Araik Arutyunyanın azərbaycanlı sinif yoldaşından MÜSAHİBƏ - FOTO
Özünü qondarma rejimin rəhbəri kimi təqdim edən Araik Arutyunyanın sinif yoldaşı olan xanım müsahibə verib. Xanım adının və fotosunun yayımlanmasını istəməyib.
Kulis.az-ın sözügedən müsahibəni təqdim edirik:
- Araik Arutyunyanla sinif yoldaşı olduğunuz haqqında məlumat əldə etdik. Bu, doğrudurmu?
- Bəli. Doğrudur. Mən Xankəndidə fəaliyyət göstərən 10 nömrəli rus məktəbində Araiklə bir neçə sinfi bir yerdə oxumuşam.
- Siz oralısınız?
- Yox. Atam institutda müəllim işləyirdi, ona görə bir müddət orada yaşadıq.
- Bu, hansı illər idi?
- 1980-ci ildə birinci sinfə getmişəm. Araiklə 3-4-cü sinifləri bir yerdə oxumuşuq. Söhbət 1983-1984-cü illərdən gedir.
- Göndərdiyiniz foto da təbii ki, o illərə aiddir.
- Bəli. Birinci fotoda Araikin başının üstünə işarə qoymuşam. İkincidə onu tanıya bilmirəm. Həm şəkil bir az qaranlıqdır, həm də uzun illər keçib. Amma mütləq ordadır. Araik boz bir uşaq idi. Xüsusi seçilən heç nəyi yox idi. Nə oxumağı, nə xarici görünüşü...
- İkinci fotodakı qadınlar kimdir?
- Qara geyimli sinif rəhbərimiz Areqa Levonovnadır. O birisinin adı, deyəsən, Venera idi. Soyadını unutmuşam.
- Başqa nələri xatırlayırsınız...
- Ermənilər o vaxtdan şovinist idilər. Bu xasiyyətləri uşaqlarına da sirayət eləmişdi. Eləcə də Araikə... Hətta bunun üstündə Araiki bir dəfə möhkəm çırpmışam (gülür).
- Necə?
- Mənə “Tork! Tork” deyirdi bütün günü. Həm də aşağılayaraq, incidərək söyləyirdi. İt qurusu bir oğlan idi. Cılız, əfəl... Mən də yekəpər, davakar qız idim. Bir gün kitabla düşdüm bunun üstünə. Harasına gəldi vurdum. Bir də baxdım, ağzının-burnunun qanı bir yerə qarışıb. Ağladı. Qaçdı evə. Anası onu götürüb müəllimlər otağına gəldi. Mənim atam da gəldi. Bizi də çağırdılar. Araikin anası məktəb direktoru ilə dirəşmişdi ki, məni məktəbdən qovsun. Atam da elə-belə adam deyildi. Dalaşmağımızın səbəbini öyrənən kimi bunlara necə cavab verdisə, dillərini qarınlarına soxdular.
- Sizi də danışdırdılar?
- Danışdırdılar, sonra dəhlizə çıxardılar. Dedilər, nə danışdığınızı xatırlayırsınız? Niyə vurdun Araiki? Dedim, mənə “Tork” dedi. Dedilər, Araik, ona elə demisən? Dedi, “ha, asalım” (gülür).
- Nə deməkdir?
- Ermənicə “hə, demişəm” deməkdir. Tapşırdılar ki, bir də elə demə. Amma bundan sonra da dinc durmurdum. Sinifdə iki azərbaycanlı idik, qalanı erməni idi. Görünür, bizə kin-küdurətlərini uşaq hissiyyatımla hiss eləmişdim. Ona görə gündə biri ilə dalaşırdım. Atam vəziyyəti belə görəndə məni 4 nömrəli Azərbaycan məktəbinə dəyişdi.
- Bununla da erməni uşaqlarla, o cümlədən Araiklə əlaqəniz kəsildi.
- Kəsildi. Amma... (Duruxur)
- Amma nə?
- Sizə bir sirr açmaq istəyirəm.
- Buyurun.
- Mən sosial şəbəkələrdə lap erkən dövrlərdən aktiv olmuşam. Hələ söhbət “odnaklassiki”nin populyar vaxtlarından gedir. Orada maraq üçün məktəbimizi və sinif yoldaşlarımızı axtarışa verdim, hamısı orda idi. Mən onları izlədiyimi bildirmirdim. Onlar orta məktəb illərindən yazır, məni də xatırlayırdılar. Pis heç nə yazmırdılar. Bir gün mənim də olduğum fotonu paylaşdılar. Mən də bu fotonu öz səhifəmdə paylaşdım. Onda bildilər ki, izləyirəm bunları. Səhər durdum, gördüm, hamısı dostluq atıb. Yaxın bir adamımla məsləhətləşdim. Dedi, problem deyil, dostluqlarını qəbul elə, amma ünsiyyətə girmə, heç bir reaksiya vermə, sadəcə izlə gör nə edirlər. Biri Fransada, biri Kanadada, biri Rusiyada, mənə sevgi dolu sözlər yazır, olduqları yerə qonaq dəvət edirlər. Bəziləri Ermənistana getmiş, bəziləri Xankəndidə qalmışdı.
- Araik də orada idi?
- Orada idi. Hətta mənimlə maraqlandı, ailə qurub-qurmadığımı, harada yaşadığımı, nə iş gördüyümü soruşdu. Cavab vermədim. Sonra mənə yazdı ki, hər şey bizim üçün yaxşı olacaq, sizin üçün bilmirəm. Elə buna görə hamısını bloka atdım.
- Nəyi nəzərdə tuturmuş?
- Yəqin orda qondarma rəhbər olacağını...
- Onda hələ olmamışdı?
- Yox.
- İndi elə bir ünsiyyət imkanınız olsa, nə deyərdiniz?
- Onların beyni zəhərlənib. Nəsə deməyin xeyri yoxdur. Adam anormaldırsa, ona nə deyəsən?
- Hər halda, qələbədən sonra deyəcək bir sözünüz olardı...
- Olmaz olar? (Gülür) Eynən bu cür deyərdim: “Nə oldu, Araik? Mənim sənə elədiklərimi indi ordumuz sizin cinayətkarlara qarşı elədi, gördünmü? Qanınız tökülməyincə ağlınız başınıza gəlmir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-02-2021, 15:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-02-2021, 15:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11