"MUTASİYA OLMUŞ VİRUS BİZƏ DƏ GƏLƏCƏK" - “Camaatı təlaş içində saxlamağa ehtiyac yoxdur”
Artıq Türkiyədə də koronavirusun mutasiyaya uğramış növləri aşkarlanıb. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, ölkədə virusun mutasiyaya uğramış 196 İngiltərə, 2 Cənubi Afrika, bir Braziliya variantı aşkarlanıb. O qeyd edib ki, riskli mutasiyalar sərhəd tanımadan yayılır.
Məlumat üçün bildirək ki, İngiltərə baş naziri Boris Jonson deyib ki, virusun yeni ştammı nəinki yoluxuculuğuna görə seçilir, bəzi məlumatlara görə, həm də yüksək ölümlə nəticələnir. İngiltərə hökumətinin elmi məsləhətçisi Patrick Vallance görə isə COVİD-19-a yoluxan min nəfərdən təxmini on nəfər ölürsə, yeni növ koronavirus min nəfərdən 13-nün ölümünə səbəb olur: “Bununla belə, “bu rəqəmlər qeyri-müəyyəndir və daha dəqiq məlumat əldə etmək üçün çox araşdırma aparılmalıdır".
Britaniya stammı dünyada narahatlıq doğuran yeganə virus mutasiyası deyil. Cənubi Afrika səlahiyyətliləri, ölkənin cənubunda yeni bir koronavirus (B.1.351 və ya 501Y.V2) formasının aşkar edildiyini elan ediblər. Ümumdünya Səhiyyə Təşkilatına görə, Cənubi Afrika ştammı artıq 31 ölkədə aşkar edilib. Bundan əvvəl Yaponiya səlahiyyətliləri Braziliyadan gələn sərnişinlərdə koronavirusun başqa bir variantını müəyyənləşdiriblər. Braziliya ştammı (B.1.1.248) dəqiq araşdırılmayıb və yoluxuculuq qabiliyyəti yüksək görünmür.
Mutasiya olmuş virus artıq çox yaxınlaşıb, bunun Azərbaycana da gəlib çıxması mümkündürmü? İddialar düz olarsa, bu, 3-cü dalğanın olması deməkdirmi? Nə kimi qabaqlayıcı tədbirlər görülməlidir, virusa yoluxmamaq üçün nə etmək lazımdır?
Bizimlə söhbətdə Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə musavat.com-a mövzu ilə bağlı insanları narahat edən məqamlara aydınlıq gətirib: “İlk olaraq deyim ki, mediada virusun 1,2,3-cü dalğası deyilir, heç bir elmi ədəbiyyatlarda, elmi məqalələrdə ”dalğa" söhbəti yoxdur. Epidemiya, pandemiya var. Bizim ölkəmiz üçün bu epidemiyadır, amma bütün dünya üçün pandemiyadır. Epidemiya, yaxud pandemiyada rəqəmlərin, epidemik göstəricilərin artıb-azalması var. Bu, “epidemik alovlanma” adlanır. Hər dəfə epidemik alovlanmanı dalğa kimi göstərirlər. Əgər üçüncü dalğa deyiriksə, bəs ikinci dalğa nə zaman sıfıra düşdü?! Biz hələ ki COVİD -19 infeksiyasının pandemiya dövrünü yaşayırıq.
Vüqar Cavadzadə
Virusun “Britaniya” formasına bəziləri B1.1.9 deyir, bu düzgün deyil. B1.1 7 Sars Cov2 deməkdir. Yəni Sars virusuna yaxın olduğuna görə Sars Cov2 adlanır. Bunun isə mutasiya olunmuş forması B1.1.7-dir. Bu virus variantı əslində başqa ölkələrdə müşahidə edilib, sadəcə olaraq, ilk dəfə Britaniyada aşkarlanıb.
Çünki Britaniyada genetik mutasiyaları öyrənən laboratoriya var. Virusun yeni mutasiya olmuş bu forması dünyada 70-dən artıq ölkədə müşahidə edilir. COVİD-19 infeksiyası 2019-cu ilin dekabrında Çində yayılanda bəzi mütəxəssislər dedi ki, “Çin bizə uzaqdır, virus bizə gəlib çatmayacaq”.
Amma üstündən iki ay keçməmiş virus gəlib bizə də çatdı. Virus sərhəd tanımır. Yeni mutasiya olmuş virus necə ola bilər ki, qonşu ölkəyə gəlib çatsın, bizə gəlməsin. Bizə də gəlib çatacaq. Amma qorxu, ajiotaj, panika yaratmağa əsas yoxdur. Sadəcə olaraq, bu, COVİD-19-un bir mutasiyasıdır. Bilirik ki, mikroorqanizmlər mütəmadi olaraq mutasiyaya uğrayır, formalarını dəyişir. Bu, onların normal yaşam tərzidir".
İnfeksionist son günlər uşaqlarla bağlı yayılan şayiələrə də münasibət bildirib: “Bəzi mütəxəssislər deyir ki, yeni virus uşaqlar arasında ölüm saylarının artmasına səbəb olur. Heç də belə deyil. Bir ay əvvəl Britaniyada aşkar olunub, bu ölkənin və mutasiya aşkar olunan ölkələrin bir ay əvvəlki statistikasına baxın. Ölüm sayı artıbmı? Xeyir. Deməli, qorxmağa əsas yoxdur. Bəli, yoluxmaların sayı arta bilər. 70 faiz mutasiya olmuş virusun digərlərinə nisbətən yolxuculuğu çox olur. Amma İngiltərədə ölüm sayında ciddi artım yoxdur. Ona görə panika yaratmaq, camaatı təlaş içində saxlamağa da ehtiyac yoxdur. O ki, qaldı virusun bura gəlib çatmasına, bəli bizim ölkəyə də gəlib çıxa bilər. Bunun üçün profilaktik tədbirlərimizi davam etməliyik. Yeni mutasiya olmuş virusla bağlı xüsusi bir profilaktik tədbir yoxdur. Eyni tədbirlər olmalıdır. Hava-damcı yolu ilə keçən infeksiyaların profilaktikası eyni aparılır. Sadəcə olaraq, daha məsuliyyətli olmaq lazımdır. Profilaktik tədbirləri görərək özümüzü qoruya bilərik”.
Müsahibimiz koronavirusdan sağalan xəstələrin uzun müddət COVİD-19 əlamətlərindən əziyyət çəkmələrinin səbəbini də izah etdi: "Bunlar postcovid sindromlarıdır. Virusu keçirən insanlarda qalan əlamətlərdi. Bu əlamətlər təzahür dərəcəsindən asılı olaraq 4 ay qala bilər. Hətta xəstələrdə ümumi zəiflik, yorulma 6 aya qədər çəkə bilər. Bu, insanlarda covid zamanı keçirdiyi xəstəliyin ağırlıq dərəcəsindən, hansı orqanın necə zədələnməsindən asılıdır. Gündəlik praktikada müşahidə edirik, xəstələrdə daha çox psixoloji problemlər, panik ataklar, yuxusuzluq, əsəbilik olur, iybilmə, dadbilmə hissinin bərpası gec baş verir, bəzi xəstələrdə nəfəs darlığı olur. Bəzi xəstələrdə isə bağırsaq pozuntuları olur. Koronavirus mədə-bağırsaq pozuntusu verir, digər tərəfdən koronavirusun müalicəsində antibiotiklər istifadə olunur, bu zaman normal bağırsaq mikroflorasını pozur. Postcovid dövründə onun bərpası üçün xəstələrə müəyyən müddətə probiotiklər tətbiq etmək lazımdır. Bəzi xəstələrdə saç tökülmələri müşahidə edilir. Ürək döyüntüləri qala bilir. Bu, xəstəliyi hansı dərəcədə keçirməkdən asılıdır. Bu, 4-5 ay davam edə bilər. Əgər virusdan sağaldıqdan sonra müəyyən qalıq əlamətləri narahat edirsə, həmin şəxslər ixtisas üzrə həkimə müraciət etməlidirlər. Ola bilər ki, xəstə covidi ağır keçirib, yuxusuzluq problemi qalıb, mütləq bu zaman nevropotoloqa müraciət edilməlidir".
Paylaş:
Müəllif : Fuad
Tarix:5-02-2021, 10:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-02-2021, 10:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01