"Qadın tacirləri" internetdə fəallaşıblar: - Əvvəlcə özlərinə aşiq etdirirlər, sonra...
İnsan alveri böyük qazanc gətirir, çünki tutulmaq və cəzalandırılma qorxusu cinayətkarları dayandırmır. Ölkəmizdə keçən il daxili işlər orqanları insan alveri ilə bağlı 155 cinayət faktı aşkar etmiş və 3 cinayət qrupu zərərsizləşdirilmiş, 21 nəfər mühakimə olunmuşdu.
İnsan alverinə qarşı mübarizə yalnız birgə səylər nəticəsində mümkündür, bu səbəbdən yaxınlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əhalini bu mübarizəyə qoşulmağa və insan alveri qurbanlarını dəstəkləməyə çağırdı. Bu qurum “2020-2024-cü illərdə Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” nın 4.2.1 və 4.2.3-cü maddələrini təsdiqlədi və insan alverinə qarşı mübarizə mövzusunda bir videoçarx hazırladı.
Qadınlara yardım qeyri-hökumət təşkilatı “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova AYNA-ya bildirib ki, insan alveri latent bir cinayətdir və çox vaxt diqqətdənkənar qalır: “Zərərçəkənlər özlərinə yaxın insanlar tərəfindən istismar edilməsi üçün işə götürülür və bu istiqamətə yönləndirilir. Bir qayda olaraq, qohumlara etibar edilir, lakin bir insanın bacısı və ya əri tərəfindən aldadılaraq, insan alveri şəbəkəsinə cəlb etməsi halları da olub”.
Mehriban Zeynalova: “Özlərinə aşiq edir, bu yolla tovlayır və sonra istifadə edirlər. Aşiq, sevən bir qadın ona qurulan tələni görmür”
Ancaq Zeynalovaya görə, son zamanlarda insan alverçiləri qurbanları tapmaq üçün getdikcə internetdən istifadə etməyə başlayıblar: “Əsasən dünyada insanlar artıq internet vasitəsilə işə götürülürlər, çünki bu işə qəbul metodu xüsusi vəsait və səy tələb etmir. Qurbanlara yaxşı iş təklifləri ilə cəzb edə bilər və bəzi “internet tacirləri” potensial qurbanları özlərinə aşiq edir, bu yolla tovlayır və sonra istifadə edirlər. Aşiq, sevən bir qadın ona qurulan tələni görmür”.
Hüquq müdafiəçisinin sözlərinə görə, bu cür cinayətlərlə mübarizədə ictimaiyyətin rolu böyükdür: “Ölkədə insan alverinə qarşı mübarizə üzrə Daxili İşlər Nazirliyinin 152 “Qaynar Xətti” fəaliyyət göstərir və hər bir vətəndaş bu nömrəni əzbərdən bilməlidir, laqeyd qalmamalı və insan alveri ilə əlaqəli bir fakt görsə və ya eşitsə, ora ilə əlaqə saxlamalıdır. İnsan alveri ilə bağlı məlumatları öyrənən media dərhal İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə müraciət etməlidir. Bu, bütün bir cinayət şəbəkəsini ləğv etməyə kömək edə bilər”.
“Ancaq bəzən jurnalistlər istintaq hələ davam etdiyi və cinayətkarlar ədalətdən gizləndikləri zaman bu barədə yazırlar. Bəzən də, vətəndaşlar fahişəliyi insan alveri ilə qarışdırır və istintaq zamanı məlum olur ki, qadınlar özləri cinsi xidmətlər təklif edir, heç kim onları zorlamır və istismar etmir. Burada cinayət işi ola bilər, amma söhbət insan alverindən getmir. İnsan alveri halında bir adam öz iradəsinə zidd olaraq satılır”, deyə “Təmiz Dünya” İB-nin rəhbəri qeyd edib.
M.Zeynalovanın qənaətincə, insan alverinin qarşısı xüsusi təlim keçmiş əməkdaşlar tərəfindən alınmalıdır: “İndi sərhədlər bağlıdır, amma hələ də kömək istəyənlər var, insan alveri halları var. İnsan alverinə qarşı mübarizə İdarəsi işini fəal şəkiləd davam etdirir”.
“Məsələn, istintaq zamanı başqa istismar faktlarının olduğu aydın ola bilər. Qeyd etmək istərdim ki, insan alveri faktları xeyli azalıb, amma əlbətdə ki, ümumiyyətlə yoxdur demək mümkün deyil. İnsan alveri faktları ölkə daxilində də qeydə alınır. Azərbaycan İnsan Alverinə Qarşı Avropa Konvensiyasını imzalayıb. Əvvəllər insan alveri qurbanları dedikdə, sərhəddən keçirilən, başqa bir ölkənin dilini, qanunları bilməyən adamlar sayılırdı. İndi ölkə daxilində zorla tutulan və istismar edilənlər də insan alverinin qurbanı sayılır. Ölkə daxilində ən çox uşaq əməyindən istifadə daxil olmaqla əmək istismarı faktları var, amma cinsi istismar da baş verə bilər”, - Zeynalova vurğulayıb.
O, cinsi istismara məruz qalan qadınların başlarına gələnlərə qarşı hələ də özlərinin günahlandırılmasının cəmiyyətdə geniş yayıldığını və bunun qurbanların yaşadıqlarını açıqlamasının qarşısını alan faktor olduğunu söyləyib: “Bu cür qadınlar həmişə başlarına gələnlər barədə danışmağa hazır deyillər. Qınanmaqdan qorxurlar və baş verənləri gizlədirlər, bu da bu cür cinayətlərlə mübarizəni çətinləşdirir”.
Zeynalovanın sözlərinə görə, Azərbaycanda insan alveri qurbanlarına dəstək yüksək səviyyədədir: “Pandemiya və karantin tədbirləri sığınacağın işinə heç bir şəkildə təsir etməyib. Tək problem, məhkəmələrin bir qədər uzanmasıdır. Ancaq qurbanlar əvvəlki kimi pul təzminatı və psixoloji dəstək alırlar. Hətta potensial qurbanlara (ailə zorakılığının qurbanları, çətin həyat vəziyyətində olan qadınlar) da dəstək verildi və kömək edildi”.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-02-2021, 15:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-02-2021, 15:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01