“Araik həbs olunmalı, Xankəndi silahsızlaşdırılmalıdır” - Qarabağda antiterror əməliyyatları başlayacaq?
Hər gün Qarabağdakı qondarma qurumun başçılarından daha bir əcaib açıqlama, addım gəlir. Üstəlik orda xeyli silahlı var və o silahlılar vaxtaşırı Azərbaycan hərbçilərinə basqın edirlər. Bütün bunlar bizə tam haqq verirmi erməni terrorçularına qarşı antiterror əməliyyatlarına başlansın?
Politoloq Qabil Hüseynli bildirib ki, 10 noyabrda qəbul edilən üçtərəfli bəyanatın tələblərini ermənilər pozur:
"Separatçılar silahı yerə qoymaq niyyətində olmadıqlarını hər addımda nümayiş etdirirlər. Qondarma quldur rejimi o dərəcədə azğınlaşıb ki, hətta ”hərbi xidmətə çağırış" da həyata keçirir. Bu, Azərbaycana yenidən meydan oxumaqdır. Separatçı ermənilərin bu qədər arxayınlaşması Rusiya sülhməramlılarının onlara yumşaq davranmasından da qaynaqlanır. Azərbaycan konkret bəyan etməlidir ki, Rusiya sülhməramlıları silahlı erməniləri zərərsizləşdirib Azərbaycan ərazisindən çıxarmırsa, Azərbaycanın müvafiq güc strukturları o ərazilərdə antiterror əməliyyatları keçirmək hüququndan istifadə edəcək. Azərbaycan bunun üçün konkret vaxt da qoymalıdır.
Öz ərazimizdə terrorçulara, qanunsuz silahlı dəstələrə qarşı əməliyyatlar keçirmək hüquqmuz var. Bu hüququ heç kim bizim əlimizdən ala bilməz. Belə görünür ki, silahlı quldur rejim Azərbaycanın növbəti dəmir yumruğunun zərbəsini başında hiss etməyincə silahı yerə qoymaq niyyətində deyil. Yenidən hərbi əməliyyatlara, yaxud antiterror əməliyyatına başlamaqdan başqa çarə yoxdur. Və bu dəfə Azərbaycanın xüsusi təyinatlıları, güc strukturları Xankəndinə enib, orada əməliyyatlar aparmalıdır. İlanın başı - Araik Arutyunyan həbs olunmalı, Xankəndi silahsızlaşdırılmalıdır. O torpaqlar hamısı Azərbaycanındır, orada yad silahlı ünsürləri neytrallaşdırmaq, antiterror əməliyyatlarının miqyasını Xankəndinə qədər genişləndirmək bizim haqqımızdır. Biz ərazimizdə terrorçuları tam təmizləmək üçün gücə malikik. Necə ki, Rusiya özünün müxtəlif vilayətlərində terrorçu qruplarına dözümüsüz yanaşırdı və yanaşardı, biz də öz ərazimizdə bizə qarşı olan hücumlara dözümüsüz yanaşmalıyıq. Azərbaycan Laçın dəhlizini bağlayıb, ərazisindəki terrorçuları, qanunsuz silahlı birləşmələri məhv etmək üçün hərəkətə keçməlidir. Başda Araik Arutyunyan olmaqla Qarabağdakı silahlı ermənilər bu gedişlə bizə güclü antiterror əməliyyatı həyata keçirməkdən başqa yol qoymur. Quldur dəstəsi tamamilə tərk-silah edilməli, tabe olmayanlar məhv edilməlidir.
Artıq müharibə bitib və Azərbaycan ərazisində olan bütün silahlı ermənilər terrorçulardır. Terrorçular da Azərbaycan qanunları qarşısında cavab verməlidirlər. Rusiyanın istəyib-istəməməsindən asılı olmayaraq biz bölgədə ciddi antiterror əməliyyatını həyata keçirməliyik, Xankəndiyə qədər gedib çıxmalıyıq və oraya nəzarət etməliyik. Rusiyaya da anlatmalıyıq ki, bəyanatda öz üzərinizə düşəni etmirsiz, ona görə biz tədbirlər görürük".
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Dağlıq Qarabağda baş verənlər ciddi narahatlıq yaradır:
"Çünki separatçılar tərk-silah olunmayıb, müəyyən təxribatlar davam edir, Azərbaycanın icazəsi olmadan bölgəyə gediş-gəliş var. Şübhəsiz, uğurlarımız da var. Məsələn, son olaraq Ermənistanı məcbur etdik, Dağlıq Qarabağa gəncləri göndərmirlər. Amma Dağlıq Qarabağın özündə əlində silah terrorçu ermənilər var. Onlar mütləq tərk-silah olunmalıdır. Aydın məsələdir ki, Araik Arutyunyan bunu öz istəyi ilə həyata keçirməyəcək. Rusiya və digər Minsk Qrupu həmsədrləri də buna məcbur etmirlər. Amma biz bu məsələdə israrlı olmalıyıq. Ağdamda Türkiyə-Rusiya birgə monitorinq mərkəzi işə düşüb. Onun əsas məqsədlərindən biri də silahlı terrorçuların tərk-silah olunması məsələsinə diqqət etmələridir. Düzdür, Mərkəz atəşkəsə riayət olunmasına nəzarət edir. Amma bu, bizim üçün azdır. Məsələn, Mərkəz dronlarla kəşfiyyat uçuşları həyata keçirib meşələrdə silahlı erməni terrorçularının olduğunu müşahidə edirsə, ikinci mərhələdə onlar tərk-silah olunmalıdır. Ona görə də rəsmi Bakı terrorçuların, silahlı separatçıların tərk-silah olunması məsələsində israrını gücləndirməlidir. Hətta vəziyyət dəyişməsə, separatçılara bir ultimatum da verilməlidir. Tutaq ki, separatçılara iki həftəlik vaxt verilməlidir. Bəyan edilməlidir ki, əgər bu müddətdə tərk-silah olunmayacaqlarsa, Azərbaycan müvafiq addımlar atacaq. Müvafiq addımların nə olduğunu da separatçılar yaxşı anlayırlar. Bu, Rusiyaya da bizim mesajımız olar”.
/Musavat.com
Paylaş:
Müəllif : Fuad
Tarix:21-02-2021, 00:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-02-2021, 00:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti