəskin ayrı-seçkilik var"
Milli Məclisin deputatı, parlamentin Elm və təhsil komitəsinin, həmçinin Gənclər və idman komitəsinin üzvü Etibar Əliyev Novator.az saytının suallarını cavablandırıb.
RegionXəbərləri.com həmin müsahibəni təqdim edir:
– Pandemiya torunda çırpınan bir dünyada haqq savaşı hələ bitməyən Azərbaycanın vətəndaşı kimi mövcud durumu necə qiymətləndirirsiniz: vəziyyətimiz çox ağırdır, yoxsa?..
– Pandemiya bəşəriyyəti boşluğa atdı. Məktəblər bağlandı, uçuşlar dayandırıldı, səhiyyə sistemləri çökdü, muzeylərdə ayaq səsləri eşidilmədi, hər yerdə sükut yarandı. Virus həyatımızda pauza yaratdı. Qəflətən bizi haqlayan pandemiya və onun gətirdiyi böhranın işartıları ilk növbədə gələcəyə imidi deyil, qorxunu çoxaldır.
Bununla yanaşı qorxunun əhali arasında daha tez yayılmasının vasitələri də öz işini görür. Amerika tədqiqatçıları göstərirlər ki, neqativ və yalan informasiyalar sosial şəbəkələrdə pozitiv və mötəbər informasiyalardan qat-qat tez yayılır və əhatə dairəsini daha sürətlə genişləndirir. Kollektiv qorxu insanları tez birləşdirir. Və məzmununa görə gələcək haqqında arzulardan daha bəsitdir. Buna görə də kollektiv gələcək barədə düşünəndə biz müxtəliflikləri xəyal edirik və onların hər birindən qorxuruq. Kütləvi informasiya vasitələri və sosial şəbəkələr “qorxu fabrikinə” çevrilir və pandemiyanın mənfi psixoloji gözləntiləri bunu gücləndirir.
Mən də hamı kimi artıq bir ildir ki, yoluxanların dinamikasına diqqət edirəm. Azalmalar sonsuzluğa qədər davam edə bilməz. Düşünürəm ki, kütləvi vaksinasiyadan sonra həyat öz axarına düşəcək.
– Təhsillə bağlı problemlər azalmır ki, artır. Belə bir strateji sahəni ziyalılara deyil, ancaq məmurlara həvalə etmək yanlış deyilmi?
– İki gözəgəilmli misal deyim. Ötən əsrin 70-ci illərində İngiltərədə təhsil islahatlarının aparılması görkəmli geoloq və elmşünas Con Bernala tapşırılmışdı. O isə heç vaxt təhsil işçisi olmamışdı. Soruşanda ki, bəs bu iş nəyə görə pedaqoqlara həvalə olunmur, izah etmişdilər ki, pedaqoqların və təhsil məmurlarının başında köhnə təhsil sistemi elə möhkəm iz salıb ki, onlar özləri də bilmədən hər dəfə sürüşüb köhnə düşüncə məcrasına düşürlər.
Yaponiyanın tanınmış filosofu, görkəmli dövlət xadimi Yasuxiro Nakasone ötən əsrin 80-ci illərində ölkədə təhsil reforması keçirilməsi ilə əlaqədar yazır ki, bu işi “professionala” yox, işgüzar dairədə böyük uğur qazanmış Tosio Dokoya həvalə etmişdik. Deyir bu reformanı ona görə təhsil məmuruna tapşırmadıq ki, onlar əvvəlki təhsil sisteminin yetişdirmələri idilər və yeni dövrün fəlsəfəsini bilmirdilər.
Bizə gəlincə, təhsili köhnə təhsil “bilici”lərinin bürokratiyasından və şaquli idarəçiliyindən xilas edəndən sonra onlarla birlikdə məktəblərdən 2500-dən çox saxta diplomlu müəllimi də kənarlaşdırmaq məcburiyyəti yarandı. Onlar saxta tələbə köçürmələri, layihələrə ayrılan vəsaitləri mənimsəməklə təhsili xeyli geriyə atdılar. Əgər birincilər cari ehtiyacların ödənilməsinə xidmət edirdilərsə, ikincilər – intellektuallar dövlətçiliyə, islahatlara, milli özünütəsdiqə xidmət edirlər.
– Bəzən adamda elə təsəvvür yaranır ki, sanki kimlərsə məqsədli şəkildə elm məbədlərini gözdən salıb təhsilimizi məhv etməyə, kökündən qazımağa girişib. “Görün təhsilimiz nə gündədir” deyənlər çoxdur. Təhsilimiz nə gündədir ki?...
– Biz 70 il sovetlərin tərkibində olmuşuq. Nə qədər mütərəqqi qanunlar qəbul etsək də, təfəkkürlərdə, dərsliklərdə sovet stereotipləri qalır. Ali məktəblərdə hələ də ciddi fəlsəfənin əvəzinə dialektik materializm, sovet dövrünün “Psixologiya”sı tədris olunur. Bu gün hər şeyi idarəçilərin üstünə yıxmamalıyıq. Bizim təhsil sisteminin əsas vəzifələrindən biri də “tənqidi təfəkkürü” olan şəxsiyyət yetişdirməkdir. Bunun üçün müəllimin özünün tənqidi təfəkkürü olmalıdır. Bu keyfiyyət müəllimlərdə varmı?
Bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda təhsil qismən başqa ölkələrin təcrübəsinə, qismən daxili reformaların tələbinə və qismən də milli ənənələrə istinadən təşkil olunur ki, burada hansısa rasional prinsipdən danışmaq çox çətindir. Bu amillər bir-birini tamamlaya da bilər, inkar edə də bilər. Bu inteqrasiyadan sistem də yarana bilər, xaos da. Biz hansı səmtə getdiyimizi dəqiq bilməliyik.
Dərsliklərdə problemlər var, dövrün tələbinə uyğun müəllim hazırlığı qənaətbəxş sayıla bilməz. Təhsil idarəçilərinin hamısı səriştəli deyil. “Görün təhsilimiz nə gündədir” deyənlər yəqin ki, bunları nəzərdə tuturlar. Təhsildə ictimai nəzarət mexanizmləri güclənməlidir.
– Kimiləri orta və ali məktəblərdə tədrisin səviyyəsindən şikayətlənir, kimiləri də şagirdlərin, tələbələrin özlərinin elmə, təhsilə maraq göstərmədiklərini söyləyir. Kimdir haqlı?
– Təhsilin keyfiyyətində ciddi problemlər mövcuddur. Məşhur pedaqoqlardan birinin fikridir: məktəbin vəzifəsi uşağın beynini ən müxtəlif məlumatlarla doldurmaq yox, onda hər bir insanın malik olduğu qabiliyyət və təmayülləri, istedad nişanələrini oyatmaq və inkişaf etdirməkdir.
Şagird və tələbələrin elm və təhsilə maraqları müəllimlərdən asılıdır. Onlara verilən elmi-populyar ədəbiyyatlardan asılıdır ki, bunlar da yox dərəcəsindədir. Müəllimlər tədris etdikləri fənnin yeniliklərini şagirdlərinə və tələbələrinə əxz etdirməlidirlər. Köhnə proqram, köhnə dərslik və köhnə təfəkkürlə gələcəyin alimini və mütəxəssisini hazırlamaq mümkün deyil.
İndi siz təsəvvür edin: ali məktəblərdən fəlsəfə dərsini yığışdırıblar. Bu absurddur. Düşüncə elmini, təfəkkürə cavabdehlik daşıyan elmi ali məktəblərdə artıq tədris etmirlər.
Təhsilin asas iki vəzifəsi var: nizam-intizam və fərdi düşünməyə öyrətmək vəzifələri. Təhsil sadəcə bilikləri mənimsətmək üçün deyil, onun gəncləri şəxsiyyət kimi formalaşdırmaq, kamil mənəviyyatlı insan nəsli yetişdirmək missiyası da var. İstənilən gəncin cəmiyyətdəki davranışını məktəb formalaşdırmalıdır.
– Təhsil sahəsində tezliklə dəyişikliklər olacağına inamsız münasibət bəsləyənlər rüşvət olan yerdə inkişafın mümkünsüz olduğunu söyləyirlər. Təhsili bərbad günə qoyanları, bu sahədə korrupsiyalaşmış şəbəkə formalaşdıranları üzə çıxarmaq məgər bu qədərmi çətindir?
– Haqlısınız. Təhsildə rüşvət və korrupsiya yolverilməzdir. Maraqlı bir faktı deyim. Universitetlərin birində keçirilən tədbirə təhsil sahəsində təpədən-dırnağa qədər korrupsiyalaşmış bir nəfər də çağrılmışdı. Zala daxil olanda onu ayaq üstə sürəkli alqışlarla qarşıladılar. Cəmiyyətin korrupsiya və rüşvətxorluğa təpkisi olmalıdır...
Təhsil əhalinin əhəmiyyətli kəsiminin məşğuliyyətini təşkil edir. İndi korrupsiyanın kökünün kəsilməsi istiqamətində xeyli iş görülüb. Tam məsuliyyətlə deyə bilərəm ki, ali məktəblərimizin əksəriyyətində buna nail olunub. Bir sıra korrupsiya şəbəkləri dağıdılıb. Bu bəladan sonra təhsilin keyfiyyətini yüksəltmək lazımdır. Sual olunur: bunu bacarırıqmı? Burda labirintə düşməyin əsas səbəblərindən biri islahatçı idarəçilərin sayının az olmasıdır.
Təcrübələr bölüşülməlidir. Ali məktəblər orta nəticə əldə edən tələbəni tədqiqatlara cəlb etməlidir. Əmək bazarının tələbatları öyrənilməlidir. Ölkədə hələ indiyə kimi təhsil müəssisələrinin normal akkreditasiyası keçirilməyib. Yəni təhsilin keyfiyyəti qiymətləndirilməyib. Təhsilin keyfiyyəti qiymətləndiriləndən sonra təhsil haqlarına yenidən baxılmalıdır.
– Təhsil-tədrisin indiki vəziyyəti ilə bağlı başqa təklifləriniz, yaxud da proqram və layihəniz varmı? Problemlərlə bağlı sizi də dinləyirlərmi?
– Mən təhsil eksperti kimi zaman-zaman təkliflərlə çıxış etmişəm. “Məktəbli fəlsəfəsi”, “Yeni təhsil, tərbiyə və elm antologiyası”, “Boloniya bələdçisi”, “Müəllimlərin peşəkar kompetensiyalarının artırılmasına dəstək” və başqa kitabların müəllifiyəm. Təhsilin inkişafı naminə bir sıra təqdimatlarım olub. Mən bunları vətəndaşlıq borcu hesab edirəm. Və düşünürəm ki, orta məktəb və ali məktəb müəllimlərinin ixtiyarına çeşidli ədəbiyyatlar vermək lazımdır. Bu prosesə ölkənin bütün alimləri qoşulmalıdırlar. Bu istiqamətlərdə biz çox geridə qalmışıq.
Milli Məclisin rəhbərliyi, başda hörmətli Sahibə xanım Qafarova olmaqla təkcə mənim yox, bütün Məclis üzvlərinin təhsil və elm sahəsində təkliflərini diqqətlə dinləyir və onların qanunvericilikdə nəzərə alınmasına yardımçı olur. Hər il təhsil sahəsində bir neçə sanballı kitab tərcümə olunub təhsil işçilərinin ixtiyarına verilməlidir. Belə akademik layihələr dünyanın hər yerində həyata keçirilir. Kitab hələ uzun illər bilik mənbəyi kimi qalacaq.
Distant təhsillə bağlı təkliflərimiz KİV-də geniş yer alıb. Fikrimcə, pandemiyadan sonra distant təhsilin geniş vüsət almasına nail olmaq lazımdır. Təhsilin ənənəvi və distant forması bir-birini tamamlamaqla insan kapitalının inkişafına öz töhfəsini verməlidir. Tezliklə internetin hamı üçün əlçatan olması təmin olunmalıdır.
– Millət vəkili kimi seçicilərlə görüşlərinizdə insanlar daha çox nədən şikayətlənirlər: bahalaşmadan, səhiyyənin durumundan, məmur ədalətsizliyindən?...
– Deputat kimi hər zaman seçicilərimin yanında olmağa çalışıram. Ən çox şikayət sovet dövründə tikilmiş binaların vəziyyəti ilə bağlıdır. Seçicilərimin təhsillə bağlı problemlərini həll etməkdə çətinlik çəkmirəm.
Vətəndaşların şikayətlərinin böyük kəsimi idarə və təşkilatlardakı bürokratiya ilə bağlıdır. Vətəndaşların şikayətlərinə dərhal cavab verilməlidir. Deputat çox vaxt vətəndaşla məmurlar arasında əlaqələndirici rolunu oynayır. Seçildiyim dairədə ortaya çıxan problemləri anlayışla həll etməyə çalışıram. Və insanların problemini öz problemim kimi qəbul edirəm.
Pandemiya dövründə həssas qrupdan olan 20 min tələbənin təhsil haqqından azad olunması olduqca vacib addım idi. Vətən müharibəsindəki qələbəmiz insanlarda xeyli ruh yüksəkliyi yaradıb. Bu qələbənin fonunda biz dövlətimizlə həmrəy olub, problemlərin birgə həllinə çalışmalıyıq.
İnsanların qaldırdıqları problemlərin həlli yolları var. Problemlərin böyük kəsimi bürokratik əngəllərin ucbatından yığılıb qalır. VI çağırış Milli Məclisin deputatları seçiciləri ilə tamam fərqli formatda işləyirlər və bu müsbət dəyərləndirilməlidir.
– Sosial şəbəkələrdə fəalsınız və intellektual paylaşımlarla fərqlənirsiniz. Millət vəkili ictimai rəyi öyrənməkdən, cəmiyyətə açıq olmaqdan çəkinməməlidir. Sosial şəbəkədə suallara cavab verməklə ictimai marağı əks etdirən başqa meydanlarda, məsələn, seçicilərlə görüşdə, yaxud hansısa KİV-in redaksiyasında suallara cavab verməyin arasında nə kimi fərqlər var?
– Mən bütün deputat həmkarlarımı sosial şəbəkədə aktiv olmağa çağırıram. Açığını deyim ki, deputatlara qarşı qərəzli münasibət sərgiləyənlər də az deyil. Təkcə deputat deyil, bütün ziyalılar biliklərini paylaşmağa borcludurlar.
Sizinlə razıyam: millət vəkili ictimai rəyi öyrənməkdən, cəmiyyətə açıq olmaqdan çəkinməməlidir. Təəssüflər olsun ki, deputatlara qarşı qərəzli münasibətlər cəmiyyətdə bəzən çaşqınlıqlar yaradır. Görülən işlərə bilərəkdən kölgə salmağa çalışırlar. Lakin ruhdan düşmək olmaz. Pandemiya şəraitində yaşasaq da, deputat həmkarlarımın əksəriyyəti seçicilərlə intensiv təmas qurur, KİV-də mütəmadi çıxışlar edirlər. Düşünürəm ki, postpandemiya dövründə bizim fəaliyyət dairəmiz genişlənəcək.
Yeri gəlmişkən, KİV-də deputatlara qarşı ayrı-seçkilik özünü kəskin şəkildə büruzə verir. Şəxsi mənafe ictimai mənafedən üstün götürülür. Bu çox pis haldır və bu sanki qarşısı alınmaz prosesə çevrilib. Buna görə də elə deputatlar var ki, onların sosial şəbəkədən başqa platforması qalmır. Hər halda bunun vasitəsilə də sözümüzü deməyə çalışırıq.
– Etibar bəy, 1963-cü ilin 1 mart günü çox hadisə baş verib, sizin ata ocağınızda isə təqvimin həmin günü müjdəli, unudulmaz bir tarixçə kimi yadda qalıb. Doğum gününüzü qeyd edib-etməyəcəyinizi bilməsəm də, 58 illik ömrə sahib çıxan bir ziyalını təbrik etmədən sağollaşmaq istəmirəm. Maraqlı müsahibəyə görə sağ olun!
Paylaş:
Müəllif : Fuad
Tarix:24-02-2021, 08:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-02-2021, 08:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01