''Avro Qrand'' MMC 119 mənzilli binadan 120-ci evi necə satdı... - VİDEO
Bakıda cəmi 119 mənzili olan binadan 120-ci mənzil satılıb. Həmin mənzil üçün 50 min manata yaxın pul ödəyən paytaxt sakini indi nə pulunu, nə də ki, mənzilini ala bilir.
Xezerxeber.az-ın məlumatına görə, Xalq yazıçısı Anar Rzayev tərəfindən yazılmış ''Beşmərtəbəli evin altıncı mərtəbəsi'' adlı romanın adına bənzər hadisə Bakıda yaşanıb.
Paytaxt sakini Fidan Kərimovaya cəmi 119 mənzili olan binada 120-ci mənzil satılıb. Fidan Kərimova iddia edir ki, 2017-ci ilin may ayında Binəqədi rayonu Adil Məmmədov küçəsində bina tikən ''Avro Qrand'' MMC adlı şirkətə nağd şəkildə 48 500 manat ödəyərək 1 otaqlı mənzil alıb. Şirkətlə alıcı arasında alqı-satqı müqaviləsi bağlanıb və Fidan Kərimovaya tikilməkdə olan binanın 120-ci mənzili satılıb.
Fidan Kərimova ona dəyən ziyanı tələb etsə də, cəhdləri nəticəsiz qalıb.
Çəkiliş zamanı ''Avro Qrand'' MMC-nin rəhbəri Xanlar Cəfərov da həmin ünvanda idi. Ona iddialarla bağlı sual versək də, tam cavab ala bilmədik.
Daha sonra özünü tikinti işlərinə nəzarətçi şəxs kimi təqdim edən Alıverdi Bayramov isə bildirdi ki, binanın sonuncu mərtəbəsindəki mənzillərdən biri Fidan Kərimovaya məxsusdur.
Fidan Kərimova isə indi təklif edilən mənzilin müqavilədəki mənzillə eyni olmadığını bildirdi. Onun sözlərinə görə, hazırda təklif edilən mənzil binanın mansarında yerləşir. İddiaçı məsələyə hüquqi qiymətin veriləcəyini gözləyir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-05-2019, 11:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-05-2019, 11:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26