"BU , ÖZÜ-ÖZÜNÜ ALDATMAQDIR..." - Nazir "Facebook” səhifəsində təhsillə bağlı sualları cavablayıb + VİDEO
Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində pandemiya dövründə təhsillə bağlı sualları cavablayıb.
Təhsil naz deyib ki, ali təhsil müəssisələrinin əyani təhsilə keçirilməsi şəxsi istəyə bağlı deyil.
O bildirib ki, bu, pandemiyanın dinamikasından asılıdır: “Ali təhsil müəssisələrinin əyani təhsilə keçirilməsi və bağçaların açılması tədricən müzakirə ediləcək. Bu, yoluxmanın sayından asılıdır. Bu proses bir qədər zaman apara bilər, lakin inanırıq ki, yaxın zamanda həll olunacaq”.
"Onlayn dərslərin keçirilməsi prosesi nazirlik nümayəndələri tərəfindən izlənilir” -deyə Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları “Facebook” profilində cavablandırarkən deyib.
O bildirib ki, Təhsil Nazirliyi və Təhsil İnstitutu, eləcə də Nazirliyin nəznində olan qurumlar müəllimlərin onlayn dərs prosesini izləyir: “İlkin mərhələ ilə müqayisədə onlayn dərslər daha yüksək səviyyədə yerinə yetirilir. Biz bu prosesləri izləyirik və pandemiyadan sonra da bu tədris metodundan istifadə etməyi düşünürük”.
“Rayonlarda fəaliyyət göstərən 2000 məktəbdə ibtidai siniflər əyani təhsilə qayıdacaq” - deyə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları “Facebook” səhifəsində cavablandırarkən deyib.
O bildirib ki, bütün fənnlərin əyani sürətdə tədrisinin təmin edilməsinə çalışırıq: “Bölgələrdə ilkin hesablamalara görə, 2000-dən artıq məktəbdə ibtidai siniflər fevralın 1-dən əyani təhsilə qayıdacaq. Təbii ki, sinif otaqları mövcud pandemiya dövrünə müvafiq olaraq karantin qaydalarına cavab verən məktəblərdən söhbət gedir. Burada bədən tərbiyəsi fənni istisna edilir. Buna səbəb soyunub-geyinmə otaqlarında uşaqların bir-biri ilə sıx təmasda olması ehtimalıdır”.
“Bağçaların fevral ayının 15-ə qədər açılacağına ümid edirik” - deyə Emin Əmrullayev “ bildirib.
O bildirib ki, bağçaların ilkin mərhələdə açılmamasının səbəbi yoluxma sayının həmin dövrə olan göstəricilərindən asılı idi: “Biz də istəyirik ki, bağçalar fəaliyyətini bərpa etsin. Lakin bu Təhsil Nazirliyinin istəyi ilə həll olunmalı məsələ deyil. Ümid edirik ki, mövcud vəziyyətin qiymətləndirilməsi fonunda fevral ayının 15-ə qədər bağçaların açılması ilə bağlı qərar qəbul edilər”.
“Bu günə qədər Vətən müharibəsində şəhid olan şəxslərin ali təhsil müəssisələrində təhsil alan 35 nəfər ailə üzvlərinin – bacı, qardaş, həyat yoldaşının təhsil haqlarının ödənilməsi ilə bağlı müraciətləri təmin olunub” -deyə, Təhsil naziri vurğulayıb.
Emin Əmrullayev deyib: “Bu istiqamətdə bir neçə addım atılıb, “YAŞAT” Fondu yaradılıb. Biz də müəyyən qərar layihələri hazırlamışıq. Ümid edirəm ki, bu istiqamətdə irəliyə doğru bir addım atılacaq”.
Nazir həmçinin bildirib ki, İkinci Qarabağ Müharibəsində iştirak edən müəllimlərlə görüşüb: “Müharibədə iştirak edən müəllimlərlə görüşməkdən qürur hissi keçirdim. Həmin müəllimlərimizin bir qismi ölkə başçısı tərəfindən təltif olunublar. Bu gün keçirilən görüşün təkrarlanacağına da ümid edirəm".
"Pandemiya dövründə onlayn qiymətləndirmə zamanı yüksək bal verən şəxslər şagirdlərin gələcəyini yaxşılaşdırmır. Bu məqam öz-özünü aldatmaqdır” - deyə Emin Əmrullayev qeyd edib.
O bildirib ki, qiymətləndirmənin mahiyyəti və məqsədi şagirdin summativ vərəqində yazılan qiymət deyil:“Bu qiymətləndirmə təhsil verən tərəfdən təhsil alana geri qayıdış deməkdir. Bəzən şagird o qədər hazırlıqlı olmur, amma onlayn qiymətləndirmə zamanı onun qiyməti yüksək olur. Təbii ki, məqsədimiz təhsilin yüksək olmasıdır.
Odur ki, summativ qiymətləndirmələr, eləcə də məktəbdaxili qiymətləndirmələrlə bağlı növbəti tədris ilində hansısa dəyişikliklərə getmək olar. Qiymətləndirmə zamanı valideynlərin də, müəllimlərin də bu məqamı nəzərə almaları yaxşı olardı”.
"Distant təhsil hazırda bizim müəyyən mənada edəcəyimiz seçimdir. Çalışırıq ki, daha çox şagirdin təhsilinin davamlılığını təmin edək”- deyə, Təhsil naziri bildirib
Onun sözlərinə görə, böyük summativ qiymətləndirmədə 20 suallıq tapşırıqlara 20 dəqiqə vaxtın verilməsi doğru deyil: “Distant formada aparılan qiymətləndirmə zamanı sualların cavablandırılmasına 60 dəqiqə müddət verilir. Bu müəyyən olunan normadır. Xahiş edirəm ki, müəllimlər bu məsələni ciddi nəzərə alsınlar”.
“Ölkə başçısının tapşırığı illə ötən iki semestr ərzində sosial cəhətdən həssas təbəqəyə aid olan tələbələrin təhsil haqqı ödənilib” - deyə, Emin Əmrullayev qeyd edib
O bildirib ki, ünvanlı sosial yardım alan, əlilliyi olan, valideynləri işsiz olan tələbələrin təhsil haqqları ödənilib:“Ümumilikdə təxminən 15 minə yaxın peşə, orta ixtisas və ali təhsil alan tələbələrin təhsil haqqı ödənilib. Təbii ki, növbəti semestrda situasiyadan asılı olaraq bu məsələ müzakirə edilə bilər. Hər hansı qərar olarsa Təhsil Nazirliyi bundan irəli gələn məsələni icra edə bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-01-2021, 17:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-01-2021, 17:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11