“Sputnik V” vaksini haram deyil - Rusiya müsəlmanları dini idarəsi qərar verib
Rusiya müsəlmanlarının dini idarəsi «Sputnik V» koronavirus vaksininin halal olması, bəşqa sözlə, İslam dininin tələblərinə cavab verməsi barədə ilkin təsdiqləmə alıb. Belə ki, idarə vaksin istehsalçılarından onun tərkibi barədə məlumat əldə edib.
İdarə sədrinin müavini İldar Ələddinov vaksinin tərkibində qadağan olunmuş heç nə görməyib.
«Orada donuz jelatini yoxdur, hər hansı insan komponenti də yoxdur. Mahiyyət etibarilə, ilk baxışda, biz deyə biləik ki, İslam dini nöqteyi-nəzərindən, orada qadağan olunmuş nə isə yoxdur» - «RİA Novosti» Ələddinovdan sitat gətirir.
Bundan əvvəl xəbər verilmişdi ki, Müsəlman Dini İdarəsinin (MDİ) nəzdindəki «Halal» standartı üzrə komitə «Sputnik V» və «EpiVakKorona» vaksinlərinin istehsalçılarına müraciət edərək, şəriət normaları baxımından onun tərkibinin açıqlanmasını istəyib.
“Əgər, məsələn, istehsal prosesində donuz jelatinindən istifadə edilibsə, amma vaksinin özündə bu jelatin yoxdursa, bu da onun halallığına təsir göstərər. Donuzla bağlı hər şeydən istifadə olunması qadağandır» - deyə, «Halal» standart komitəsinin sədri İrek Ziqanşin izah edib.
«Müsəlman dünyası» elmi jurnalının Baş redaktoru Rais Suleymanov isə hesab edir ki, İrek Ziqanşin yeni vaksinin sertifikatlaşdırılması ilə bağlı tələbləri Tatarstan MDİ üzərinə kölgə salır.
«Ayrıca, əlbəttə, istərdik ki, İrek Ziqanşinlə dəqiqləşdirək, görək o, İslamda mövcud olan qaydalarla tanışdırmı ki, insan həyatı qadağalara əməl etməkdən qiymətlidir - əgər söhbət insan həyatından gedirsə?
Başqa sözlə, əgər müsəlman üçün məsələn, insan yaşamayan bir adada yeməli təkcə donuz əti və pivə varsa, o zaman acından və susuzluqdan ölmək gərək deyil. Ona görə də məsələn, İslam qaydalarından biri olan oruc hamilə qadınlara, sağlamlığı zəif olanlara, qocalara və balaca uşaqlara məcburi deyil…» - Suleymanov xatırladıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-02-2021, 08:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-02-2021, 08:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11