“KOMANDAN HAMIMIZI BİR-BİR QUCAQLADI, GÖZLƏRİMİZ YAŞLA DOLDU...” – Polkovnik Tehran Mənsimov Naxçıvan igidlərinin döyüş yolundan danışır
“Hikmət Mirzəyevə dedim, icazə verin, əsgərlərimin yanında, ön cəbhədə olum...”
44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu qəhrəmanlıq salnaməsi yazaraq, torpaqlarımızı işğaldan azad etdi. Bu işdə bütün Şəhid və Qazilərimizin misilsiz zəhməti, şücaəti həlledici rol oynadı.
Müharibənin bizə tanıtdığı qəhrəmanlarımız sırasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı polkovniki Tehran Mənsimov da var. Rusdilli “1news.az” saytının əməkdaşı Rizvan Hüseynov polkovnik Tehran Mənsimovdan müharibə xatirələrilə bağlı geniş müsahibə götürüb.
“AzPolitika.info” bu maraqlı müsahibənin birinci hissəsinin tərcüməsini təqdim edir:
- Tehran Mənsimov adı müharibədəki qələbəmizin simvollarından birinə çevrildi. Komandir olaraq hərbi əməliyyatlara göndərildiyiniz şəraitlə bağlı danışmağınızı istərdik...
- 27 sentyabrda düşmənin təxribatının qarşısının alınması məqsədilə Ali Baş Komandan tərəfindən əks-hücum əməliyyatına dair əmr verildi. Müharibənin başlaması ilə əlaqədar biz Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabitləri olaraq, komanda heyətinin rəhbərliyilə vahid qərargaha daxil edildik. Oraya yalnız komandirlər, müavinləri, idarə rəisləri və ordunun ayrı-ayrı xidmət şöbələrinin rəisləri daxil idi.
- Qərargahın yaradılmasında məqsəd nə idi?
- Hər gün saat 19.00-da biz düşmən qüvvələrinin Ermənistandan Qarabağa doğru hərəkətinə dair məlumatlar və hesabatları nəzərdən keçirirdik. Məsələ ondadır ki, İrəvandan Armaş-Sisian yolu ilə Laçın dəhlizinə qədər bütün hərəkəti müşahidə etmək olurdu. Biz bu yolla onların bütün canlı qüvvə, texnikasının hərəkətini müşahidə edə, hətta onların dəqiq sayını müəyyən edə bilirdik. Bu, gözümüzün qarşısında baş verdiyi üçün bizə təsir edirdi. Belə ki, düşmənin bizim gözümüzün qarşısında Qarabağa qüvvə göndərməsinə biganə qalmaq olmurdu.
- Düşmənin hərəkətinin qarşısını ala bilmədiyiniz üçün hansı hissləri keçirdiyinizi təsəvvür edirəm...
- Bəli. Biz Ermənistana yaxın sərhəd zonasında yerləşirdik, lakin Naxçıvandan onlara hücum edə bilmirdik və ermənilər bunu yaxşı bilirdilər. Ona görə nümayişkəranə şəkildə qüvvələrini Qarabağa göndərirdilər. Biz vahid Azərbaycan Ordusunun ayrılmaz hissəsiyik, bu orduya məxsusuq, onun zabitləriyik. Ona görə düşmənin hərəkətini müşahidə etmək, lakin buna müdaxilə edə bilməmək bizə təsir edirdi. Mən hər gün rəhbərliyə müraciət edirdim ki, bizim Qarabağa göndərilməyimizə, oradakı hərbi əməliyyatlarda iştirakımıza icazə verilsin. Onu da nəzərə alın ki, müharibə mənim yaxşı tanıdığım ərazidə - Füzulidə gedirdi. Xatırladım ki, mən 1992-ci ildə Birinci Qarabağ Müharibəsində iştirak etmişəm. Və bu ərazini yaxşı tanıdığım üçün hər gün ora göndərilməyimi komandanlıqdan xahiş edirdim. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Komandanı, general-polkovnik Kərəm Mustafayev cavabında dedi: “Hər şeyin öz vaxtı var, Mənsimov”. Bundan bir neçə gün sonra həftənin nəticələrilə bağlı keçirilən müşavirədə ordu Komandanı məni çağırdı və dedi: “Hazırlaş, iki saat vaxtın var. İki xüsusi təyinatlı taborla Qarabağa yollanırsınız.”
- Bu, ayın neçəsi idi?
- Oktyabrın 10-u – artıq iki həftə idi ki, müharibə gedirdi. Biz xüsusi ordu hissələrindəki xüsusi təyinatlıları hərbi əməliyyatlara hazırlayırdıq. Biz onlarla istənilən an hərbi tapşırıqları yerinə yetirə bilmələri üçün hazırlıq məşqləri aparırdıq. Yollanmazdan əvvəl biz demək olar ki, bütün hazırlığı yenidən yoxladıq – xüsusi təyinatlı briqada bütün tapşırıqları yerinə yetirməyə hazır idi.
- Naxçıvandan yalnız bir briqada var idi?
- 4 tabordan ibarət bir briqada var idi. Əvvəl Qarabağa iki tabor göndərildi. İki tabor da sonra yola salındı. Deməli, Komandan bizə hazırlıq üçün iki saat vaxt verdi. Biz hazırlaşdıq və sıraya düzüldük. Komandanın müavini bizə öz tapşırıqlarını verdi. Ayrı-ayrı xidmətlərin bütün bölmələrinə tapşırıqlar verildi. İdarəçilik üçün müavinlər və köməkçilər təyin olundu. Və komandir təyin olundu – bizim şəhid polkovnik-leytenantımız Anar Əliyev. O, briqada komandirinin müavini idi. Yola salınmazdan əvvəl onu briqada komandiri təyin etdilər. Ona tapşırıq verildi və “bu gündən komandir sənsən” dedilər. Bu, onun üçün böyük stimul oldu. Əlavə olaraq, mənə köməkçi təyin olunan iki zabitə də yeni rütbə verildi – birinə polkovnik, digərinə polkovnik-leytenant. Sonra biz Naxçıvan aeroportuna gətirildik. Burada, demək olar Ordunun, Ali Məclisin, Aparatın bütün rəhbərliyi bizi Qarabağa yola salmaq üçün toplaşmışdı. Ordu Komandanı 311 nəfərin hər birilə ayrı-ayrılıqda vidalaşdı və onlara xeyir-dua verdi. Hər kəsi qucaqlayıb öpdü. Mən general-polkovnik Kərəm Mustafayevdən danışıram. O və hər birimiz gözlərimizdə yaş, boğazımızda qəhər donub qaldıq. Bax belə...
Digər qoşun növlərindən fərqli olaraq, xüsusi təyinatlıların vəzifəsi xüsusi əməliyyatları həyata keçirməkdir. Bizim hədəfimiz düşmən cəbhəsinin on kilometrlərlə dərinliyində, düşmən mühasirəsində xüsusi əməliyyatlar keçirməkdir. Yəni sağ qalmaq ümidi az, olduqca az idi. Axı, xüsusi təyinatlı Allaha ümid edib döyüşə girirsə, deməli çox vacib tapşırıq yerinə yetirir. Ona görə gördüm ki, başda ordu Komandanı olmaqla, bütün generallar kövrəlib, belədə istər-istəməz sənin də gözlərin yaşarır... Sonra ordu Komandanı məni sıranın qarşısına çıxardı. Və elan etdi ki, məni Qarabağa göndərilən xüsusi təyinatlıların rəhbəri təyin edir. Sonra general-polkovnik Kərəm Mustafayev sıra qarşısında mənə söz verdi. Boğazım qəhərlə dolmuşdu. Çox danışa bilmədim. Dedim: “Cənab Komandan, bizə xeyir-dua verin, istənilən şəraitdə bizim bölmələrin və ordumuzun adını uca tutacağıq. Tezliklə sizi qələbəylə sevindirəcəyik!”
- İlk olaraq haraya göndərildiniz?
- Bizi Abşerondakı aeroportların birində tam məxfilik qorunmaqla, yüksək səviyyədə qəbul etdilər. Sonra Ələtdəki N saylı hərbi hissədə müvəqqəti yerləşdirdilər və mən öz tapşırıqlarımın dəqiqləşdirilməsi üçün Müdafiə Nazirliyinə yollandım. Orada Baş Operativ İdarənin rəisi, general-leytenant Ayaz Həsənovla görüşdüm. Mənə Qarabağda xüsusi təyinatlı dəstəylə hansı istiqamətdə hərəkət edəcəyimi izah etdilər. Və göstəriş verildi ki, biz Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin tabeliyində olacağıq. Bu zaman mən başa düşdüm ki, bizi sadəcə, quru qoşun bölməsi kimi istifadə etməyəcəklər. Çünki bəziləri şayiə yaymışdılar ki, guya biz adi piyada hissələri kimi fəaliyyət göstərəcəyik. Təbii olaraq, mən uşaqlara dedim ki, biz xüsusi təyinatlı əməliyyatlar həyata keçirəcəyik. Bu, onların motivasiyası üçün çox vacib idi. Hələ Naxçıvandan uçanda, təyyarədə bir selfi etdim, hamı orada idi, həmçinin sonradan Qarabağda döyüşlərdə şəhid olanlar da... O vaxt təyyarədə uşaqlar mənə dedilər: “Komandir, bəlkə bu bizim sonuncu birgə fotomuz olacaq.” Şəkil çəkməzdən əvvəl mən uşaqların qarşısında onları ruhlandıran nitqlə çıxış etdim. Axı demək olar ki, onların heç biri Birinci Qarabağ Müharibəsində olmamışdı, onların döyüş yolu hələ qabaqda idi. 40 dəqiqə mən onlara müharibədən, həmin vaxt yaşanan hadisələrdən danışdım. Dedim ki, o müharibədə də biz haqqın tərəfində idik: “Uşaqlar, dini tərəfdən baxsanız, əgər Allaha inanırsınızsa, biz haqlıyıq!” Onlar dedilər: “Əlbəttə inanırıq”. Quranda Allah buyurur – “Sizinlə savaşanlarla, siz Allah yolunda savaşın, lakin həddən kənara çıxmayın”. İndi biz oraya gedirik, döyüşdən əvvəl niyyətimiz bu olmalıdır ki, haqq savaşında ölsək şəhid, sağ qalsaq qazi olmalıyıq. Qoy niyyətiniz belə olsun. Çünki şəhidlər ölməzdir... Bizə heç kimin torpağı lazım deyil, uğrunda savaşacağımız torpaq bizim vətənimizdir. Siz cavansınız, o müharibədə iştirak etməmisiniz. Mən Qarabağda çox dostlarımı, tanışlarımı, qardaşlarımı itirmişəm. Və bizim aramızda əslən Qarabağdan olanlar var. Bizim nə qədər əsirlikdə işgəncə görən həmvətənlərimiz var. Düşmən körpələrdən tutmuş hamilə qadınlara, qocalara qədər xeyli həmvətənimizi tikə-tikə edib, insan ağlına sığışmayan qəddarlıqlar törədib. Biz onların qisasını almağa, torpaqlarımızı işğaldan azad etməyə gedirik. Ona görə də, ürəklə, cəsarətlə gedin...
Təyyarə enənə qədər yaxşı motivasiya alındı. Aeroportda da yaxşı qarşılanma və bizi ruhlandıran söhbət oldu. Biz şam edib, gecəni qaldıq. Sonra Qarabağ bölgəsinə göndərildik. Nazirliyə bildirdim ki, artıq Beyləqanda bizim üçün təyin olunan nöqtəyə gəlmişik.
- Maraqlıdır, həmin gün biz də veteranlar və fəallarla orada olmuşuq, döyüşə yollanan əsgər və zabitlərin qarşısında çıxış etmişik. Belə çıxır ki, Siz də həmin uşaqlarla cəbhəyə yollanmaq üçün oraya getmisiniz.
- Bəli, elədir. Orada çox adam vardı. Yerləşdikdən sonra bildirdilər ki, biz hər saat rəhbərliklə əlaqə yaratmalıyıq. Məni Müdafiə Nazirliyi və Naxçıvanla əlaqə yaratmaq üçün peyk rabitəsilə təmin etdilər. Və mən general-leytenant Hikmət Mirzəyevlə əlaqə saxlayaraq, çatdığımızı bildirdim. O tapşırıqlarını verdi. Onun müavini polkovnik Akif Pirverdiyev gəldi və hərbi kolonu təyinat nöqtəsinə apardı. Əvvəlcə Hikmət Mirzəyevlə görüşdüm. Mən daxil oldum və raport verdim. Gördüm ki, çox yorğundur, xəritənin üzərinə əyilib, tapşırıqları cızırdı. Çoxlu yuxusuz gecələr keçirmişdi. General məni görəndə sevindi və Hadrutla bağlı tapşırıqlar verərək, dedi: “Siz mənimlə qərargahda olacaqsınız. Çünki komandirsiniz, mənim yanımda olmalısınız”. Mən dedim ki, icazə verin, əsgərlərimin, qrupların yanında, ön cəbhədə olum. O, soruşdu ki, bəs burada kim qalacaq? Cavab verdim ki, polkovnik Rüfət Qurbanov və iki zabit – polkovnik və polkovnik-leytenant. Razılaşdı. Mən bunu ona görə demişdim ki, şəxsi heyəti yaxşı tanıyıram. Həmçinin, komandirlərinin yanında olması onlar üçün yaxşı motivasiya olacaq. Mərhum polkovnik Anar Əliyevi öz taboru ilə sağ cinaha Füzuli istiqamətinə göndərdim, orada 5 kənd hələ azad edilməmişdi. Orada rəhbərliyi indi general-mayor rütbəsi daşıyan Kənan Seyidov edirdi. Şuşanın alınmasından sonra Ali Baş Komandan ona general-mayor rütbəsi verdi. Sol cinaha polkovnik Zaur Məmmədov rəhbərlik edirdi. Biz əvvəllər Qarabağda birgə xidmət etmişdik. Sağ cinahda briqada komandiri mən idim, sol cinahda isə o. Ona görə burada da onu seçdim, düşündüm ki, onunla mənə daha rahat olacaq. Hadruta gəldik. Mən Füzuli istiqamətində qüvvələri 12 qrupa böldüm.
Daha doğrusu, Hadrut-Füzuli istiqamətində. Daha 12 qrupu yuxarı – Şuşa-Xankəndi istiqamətində bölüşdürdüm. Və oktyabrın 12-dən bizim qrupların döyüş fəaliyyəti başladı. 1698, 1666, 1304-cü yüksəkliklər, eləcə də “Vışka”, “Xaç” adlandırılan yüksəkliklər, Ərgünəş dağı, 1462-ci yüksəklik və Hadrutun özü. Biz general-leytenant Hikmət Mirzəyevin rəhbərlik etdiyi xüsusi təyinatlı qüvvələrlə birgə, döyüş apararaq, bütün bu strateji yüksəklikləri, yaşayış məntəqələrini azad etdik.
- İnanmazdıq ki, belə ildırım sürətilə həmin yüksəklikləri götürmək olar...
- Bəli, bu asan deyildi. Daha sonra Şuşa və Xankəndiyə gedən yolu götürdük, əgər görmüsünüzsə, o yol dağı iki yerə bölür. Orada ağır döyüşlər gedirdi.
- Erməni təbliğatı və KİV-lər iddia edirdilər ki, o dağları keçmək mümkün deyil və həmin ərazi Azərbaycan Ordusu üçün məzar olacaq.
- Bəli, doğrudan da elə idi – orada sıx meşə və çətin keçilən ərazi var. Ən ağır və gərgin döyüşlər məhz orada - Şuşaya gedən yolda baş verdi.
- Belə məlum olur ki, sizin dəstə xüsusi təyinatlı tapşırıqlar yerinə yetirirdi. Sizinlə birgə daha hansı qoşun növləri döyüşürdü?
- Çox yaxşı sualdır. Naxçıvanda bizi xüsusi hərbi tapşırıqların və əməliyyatların keçirilməsi üçün hazırlaşdırmışdılar. Biz Hadrut ətrafındakı döyüşlərdə iştirak etmək üçün gələndə, bu istiqamətdə İkinci Ordu Korpusunun tərkibindəki motoatıcı briqada var idi və o, xüsusi təyinatlıların cinahlarını təmin edirdi. İzah edirəm. Misal üçün xüsusi təyinatlılar daxil olur, düşmən cəbhəsinin dərinliyinə irəliləyir və yüksəkliyi ələ keçirir. Buna cavab olaraq, düşmən cinahlardan hərəkətə keçir. Məhz bu hərəkətin qarşısını almaq üçün bizim motoatıcı briqadadan istifadə olunur. Nəticədə cinahlar birləşməlidir ki, qoyulan hərbi tapşırıq tam yerinə yetirilmiş olsun. Yəni motoatıcı bölmələr düşmənin bizi mühasirəyə almasına imkan vermir.
Dördüncü Ordu Korpusuna aid daha bir briqada bizim ardımızca hərəkət etməli və bizim azad etdiyimiz yüksəklikləri təhvil götürməli idi ki, biz irəliyə hərəkəti davam etdirək. Bir sözlə, motoatıcı briqada bizim götürdüyümüz yüksəkliklərin müdafiəsini təşkil etməli idi.
Doğrusunu desək, həmin istiqamətlərdə çox çətinliklər oldu. Lakin qoyulan tapşırıq Hikmət Mirzəyevin xüsusi təyinatlıları və Naxçıvan xüsusi təyinatlıları tərəfindən yerinə yetirildi. Burada rəhbərliyi polkovnik Zaur Zeynalov edirdi. Mən öz uşaqlarımı onlara vermişdim. Hər iki xüsusi təyinatlı bölmələri birləşdirdik və yenidən böldük. Çünki bizim Naxçıvan xüsusi təyinatlıları ərazini tanımırdılar.
Ona görə hesab etdik ki, bu, daha faydalı olar. Biz elə etdik ki, təcrübəli komandirlərin rəhbərlik etdiyi qrupların tərkibində həm Naxçıvanın, həm də general-leytenant Hikmət Mirzəyevin xüsusi təyinatlıları olsun. Və bu, effekt verdi. Hadrutu, eləcə də Qaraçux və Mamedozor istiqamətindəki strateji yüksəklikləri götürmək mümkün oldu. Sonra Şaqax kəndini götürdük, səhv etmirəmsə o, bizdə Şahəyri adlanır.
- Yeri gəlmişkən, Xocavənd rayonunun Qaraçux və ətraf əraziləri “Dədə Qorqud”-un əfsanəvi qəhrəmanlarından olan Qaraca Çobanın adıyla bağlıdır. O, burada düşmənlərlə döyüşüb...
- Maraqlıdır, tarix necə təkrarlanır. Deməli, həmin 4 yaşayış məntəqəsini və strateji yüksəklikləri 4 gün ərzində azad etdik. Sağ cinahı isə rəhmətlik şəhid polkovnik Anar Əliyevin rəhbərlik etdiyi qruplar azad etdi. Onun qrupları strateji yüksəklik olan Məngələnatanı, Qarakollu, Aygestan, Pirəhmədli, Gorazilli, Axullu, Ədilli, Düdükçü kəndlərini azad etdilər. Bütün bunlar səhv etmirəmsə, 4-5 gün çəkdi.
- Bundan sonra sizə hansı istiqamətdə döyüş tapşırığı verildi?
- Oktyabrın 15-də Naxçıvandan Cəbrayıla digər xüsusi təyinatlı tabor göndərildi və o, general Teymur Eyyubovun rəhbərliyi altındakı xüsusi təyinatlılarla birləşdirildi. Mənə dedilər ki, vacib tapşırıq var, Cəbrayıla getmək lazımdır. Mən gəldim və buradakı xüsusi təyinatlıların heyətilə görüşdüm. Bizə tapşırıldı ki, şimal istiqamətinə qəfil hərəkətə keçək və Laçın dəhlizini götürək. Naxçıvandan yeni gəlmiş xüsusi təyinatlıların heyəti məni görüb sevindi. Onlar mənim təcrübəmə və bu müharibədə də nəticələr əldə etməyimə güvənirdilər...
Cəbrayılda general Teymur Eyyubov bizim xüsusi təyinatlı dəstələrimizin qruplara bölünməsini tapşırdı ki, mən də bunu yerinə yetirdim. 5 döyüş və iki təchizat qrupu yaradaraq, hərəkətə hazır olduğumuza dair rəhbərliyə məlumat verdim. Əmr gəldi ki, daha 50 xüsusi təyinatlı polkovnik-leytenant Anar Həsənovun rəhbərliyilə gəlib. Və mən onları da 5 qrupun arasında bölüşdürdüm.
- Yəni xüsusi təyinatlı əməliyyatların yerinə yetirilməsi üçün birgə qruplar yaradıldı...
- Biz onları birləşdirib, sonradan elə bölüşdürdük ki, döyüşdə maksimum effekt verə bilsinlər. Səhv etmirəmsə, 4 qrupa Naxçıvandan gələnlərdən, 1 qrupa isə Hikmət Mirzəyevin xüsusi təyinatlılarından rəhbər təyin etdim. Kritik və vacib tapşırıq qoyulmuşdu - Laçına çatmaq. Naxçıvan kəşfiyyat idarəsinin rəisi polkovnik Etibar Məhərrəmov gəldi. O, əslən Laçındandır. Onunla birgə Laçından olan, Birinci Qarabağ Müharibəsində iştirak etmiş təcrübəli bələdçilərdən ibarət qrup dəvət edilmişdi. Onlar cəmi 22 nəfər idilər. Onlar ərazinin relyefini, kəndləri, yolları, cığırları yaxşı tanıyırdılar. Biz ərazinin kəşfiyyatını apardıq. General Teymur Eyyubov və polkovnik Etibar Məhərrəmov Laçının Güləbird kəndinə qədər getdilər. Situasiyanı daha yaxşı öyrənmək, düşmənlə bizim güc nisbətimizi bilmək üçün burada general Ənvər Əfəndiyevlə görüşdük. O, burada döyüşən Altıncı Ordu Korpusuna rəhbərlik edirdi. Korpus səfərbərliyə cəlb olunmuş qüvvələrdən təşkil edilmişdi.
- Yəni siz kəşfiyyat kimi getmişdiniz, çünki Laçın götürülməmişdi.
- Bəli, Laçın hələ götürülməyib. Tapşırıq belə idi ki, biz 40 kilometr düşmənin arxa cəbhəsinin dərinliyinə irəliləməliydik. Çalışmalıydıq hiss olunmadan Laçın silsiləsini götürək, Laçın dəhlizini sağdan və soldan bağlayaq. Bununla da Dağlıq Qarabağla Ermənistanı birləşdirən yolu bağlamalıydıq.
- Deməli, artıq Güləbirddə erməni ordusu yox idi?
- Güləbirddə artıq həmin gün kəndi ermənilərdən təmizləyən Altıncı Korpus dayanmışdı.
- Hansı tarixdə oradaydınız?
- 16-17 oktyabrda. Biz öyrənirdik və müəyyən suallar yaranırdı, belə ki, xüsusi təyinatlılar ildırım sürətilə Cəbrayıldan Laçın dəhlizinə qədər 40 kilometr yolu qət etməliydilər. Atəş dəstəyi necə həyata keçiriləcəkdi? Bizi hansı rabitə vasitəsilə təmin edəcəkdilər? Logistika və digər məsələlərlə də bağlı çoxlu suallar var idi. Lakin tezliklə general Eyyubov və polkovnik Etibar Məhərrəmov Müdafiə Nazirliyinə çağırıldı. Səbəbini tam izah etmədilər, amma bu hərbi tapşırıq gündəlikdən çıxarıldı...
(Ardı var)
Paylaş:
Müəllif : Fuad
Tarix:29-01-2021, 13:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:29-01-2021, 13:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti